Avropa Mərkəzi Bankı avro əskinaslarının yeni tərtibatı üçün 10 fərqli dizayn variantını ictimaiyyətə təqdim edib. Avrozonaya daxil olan ölkələrin vətəndaşları sentyabrın 21-dək davam edəcək səsvermə vasitəsilə üstünlük verdikləri variantı seçə biləcəklər.
Səsvermənin nəticələrinə əsasən qalib gələn eskizlər yekun variant kimi təsdiqlənəcək və mərhələli şəkildə dövriyyəyə buraxılacaq. Bu, son onilliklər ərzində avro əskinaslarının dizaynında həyata keçirilən ilk genişmiqyaslı yenilənmə olacaq.





