Author: Aynure Gdp

SOCAR Trading şirkətində yeni İdarə Heyəti sədri təyin edilib. ABŞ vətəndaşı Natiq Mustafayev, 2018-ci ildən bu vəzifəni icra edən Məryəm Almaszadəni əvəz edib. GDP xəbər verir ki, Natiq Mustafayevin iqtisadiyyat və maliyyə sahəsində geniş təcrübəsi var. O, 2010-2014-cü illərdə Credit Suisse (Avropa) Ltd.-də iqtisadçı, 2016-2024-cü illərdə isə Barings (Birləşmiş Krallıq) Ltd.-də inkişaf etməkdə olan bazarlar üzrə iqtisadçı vəzifəsində çalışıb. Həmçinin, “For Azerbaijan” təşkilatının təsisçilərindən biridir. Mustafayevin neft sektoru ilə bağlı da təcrübəsi var. 2008-2009-cu illərdə bp şirkətində biznes analitiki kimi fəaliyyət göstərib. Bundan əlavə, 2003-2008-ci illərdə Kolumbiya Universitetində dərs deyib. Mustafayev Azərbaycanda dövlət sektorunda da müəyyən təcrübə qazanıb. 2009-2010-cu illərdə…

Read More

Tramp administrasiyasının gözləniləndən daha sərt tariflər elan etməsindən sonra səhmlər kəskin şəkildə ucuzlaşdı. İnvestorlar iqtisadi artımın zəifləməsi, inflyasiyanın yüksəlməsi və resessiya riski ilə bağlı narahat oldular. Kiçik şirkətlərin səhmləri daha çox zərər gördü — Russell 2000 İndeksi təxminən 10% azaldı və həftəni öz zirvəsindən 30%-dən çox aşağıda başa vurdu. S&P 500 İndeksi də son beş ilin ən pis həftəlik performansını göstərdi. Cümə axşamı bir neçə indeks 2020-ci ildən bəri ən böyük birgünlük itkiləri yaşadı və ucuzlaşma cümə gününə qədər davam etdi. Çin də daxil olmaqla bir sıra ölkələr öz tariflərini açıqladı və ABŞ-la danışıqlara başlamaq planlarını bəyan etdilər. Bu isə…

Read More

Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası (AFBİA) və Junior Achievement Azərbaycan (JAA) arasında gənclərin maliyyə savadlılığının artırılması məqsədilə əməkdaşlıq memorandumu imzalanıb. Sənədin imzalanması mərasimində iştirak edən tərəflər, bu təşəbbüsün gənclərin kapital bazarları ilə bağlı biliklərini genişləndirəcəyini və onların iqtisadi qərarlar vermə bacarıqlarını inkişaf etdirəcəyini vurğulayıblar. Əməkdaşlıq çərçivəsində tələbələr üçün təlimlər, seminarlar və tədbirlər keçiriləcək, onlara investisiya və maliyyə bazarlarının işləmə mexanizmləri haqqında fundamental biliklər öyrədiləcək. Layihənin əsas məqsədi gənclərdə maliyyə savadlılığını yüksəltmək və onların iqtisadi fəaliyyətlərə daha aktiv qoşulmasına şərait yaratmaqdır. AFBİA və JAA nümayəndələri bu təşəbbüsün gələcək iqtisadi inkişafa önəmli töhfə verəcəyinə inanaraq, əməkdaşlığın uğurlu olacağına ümid bəsləyirlər.

