Azərbaycandakı bankların 2026-cı ilin yanvar-aprel ayında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.
“GDP Media” Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin ilk dörd ayında bankların kreditlər üzrə faiz gəlirləri 1 milyard 449.5 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 242.7 milyon manat və ya 20.1% çoxdur.
Bankların 2025-ci ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 1 milyard 206.8 milyon manat təşkil etmişdir.
Cari ilin yanvar-aprel ayında faizlər üzrə xərcləri isə 663.4 milyon manat olub. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.

