- Brent markalı neftin qiyməti 94 dollara qədər yüksəlib
- Bu il ayrılmış limit çərçəvəsində ipoteka krediti üçün 2 165 şəxsin müraciəti qeydiyyata alınıb
- “Bank BTB” BOKT-a çevrilir, aktivləri ABB-yə ötürülür
- Brent nefti yenidən bahalaşıb-88 dollar
- Uoll-Strit bankları Argentinadan kapitalın çıxarılmasını tövsiyə edir
- Türk lirəsi yeni tarixi minimuma düşdü — 1 dollar 44 lirəyə çatdı
- Mərkəzi Bank bank, sığorta və kapital bazarı üzrə rəhbər təyinatı ilə bağlı 96 müraciəti uyğun hesab edib
- Qlobal bazarda neft tədarükü kəskin azalıb, aviasiya yanacağının qiyməti rekord həddə yüksəlib
Author: Aynure Gdp
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov rəsmi sosial media hesabında Dünya Bankının nümayəndə heyəti ilə keçirilən görüş barədə məlumat paylaşıb. GDP xəbər verir ki, məlumata görə, Mərkəzi Bankda Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə məhsuldar görüş keçirilib. Taleh Kazımov qeyd edib ki, görüşdə Dünya Bankı ilə uzunmüddətli səmərəli tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihələr və təşəbbüslər müzakirə olunub. Həmçinin, tərəflər 2025-2029-cu illər üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsinə dair potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar. Görüş iki qurum arasında mövcud əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilir.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiyanın başçılıq etdiyi səkkiz OPEC+ üzv ölkəsi may ayında neft hasilatını gündəlik 411 min barel artırmaq planlarını davam etdirmək barədə razılığa gəliblər. “Bu artıma may ayı üçün planlaşdırılan məbləğ və əlavə iki aylıq artım daxildir”, – OPEC bildirib. Açıqlamaya görə, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman iyun ayı üçün hasilat səviyyələrini müəyyən etmək üçün mayın 5-də bir araya gələcək. Qərardan sonra Brent markalı neft 6%-dən çox ucuzlaşaraq 70 dollar/barelə düşüb. Neftin qiyməti sonuncu dəfə martın 20-də 70 dollar/barel səviyyələrində olub.
PASHA Bank Gürcüstan və Visa şirkəti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Bu əməkdaşlıq çərçivəsində PASHA Bank Gürcüstan müştəriləri üçün beynəlxalq pul köçürmələrini əhəmiyyətli dərəcədə sadələşdirən VISA B2B Connect xidməti istifadəyə verilib. Müqavilə PASHA Bank Gürcüstanın Baş direktoru Ramil İmamov və Visa-nın Qafqaz üzrə regional meneceri Diana Kiquradze tərəfindən imzalanıb. Yeni xidmət sayəsində PASHA Bank müştəriləri daha rahat, sürətli və təhlükəsiz şəkildə beynəlxalq pul köçürmələri həyata keçirə biləcəklər. VISA B2B Connect platforması xüsusilə biznes müştəriləri üçün əhəmiyyətli üstünlüklər təqdim edir.
OPEC+ alyansına daxil olan ölkələrin cümə günü görüşü olacaq. GDP xəbər verir ki, görüşdə Qazaxıstanın müəyyən edilmiş neft hasilatı həddini aşması məsələsi müzakirə oluna bilər. Reuters agentliyinin mənbələrinin məlumatına görə, apreldən etibarən könüllü neft hasilatı kəsintilərini tədricən azaltmağa başlayan səkkiz ölkə (Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman) Qazaxıstanın neft hasilatı ilə bağlı müzakirə aparacaq. Mənbələr qeyd edir ki, alyansın bir sıra üzvləri, o cümlədən Səudiyyə Ərəbistanı, Qazaxıstanın rekord həcmdə neft hasil etməsinə qəzəbləniblər. Keçən görüşün nəticələrinə əsasən, OPEC+-ın monitorinq komitəsinin növbəti iclası 5 aprel, şənbə günü təyin edilib. Lakin RIA Novosti agentliyinin mənbəsi bildirib…
