Azərbaycanda müddəti 5 ildən çox olan istiqrazların həcmi 5 milyard manat təşkil edir.
Bunu Bakı Fond Birjasının (BFB) maliyyə analitiki Nərmin Bayramlı bildirib.
Onun sözlərinə görə, istiqraz bazarında dövriyyədə olan qiymətli kağızların müddət strukturuna nəzər saldıqda uzunmüddətli alətlərin böyük paya sahib olduğu görünür.
N.Bayramlı bildirib ki, müddəti 5 ildən çox olan 5 milyard manatlıq istiqrazların 69%-ni ipoteka istiqrazları təşkil edir.
Analitik bunu ipoteka istiqrazlarının təminatlı və daha uzunmüddətli maliyyə alətləri olması ilə əlaqələndirib.

