Author: Aynure Gdp

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 6 milyard 737,5 milyon manat, xərcləri isə 5 milyard 365,9 milyon manat təşkil edib. GDP xəbər verir ki, bunlar, 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,78 % və 2,1 % çoxdur. Son nəticədə 2 ayda büdcədə 1 milyard 371,6 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 5,3 % çoxdur. Maliyyə Nazirliyindən verilən məlumata görə, bu ilin fevral ayında dövlət büdcəsinin gəlir və xərclərinin icrası proqnozu üstələyib. Belə ki, fevral ayında dövlət büdcəsinin gəlirləri 2 milyard 686,1 milyon manat təşkil edib ki, gəlirlərin icrası aylıq proqnozdan 3,04 milyon manat və ya 0,1 %çox olub. Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 863,2 milyon manat, Dövlət Gömrük Komitəsindən 530,6 milyon manat,…

Read More

OPEC+ ölkələri apreldən etibarən neft hasilatını artırmaq qərarını təsdiqləyiblər. GDP xəbər verir ki, istehsalın könüllü məhdudiyyətlərdən tədricən çıxışı 2025-ci ilin aprelindən 2026-cı ilin sentyabrına qədər davam edəcək. Bununla yanaşı, OPEC+ istehsalın artırılmasının dayandırılacağını və ya alyansın ölkələrinin bazardakı vəziyyətdən asılı olaraq yenidən azaldılmaya keçə biləcəyini qəbul edir.

Read More

ABŞ Prezidenti Donald Tramp, Çin mallarına tətbiq olunan gömrük rüsumlarını 10%-dən 20%-ə qaldırdığını açıqlayıb. GDP xəbər verir ki, bu addım, iki ölkə arasındakı ticarət mübahisələrinin dərinləşməsi fonunda atılır. Prezidentin imzaladığı fərmanda, Çin hökumətinin narkotik maddələrə qarşı mübarizədə ABŞ ilə əməkdaşlıq etməməsi əsas səbəb kimi göstərilib. Fərmanda qeyd olunur ki, Çin, ticarət mübahisələrinə aid məsələlərdə razılaşmalara getməmək və narkotiklərlə bağlı böhranın həllində lazımi hüquq-mühafizə tədbirləri görməməkdə davam edib.

Read More

Azərbaycan Mərkəzi Bankının xarici valyuta ehtiyatlarının həcmi fevral ayında cəmi 3.3  milyon dollar və ya 0.03% artıb. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, 28 fevral 2025-ci il tarixinə 10 milyard 992 milyon ABŞ dolları təşkil edib. Qeyd edək ki, 2024-cü ilin oktyabr, noyabr və dekabr aylarında 828 milyon dollarlıq azalma qeydə alınmışdı. AMB ilin ilk üç rübünə qədər isə valyuta ehtiyatlarında cəmi 105.58 milyon dollar artıma nail ola bilmişdi.

Read More

Yanvar və fevral aylarında Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə keçirilən valyuta hərraclarında və banklararası təminatsı bazarda dollar satışlarının dinamikası müxtəlif amillərlə müəyyən olunub. GDP-nin Mərkəzi Banka istinadən verdiyi məlumata görə, valyuta hərraclarında banklara satılan dolların ümumi həcmi 870,6 milyon ABŞ dolları, banklararası bazarda satılan valyutanın ümumi həcmi isə 529,4 milyon ABŞ dolları təşkil edib. Hərraclarda satılmış ən yüksək məbləğ 07 yanvar 2025-ci ildə 73,5 milyon dollar qeydə alınıb, ən aşağı məbləğ isə 13 fevral 2025-ci ildə 36,2 milyon dollar olub. Yanvar ayında keçirilən hərracların orta məbləği 61,64 milyon dollar olduğu halda, fevral ayında bu göstərici 48,36 milyon dollara enib. Yanvar…

Read More

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 15 yanvar 2025-ci il tarixli Qərarı ilə “Baku Pay” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub. GDP bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.

Read More