- BlackRock və Blackstone özəl kredit fondlarında vəsait çıxarılmasını məhdudlaşdırıb
- Brent markalı neftin qiyməti 94 dollara qədər yüksəlib
- Bu il ayrılmış limit çərçəvəsində ipoteka krediti üçün 2 165 şəxsin müraciəti qeydiyyata alınıb
- “Bank BTB” BOKT-a çevrilir, aktivləri ABB-yə ötürülür
- Brent nefti yenidən bahalaşıb-88 dollar
- Uoll-Strit bankları Argentinadan kapitalın çıxarılmasını tövsiyə edir
- Türk lirəsi yeni tarixi minimuma düşdü — 1 dollar 44 lirəyə çatdı
- Mərkəzi Bank bank, sığorta və kapital bazarı üzrə rəhbər təyinatı ilə bağlı 96 müraciəti uyğun hesab edib
Author: Aynure Gdp
“Kapital Bank” ASC-nin Müşahidə Şurasına yeni rəhbər təyin olunub. Belə ki, “Kapital Bank” ASC-nin Səhmdarlarının növbədənkənar ümumi yığıncağında qəbul edilən qərara əsasən 17 mart 2025-ci il tarixindən etibarən “Kapital Bank” ASC-nin Müşahidə Şurasının üzvü, Bir ekosisteminin Baş İcraçı Direktoru, zəngin maliyyə tərcübəsinə sahib Fərid Məmmədov bankın Müşahidə Şurasına yeni sədr təyin edilib. Qeyd edək ki, Fərid Məmmədov daha öncə “Kapital Bank”ASC-də İdarə Heyətinin sədrinin birinci müavini, “PAŞA İnvestments” MMC-də Müşahidə Şurasının üzvü, “PAŞA Sığorta” ASC və “PAŞA Həyat Sığorta” ASC-də Direktorlar Şurasının sədri, “PAŞA Bank Gürcüstan”da Müşahidə Şurasının sədri, “Paşa Bank Türkiyə”-də İdarə Heyətinin sədr müavini, “Paşa Bank” ASC-də Müşahidə Şurasının üzvü,…
Rəqəmsal iqtisadiyyatın sürətli inkişafı ilə biznes modelləri də köklü şəkildə dəyişir. Ənənəvi biznes yanaşmaları yerini daha çevik, innovativ və bazar dinamikasına uyğunlaşan rəqəmsal platforma modellərinə buraxır. Artıq dəyər yaratmaq və bazarda uğur qazanmaq üçün yalnız məhsul və ya xidmət satmaq kifayət etmir. Rəqəmsal platformalar, dəyərin ekosistem daxilində yaradılması və paylaşdırılması prinsipinə əsaslanaraq, ənənəvi biznes modellərini kökündən dəyişdirir. 1. Rəqəmsal Biznes Modellərin Artan Əhəmiyyəti Statista-nın araşdırmalarına görə, 2028-ci ilə qədər rəqəmsal platformaların bazar dəyəri 1.6 trilyon dollara çatacaq. Ənənəvi (pipeline) biznes modelləri artıq kifayət qədər effektiv sayılmır, çünki onlar çeviklik və innovasiya baxımından məhdudiyyətlərə malikdirlər. 1.1 Pipeline Modeli: Sənaye İnqilabından Müasir…
Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov mətbuat konfransında bildirib ki, ölkənin portfel investisiyaları kəsirlidir və təxminən 1.6 milyard dollar təşkil edir. Nəsirov qeyd edib ki, portfel investisiyalarının gəlirliyini şərtləndirən amillərdən biri aktivlərin təxminən 700 milyon dollar artması, öhdəliklərin isə təxminən 960 milyon dollar azalması ilə bağlıdır. Departament direktoru aktivlərin 700 milyon dollar artmasını ölkə iqtisadiyyatı üçün müsbət hal kimi qiymətləndirib. O, ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatların xidmət sahələrində profisitliyin azaldığını vurğulayıb və bunun növbəti dövrlərdə ilkin gəlirlər balansında xalis gəlirlərin artması ilə nəticələnəcəyini qeyd edib. Qeyd:Azərbaycan Mərkəzi Bankının açıqlaması ölkənin investisiya balansı haqqında mühüm məqamları ortaya qoyur:…
07 May 2025-ci il tarixində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (“ABB”) Bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir. Bu barədə GDP bankın İdarə Heyətinin bildirişinə istinadən xəbər verir. Bildiririlib ki, “ABB” ASC-nin Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən səsvermənin qiyabi şəkildə, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinet vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir: 1. “ABB” ASC-nin kənar auditor tərəfindən yoxlanılmış 2024-cü ilin maliyyə hesabatları və idarəetmə hesabatının təsdiq edilməsi; 2. 2024-cü ilin maliyyə nəticələrinə əsasən “ABB” ASC-nin səhmdarlarına dividendin ödənilməsi; 3. “ABB” ASC-nin Audit Komitəsinin müstəqil kənar üzvlərinin mükafatlandırılması. Ümumi yığıncağın…
2029-cu ilə qədər Azərbaycanın uçuş bazarında istifadəçi sayı 1.22 milyona, gəlirlər isə 445.18 milyon ABŞ dollarına çatacaq GDP xəbər verir ki, təhlillərə əsasən, 2029-cu ilə qədər bazardakı istifadəçilərin sayının 1.22 milyon nəfərə çatması gözlənilir. İstifadəçi penetrasiyası 10.5% ilə 20.3% arasında dəyişəcək, ümumi bazar həcmi isə 445.18 milyon ABŞ dolları təşkil edəcək. Hər bir istifadəçidən orta gəlir (ARPU) 342.87 ABŞ dolları olaraq proqnozlaşdırılır. Bununla yanaşı, 2029-cu ilə qədər onlayn satışların ümumi gəlirin 85%-ni təşkil edəcəyi ehtimal olunur.