Read More

İcbari Sığorta Bürosu (İSB) innovasiya, texnologiya və rəqəmsal sənaye sahəsində əldə etdiyi uğurlarına görə beynəlxalq “The BOLD Awards” müsabiqəsində qalib olub. İSB 2024-cü ilin oktyabrında müsabiqəyə 3 kateqoriya üzrə müraciət edib. Dəyərləndirmə zamanı şəffaflıq, təsir dərəcəsi, əhatə dairəsi və insan faktoru kimi əsas meyarlara əsaslanan qiymətləndirmə nəticəsində İSB-nin təqdim etdiyi layihələr hər üç nominasiya üzrə finala yüksəlib. Portuqaliyanın Lissabon şəhərində keçirilən tədbirdə münsiflərin qərarı və ictimai səsvermə əsasında İSB-nin İT layihələri “Boldest InsurTech” və “Boldest SaaS” nominasiyalarında qalib seçilib. Qeyd edək ki, “The BOLD Awards” rəqəmsal sənayeyə əsaslanan 33 kateqoriya üzrə fərdi şəxslər, startaplar və şirkətləri bir araya gətirən beynəlxalq…

Read More

2024-cü il ərzində Mərkəzi Bank tərəfindən notların buraxılışı zamanı faiz dərəcələrində tədricən artım müşahidə olunub. Bu tendensiya 2025-ci ildə də davam edib. Xüsusilə 2025-ci ilin yanvar və fevral aylarında göstəricilərə diqqət yetirsək, 28 günlük notlar üzrə faiz dərəcəsi 7.27%, 84 günlük notlar üzrə 7.8%, 168 günlük notlar üzrə 7.3%-8.0%, 252 günlük notlar üzrə isə 7.5%-8.2% səviyyəsində qərarlaşıb. Bu, 2024-cü ilin əvvəli ilə müqayisədə bütün müddətli notlar üzrə əhəmiyyətli artım deməkdir. Belə ki, müqayisə etsək, 2024-cü ilin əvvəlindən 2025-ci ilin fevralına qədər 28 günlük notlar üzrə faiz dərəcəsi 6.60%-dən 7.27%-ə qədər artıb ki, bu da təxminən 10% artım deməkdir. Eyni zamanda,…

Read More

Son zamanlar Michael Bloomberg ABŞ-da yaxınlaşan maliyyə böhranı ilə bağlı bir məqalə yayımladı. O, hazırda federal hökumətin hər il 7 trilyon dollar xərclədiyini, amma yalnız 5 trilyon dollar vergi topladığını bildirib. Bu vəziyyətin nəticəsi olaraq büdcə defisiti ÜDM-nin 6%-ni təşkil edir və köhnə borcların yenidən maliyyələşdirilməsi ilə bu problem daha da sürətlənir. Nəticədə, bu il ABŞ-ın milli borcu ÜDM-nin 100%-ni keçir. Amma bu vəziyyət necə bu qədər sürətlə pisləşdi? Trump dövründə belə bir böhran baş verə bilərdimi? Əlbəttə, xeyr. Əsl məsuliyyət Demokratlarındır, çünki onlar Joe Biden administrasiyası vasitəsilə Trump-ın dövründəki problemləri daha da ağırlaşdırdılar. Biden son ilində xərcləri çox artırdı,…

Read More

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter ilə görüşüb. İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə Azərbaycanın Bankla uğurlu əməkdaşlığı vurğulanıb, ölkəmizin sosial-iqtisadi inkişaf prioritetləri, həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində tərəfdaşlıq potensialı diqqətə çatdırılıb. Tərəflər  Azərbaycan – AYİB əməkdaşlığının prioritet istiqamətləri, sosial infrastrukturun inkişafı sahəsində həyata keçirilən layihələr, yaşıl enerjiyə keçid və dövlət-özəl tərəfdaşlığı üzrə təşəbbüsləri müzakirə ediblər. 

Read More

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov rəsmi sosial media hesabında Dünya Bankının nümayəndə heyəti ilə keçirilən görüş barədə məlumat paylaşıb. GDP xəbər verir ki, məlumata görə, Mərkəzi Bankda Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə məhsuldar görüş keçirilib. Taleh Kazımov qeyd edib ki, görüşdə Dünya Bankı ilə uzunmüddətli səmərəli tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihələr və təşəbbüslər müzakirə olunub. Həmçinin, tərəflər 2025-2029-cu illər üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsinə dair potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar. Görüş iki qurum arasında mövcud əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilir.

Read More