Author: Aynure Gdp

İnnovasiya lideri Bakcell müştərilər üçün yeni rəqəmsal satış platforması Bakcell Shop-u istifadəyə verib. shop.bakcell.com vasitəsilə istifadəçilər mobil cihazlar və müxtəlif texnoloji məhsulları onlayn formada əldə edə biləcəklər. Bakcell Shop-da smartfonlar ilkin ödənişsiz, faizsiz və 18 ayadək hissəli ödəniş şərtləri ilə təqdim olunur. Smartfonu hissə-hissə ödənişlə əldə edən müştərilərə hər ay 20 GB-dək hədiyyə internet təqdim edilir. Bakcell Shop-da hissəli ödəniş prosesi cəmi 1 neçə klik və 1 dəqiqə ərzində tamamlanır. Proses tam rəqəmsal formatda həyata keçirilir və ilkin ödəniş tələb olunmur. Sifariş edilən məhsullar ödənişsiz çatdırılma ilə birbaşa göstərilən ünvana göndərilir. Çatdırılma ölkənin bütün regionları üzrə təmin olunur. Bakcell haqqında…

Read More

İcbari Sığorta Bürosu (İSB) Hüquqi Şəxslərin İttifaqı vətəndaşlara və sığorta bazarının iştirakçılarına göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə yeni rəqəmsal layihələrin icrasını davam etdirir. GDP xəbər verir ki, bu çərçivədə İSB tərəfindən 4 yeni elektron xidmət istifadəyə verilib. Yeni elektron xidmətlər aşağıdakılardır: Bonus-malus əmsalı ilə bağlı onlayn müraciət Radar cəriməsi üzrə onlayn müraciət Şəxsin yazılı razılığı əsasında sığorta hadisəsi tarixçəsinin sorğulanması üzrə onlayn müraciət Sığorta hadisəsi üzrə müstəqil ekspert təyini üzrə onlayn müraciət Xidmətlərdən istifadə imkanının yaradılması məqsədilə İSB-nin yenilənmiş rəsmi internet saytında “Elektron xidmətlər” bölməsi yaradılıb. İstifadəçilər bu xidmətlərdən yararlanmaq üçün İSB-nin informasiya sistemindəki şəxsi kabinetə myGov ID, SİMA İmza,…

Read More

Bank Respublika Çinlə artan ticarət dövriyyəsi fonunda dünyanın aparıcı maliyyə institutlarından biri olan Bank of Chinailə müxbir bank əlaqələri yaradıb. Bu əməkdaşlıq Azərbaycan–Çin ticarət münasibətlərində maliyyə əməliyyatlarının daha birbaşa, sürətli və təhlükəsiz həyata keçirilməsinə imkan verəcək. Bank Respublikanın Korporativ Bankçılıq üzrə İcraçı Direktoru Sadiq İbadov bildirib ki, 2025-ci ilin yekunlarına əsasən Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 4,874 milyard ABŞ dollarına çatıb və bu göstərici illik müqayisədə 30%-dən çox artıb. Çin Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 9,86 faiz payla dördüncü, idxalda isə birinci yerdə qərarlaşıb. Onun sözlərinə görə, yeni müxbir hesab mexanizmi Çinlə hesablaşmalarda vasitəçi bankların sayını azaldır, əməliyyat xərclərini aşağı…

Read More

Bitkoinin ən böyük institusional sahiblərindən biri olan Strategy fondunun portfeli hazırda 8,7 milyard ABŞ dolları həcmində zərər göstərir. Xatırladaq ki, 2022-ci ilin may ayında şirkətin rəhbəri Michael Saylor “Heç kim bitkoin alaraq indiyədək pul itirməyib” açıqlaması ilə diqqət çəkmişdi. Eyni zamanda, Ethereum-un ən böyük sahiblərindən biri hesab olunan BitMine şirkətinin portfeli də 8,3 milyard ABŞ dolları həcmində zərərə düşüb. Mütəxəssislər qeyd edirlər ki, kriptovalyuta bazarında davam edən yüksək volatillik iri institusional investorların belə ciddi maliyyə riskləri ilə üzləşməsinə səbəb olur.

Read More

ABŞ-ın maliyyə naziri Scott Bessent İran rəhbərliyinin ölkədən kütləvi şəkildə maliyyə vəsaitləri çıxardığını bəyan edib. GDP xəbər verir ki, onun sözlərinə görə, bu proses Tehranın mövcud vəziyyətin davamlı olmadığını anladığını göstərir. Nazir bunu İran rəhbərliyinin yaxın perspektivdə ciddi risklərlə üzləşəcəyinə dair mühüm siqnal kimi qiymətləndirib.

Read More

Avropa Mərkəzi Bankı (AMB) gözlənildiyi kimi faiz dərəcələrini əvvəlki səviyyədə saxlayıb. GDP xəbər verir ki, Avropa Mərkəzi Bankı (AMB) cümə axşamı başa çatan iclasın yekunlarına əsasən əsas faiz dərəcələrini dəyişməyib. Tənzimləyicinin yaydığı məlumata görə, depozitlər üzrə faiz dərəcəsi illik 2% səviyyəsində saxlanılıb, əsas yenidən maliyyələşdirmə əməliyyatları (main refinancing operations, MRO) üzrə faiz dərəcəsi 2,15%, marjinal kreditlər üzrə faiz dərəcəsi isə 2,4% təşkil edir. Qərar analitiklərin və bazar iştirakçılarının gözləntiləri ilə üst-üstə düşüb.

Read More

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı ilin yanvar ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 468,0 milyon manat təşkil edib. GDP xəbər verir ki, məlumata əsasən, bu mənbə üzrə daxilolmalar 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz və ya 24,6 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə məcburi dövlət sosial sığorta haqları 8,2 faiz artaraq 347,5 milyon manata yaxın olub. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin yanvar ayı ilə müqayisədə 7,4 faiz artaraq 17,2 milyon manatdan çox təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə bu göstərici isə 10,9 faiz artaraq 14,5 milyon manata yaxın olub. İcbari…

Read More

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında bank sektorunda faiz xərclərinin artımı ilə bağlı səsləndirilən tənqidlərə münasibət bildirib. AMB sədri qeyd edib ki, bankların faiz xərclərinin artımını Mərkəzi Bankın guya “həddindən artıq sərt tələbləri” ilə əlaqələndirmək düzgün deyil. Onun sözlərinə görə, bu yanaşma reallığı əks etdirmir və əsas səbəb sektor daxilində uzun müddət mövcud olmuş likvidlik konsentrasiyası ilə bağlıdır. Taleh Kazımov xatırladıb ki, əvvəlki illərdə sistem əhəmiyyətli banklarda manatla birillik depozit faizləri 6%, digər banklarda isə 9–10–11% səviyyəsində formalaşırdı. Bunun səbəbi iri bankların likvidliyinin yüksək olması və depozit cəlbində daha az maraqlı olmaları idi. Kiçik…

Read More