Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi və idarəetməyə verilməsi ilə bağlı yeni qanun layihəsinin hazırlanması və qəbul edilməsi üzrə nəzərdə tutulan tədbir hələ də icra olunmayıb.
GDP xəbər verir ki, bu barədə Hesablama Palatasının 2027-ci ilin dövlət büdcəsinin layihəsinə dair rəyində məlumat verilib.
Sənəddə xatırladılıb ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda yeni özəlləşdirmə strategiyasının həyata keçirilməsi ayrıca fəaliyyət istiqaməti kimi müəyyən olunub.
Həmin istiqamət çərçivəsində dövlət əmlakının özəlləşdirilməsinə və idarəetməyə verilməsinə dair yeni qanun layihəsinin 2023-cü ildə hazırlanması və qəbul edilməsi nəzərdə tutulub.
Lakin Hesablama Palatasının rəyində qeyd edilib ki, sözügedən tədbir sənədin hazırlandığı tarixədək icra edilməyib.
Müəllif: Aynur Qəniyeva