Azərbaycanın uçuş bazarı təhlilinə görə, 2025-ci ilin sonuna qədər Azərbaycanın uçuş bazarının 378.22 milyon ABŞ dolları gəlir əldə etməsi gözlənilir. GDP xəbər verir ki, 2025-2028-ci illər üçün proqnozlaşdırılan illik artım tempi 4.16% təşkil edir.
Qızıl qiymətləri tarixində ilk dəfə olaraq unsiya üçün 3000 dollar həddini aşdı. Bu artım mərkəzi bankların genişmiqyaslı alımları, qlobal iqtisadi qeyri-sabitlik və ABŞ Prezidenti Donald Trampın həm müttəfiqlərə, həm də strateji rəqiblərə qarşı gömrük tarifləri tətbiq etməklə dünya ticarəti qaydalarını yenidən yazmaq cəhdləri fonunda baş verib. GDP xəbər verir ki, qızılın qiyməti və S&P 500 indeksinin performansı müqayisə etdikdə hər iki göstərici 1 yanvar 2000-ci il tarixində 100 bal əsasında normallaşdırılıb. Qızılın qiyməti 2000-ci ildən bəri əhəmiyyətli dərəcədə artıb. Xüsusilə, 2008-ci il maliyyə böhranı və 2020-ci il pandemiyası dövrlərində qızılın qiymətində kəskin artım müşahidə olunub. 2023-cü ilin iyun ayına olan…
Azərbaycanda istehlakçıların malın ölçüsünə, çəkisinə və qiymətinə dair aldadılması halları müxtəlif formalarda özünü göstərir. Bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı rayonda “İstehlakçı hüquqları” mövzusunda keçirilən təlimdə bildirib. Onun sözlərinə görə, mağazalarda kassada malın vitrində göstərilən qiymətdən yüksək hesablanması, restoran və kafelərdə menyudakı məbləğdən artıq ödəniş tələb olunması, çəki ilə satılan məhsulların faktiki çəkisinin göstəriləndən az olması və yaxud hesabda əlavə xərclərin əks etdirilməsi istehlakçıların hüquqlarının pozulması kimi qiymətləndirilir: “Sahibkarlar təklif etdikləri mal və xidmətlərin qiymətləri barədə istehlakçılara dəqiq və düzgün məlumat verməlidirlər. Satışda olan bütün malların üzərində ad,…
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti, banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydasını təsdiqləyib. GDP xəbər verir ki, AMB-nin sədri Taleh Kazımov 25 fevral 2025-ci il tarixində bu barədə qərar imzalayıb. Yeni qərara əsasən, banklar prudensial hesabatları aylıq əsasda tərtib edəcək. Hesabatlarda xarici valyutada olan rəqəmlər, hesabat tarixi üçün Mərkəzi Bank tərəfindən müəyyən edilən rəsmi məzənnə üzrə manat ekvivalenti ilə əks etdiriləcək. Hesabatlar elektron formada hazırlanacaq və bankın İdarə Heyətinin sədrinin və ya baş maliyyə inzibatçısının gücləndirilmiş elektron imzası ilə təsdiq ediləcək. Hesabatlar, hesabat tarixindən sonrakı ayın beşinci iş gününün…
Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinə direktor təyin olunub. GDP xəbər verir ki, Tural İsmayılov Mərkəzi Bankın Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinə direktor təyin edilib. Məlumata görə, Tural İsmayılov 2024-cü ilin may ayından 2025-ci ilin mart ayına qədər Azərbaycan Mərkəzi Bankında direktor müavini vəzifəsində çalışıb. O, 2012-2014-cü illərdə “NBC Bank”da Biznesin İnkişafı direktoru, həmçinin Strateji Planlaşdırma və Marketinq şöbəsinin müdiri kimi fəaliyyət göstərib. Tural İsmayılov təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində Mühəndislik İqtisadiyyatı və İdarəetmə üzrə bakalavr, Xəzər Universitetində Biznesin İdarə Edilməsi üzrə magistr (MBA), Umeå Universitetində isə İdarəetmə və Marketinq üzrə magistr dərəcəsi alaraq tamamlayıb.