Aprelin 4-də Bakı şəhərində enerji sahəsində iki mühüm forum – Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci nazirlər iclası və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü nazirlər iclası keçiriləcək. Bu görüşlər enerji təhlükəsizliyi və davamlı inkişaf məsələlərinə həsr olunacaq. Tədbirə 24 ölkənin (o cümlədən Avropa İttifaqı ölkələri), 7 beynəlxalq maliyyə institutunun və 42 aparıcı enerji şirkətinin nümayəndələri qatılacaq. İştirakçılar arasında enerji nazirləri, nazir müavinləri və sənaye ekspertləri yer alacaq. Proqram çərçivəsində əsas diqqət aşağıdakı mövzulara yönəldiləcək: Xüsusi sessiyalarda Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi üzrə ikinci nazirlər görüşü keçiriləcək. Tədbir çərçivəsində enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirmək məqsədilə bir sıra sənədlərin imzalanması nəzərdə tutulur. Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət…
2025-ci ilin mart ayında Azərbaycanda pul bazası 1 milyard 656,1 milyon manat və ya 8,3% artıb. GDP xəbər verir ki, 31.03.2025-ci il tarixində pul bazası 21 milyard 498.1 milyon manat təşkil edib. 2025-ci ilin yanvar ayında pul bazası 792,4 milyon manat və ya 3,8%, fevral ayında isə 282,1 milyon manat və ya 1,4% azalmışdı. 2025-ci ilin ilk 2 ayında pul bazasının məbləği 1 milyard manatdan çox geriləmişdi. Pul Bazası Nədir? Pul bazası – ölkədə dövriyyədə olan nağd pul (banknot və sikkələr) və kommersiya banklarının mərkəzi bankda saxladığı ehtiyatların (rezervlər) cəmidir. Bu, iqtisadiyyatda pulun ən əsas və “genişlənməmiş” formasıdır.
Bakı Fond Birjasının (BFB) 2025-ci ilin yanvar-mart ayları üzrə dövriyyə göstəricilərinə əsasən, PAŞA Kapital İnvestisiya Şirkəti QSC ən yüksək göstərici ilə liderlik edir. GDP Fond Birjasına istinadən xəbər verir ki, şirkətin ümumi əməliyyat həcmi 11,078,990,391 manat təşkil etmişdir. Bu şirkət ARMB qiymətli kağızları üzrə 15,056,812 manat, Dövlət İstiqrazları üzrə 111,730,158 manat, Korporativ İstiqrazlar üzrə 768,633,974 manat, Səhm üzrə 4,050,000 manat və Repo əməliyyatları üzrə 10,179,519,447 manat həcmində dövriyyəyə nail olmuşdur. PAŞA Kapital ümumilikdə 1,958 əməliyyat həyata keçirmişdir. İkinci yerdə ABB İnvest İnvestisiya Şirkəti QSC qərarlaşıb. Bu şirkətin ümumi əməliyyat həcmi 9,968,719,245 manat olmuşdur. Əməliyyatların bölgüsü belə olmuşdur: ARMB qiymətli kağızları…
ABŞ Prezidenti Donald Trampın qərarına əsasən, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən idxal edilən mallara 10% gömrük rüsumu tətbiq olunacaq. GDP xəbər verir ki,yeni tariflər aprelin 9-da qüvvəyə minəcək, bütün ölkələr isə aprelin 5-dən etibarən minimal bazaya uyğun rüsum ödəməyə başlayacaq. Maraqlıdır ki, bu siyahıda Rusiya yoxdur, lakin Ukraynaya 10% rüsum qoyulub. Kanada və Meksika isə qarşılıqlı tariflərdən azad edilib. Azərbaycanla yanaşı, Gürcüstan, Ermənistan və Türkiyə də 10% rüsum tətbiq edilən ölkələr sırasındadır. ABŞ-in bu qərarının Azərbaycan-Amerika ticarət əlaqələrinə təsiri gözlənilir.
Mərkəzi Bankın Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov, 24-26 mart 2025-ci il tarixlərində Cənubi Afrika Respublikasında keçirilən Böyük İyirmiliyin (G20) Dayanıqlı maliyyə işçi qrupunun iclasında iştirak edib. Tahirov iclasda “Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyinin inkişafına dair Yol Xəritəsi”nin icrası və çərçivəsində həyata keçirilən təşəbbüslərin vəziyyəti barədə ətraflı məlumat təqdim edib. Eyni zamanda, Mərkəzi Bankın bu Yol Xəritəsinin icrası ilə bağlı katiblik funksiyasını həyata keçirdiyini qeyd edən Tahirov, gələcəkdə dayanıqlı maliyyə sahəsində daha geniş əməkdaşlıq və inkişaf perspektivlərini vurğulayıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın mart sayında ölkənin aparıcı ixracatçı şirkətlərinin reytinqini təqdim edib. GDP xəbər verir ki, 2025-ci ilin yanvar-fevral ayları üzrə hazırlanan statistikaya görə, qeyri-dövlət sektorunda ilk 10 ixracatçı belədir:
