Close Menu
    What's Hot

    Azərbaycanda qiymətqoyma, brend və biznes düşüncəsi haqqında

    01 Sentyabr 2026

    Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

    01 Sentyabr 2026

    SOCAR ABŞ-da 1,65 milyard dollarlıq nəhəng qaz sövdələşməsinə hazırlaşır

    01 Sentyabr 2026
    Trending
    • Azərbaycanda qiymətqoyma, brend və biznes düşüncəsi haqqında
    • Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub
    • SOCAR ABŞ-da 1,65 milyard dollarlıq nəhəng qaz sövdələşməsinə hazırlaşır
    • Avrozonada inflyasiya avqustda 3,3%-ə yüksəlib
    • Çin avtomobil istehsalçıları avqust nəticələrini açıqladı: BYD rekord vurdu, Zeekr sürətlənir
    • Mərkəzi Bankdan maliyyə qurumlarına yeni tələb: müştəri şikayətləri üçün ayrıca funksiya yaradılacaq
    • “e-müqavilə” altsistemində “Təhvil-təslim aktının yaradılması” funksiyası istifadəyə verilib
    • Fərid Osmanov: “Rəqəmsal dövlət xidmətlərində daha dərin və generativ süni intellekt həllərinin tətbiqi əsas strateji hədəflərimizdəndir”
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Mərkəzi Bankdan maliyyə qurumlarına yeni tələb: müştəri şikayətləri üçün ayrıca funksiya yaradılacaq

      01 Sentyabr 2026
      Recent

      Mərkəzi Bankdan maliyyə qurumlarına yeni tələb: müştəri şikayətləri üçün ayrıca funksiya yaradılacaq

      01 Sentyabr 2026

      Təhsil haqqı ödənişlərinə Rabitəbank-dan sərfəli tarif

      31 Avqust 2026

      Maliyyə Nazirliyi avqustda banklara 146 milyon manat depozit yerləşdirib

      31 Avqust 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

      01 Sentyabr 2026

      Azərbaycanda 4 illik dövlət istiqrazlarının gəlirliliyi 91 baza bəndi azalıb

      21 Avqust 2026

      PAŞA Kapital anderraytinq xidmətlərinin sayına görə Bakı Fond Birjasının üzvləri arasında lider olub

      19 Avqust 2026

      Bakı Fond Birjasında ən çox təkrar bazar əməliyyatını ABB Invest həyata keçirib

      19 Avqust 2026

      NVIDIA 96,2 milyard ABŞ dolları gəlir əldə etdi: növbəti hədəf 108 milyarddır,bazardan ehtiyatlı reaksiya: investorlar nə gözləyir?

      27 Avqust 2026

      Mis qiymətləri rekord həddə çatıb və yüksəlməkdə davam edir

      26 Avqust 2026

      Səudiyyə Ərəbistanının neft ixracı 2021-ci ildən bəri minimum səviyyəyə düşüb

      25 Avqust 2026

      ABŞ Maliyyə Nazirliyi istiqrazların geri alınmasına 1 trilyon dollara yaxın vəsait yönəldə bilər

      24 Avqust 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

      01 Sentyabr 2026

      NVIDIA 96,2 milyard ABŞ dolları gəlir əldə etdi: növbəti hədəf 108 milyarddır,bazardan ehtiyatlı reaksiya: investorlar nə gözləyir?

      27 Avqust 2026

      Mis qiymətləri rekord həddə çatıb və yüksəlməkdə davam edir

      26 Avqust 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      SOCAR ABŞ-da 1,65 milyard dollarlıq nəhəng qaz sövdələşməsinə hazırlaşır

      01 Sentyabr 2026
      Recent

      SOCAR ABŞ-da 1,65 milyard dollarlıq nəhəng qaz sövdələşməsinə hazırlaşır

      01 Sentyabr 2026

      “e-müqavilə” altsistemində “Təhvil-təslim aktının yaradılması” funksiyası istifadəyə verilib

      01 Sentyabr 2026

      Fərid Osmanov: “Rəqəmsal dövlət xidmətlərində daha dərin və generativ süni intellekt həllərinin tətbiqi əsas strateji hədəflərimizdəndir”

      01 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Digər » Azərbaycanda qiymətqoyma, brend və biznes düşüncəsi haqqında
    Bloq yazıları

    Azərbaycanda qiymətqoyma, brend və biznes düşüncəsi haqqında

    01 Sentyabr 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Mənim fikrimcə, Azərbaycanda qiymətqoymanın əsas problemlərindən biri bir çox istehlak məhsulları üzrə qiymətin formalaşdırılmasına dair aydın və sistemli yanaşmanın olmamasıdır.

    Əlbəttə, bazar iqtisadiyyatının əsas prinsipi dəyişməyib: qiymət tələb və təklifin kəsişməsində formalaşır. Lakin müasir FMCG (Fast-Moving Consumer Goods — gündəlik və tez-tez istehlak olunan istehlak malları) bazarı artıq yalnız “məhsulun istehsalı neçəyə başa gəlir və alıcı buna nə qədər ödəməyə hazırdır?” sualından ibarət deyil.

    Bu gün mağazalarda fiziki xüsusiyyətlərinə görə bir-birinə çox bənzəyən, lakin qiymət baxımından əhəmiyyətli dərəcədə fərqlənən çoxsaylı məhsullar var.

    Niyə?

    Çünki məhsulun qiyməti yalnız onun maya dəyərindən ibarət deyil.

    Qiymət əslində nədən formalaşır?

    Bunu daha sadə bir nümunə ilə izah edək. Adi bir istehlak məhsulunun qiymətinə baxanda ilk növbədə onun istehsalına çəkilən xərcləri nəzərə alırıq. Buraya xammal, istehsal, qablaşdırma, logistika, saxlama, əməkhaqqı və digər əməliyyat xərcləri daxildir. Bundan əlavə, marketinq, distribusiya və başqa birbaşa və dolayı xərclər də məhsulun qiymətinə təsir edir.

    Bütün bu xərclər hesablandıqdan sonra istehsalçı öz mənfəətini, yəni marjasını əlavə edir.

    Amma məncə, qiymətqoymanın maraqlı tərəfi məhz bundan sonra başlayır. Çünki istehsalçı məhsulun maya dəyərindən əlavə, bazarın vəziyyətinə, rəqiblərin qiymətlərinə, məhsulun mövqeləndirilməsinə və istehlakçının həmin məhsula verdiyi dəyərə də baxır.

    Marja sadəcə “30% qazanmaq istəyirəm” demək deyil.

    Marjanı müəyyən edərkən istehsalçı, bir qayda olaraq, yalnız öz xərclərinə baxmır. O, bazarı, rəqiblərin qiymətlərini, məhsulun mövqeləndirilməsini, alıcının ödəmə qabiliyyətini, satış kanallarını, satış həcmini və məhsulun gələcək perspektivlərini də nəzərə alır və bütün bu amillərin içərisində Azərbaycanda, mənim fikrimcə, kifayət qədər effektiv istifadə olunmayan bir amil var.

    Bu, brendin dəyəridir.

    Brend də məhsulun bir hissəsidir

    Brend haqqında danışarkən tez-tez belə yanlış təsəvvür yaranır: gözəl ad fikirləşmək, loqo hazırlamaq, gözəl qablaşdırma yaratmaq kifayətdir və bundan sonra məhsulu daha baha satmaq olar.

    Mən bununla qətiyyən razı deyiləm.

    Brend loqo deyil. Brend şirkətin istehlakçıya verdiyi və dəfələrlə yerinə yetirə bildiyi vəddir. Əgər məhsul bu gün yaxşıdır, sabah da eynidir, amma bir aydan sonra keyfiyyəti dəyişirsə, bunun üzərində ciddi brend qurmaq mümkün deyil.

    Ona görə də brendin real əlavə dəyəri standartdan başlayır:

    · İstehsal standartı;

    · Keyfiyyət standartı;

    · Qablaşdırma standartı;

    · Xidmət standartı;

    · İstehlakçı ilə kommunikasiya standartı;

    · Məhsulun bu gün, sabah və beş ildən sonra necə olmalı olduğuna dair standart.

    mən məhz burada Azərbaycan biznesi üçün böyük bir imkan görürəm.

    Bizim uğurlu nümunələrimiz var

    Əvvəldən qeyd etmək istəyirəm ki, Azərbaycanda brendlərin olmadığını demək düzgün olmazdı. Əksinə, kifayət qədər yaxşı nümunələrimiz var.

    Məsələn, AZZA-nı götürək. Bu brendin gücü nədədir? Təkcə adında deyil. Burada müəyyən məhsul çeşidi, məhsulların hazırlanması standartları, vizual üslub, mağazaların formatı, içkilər, qablaşdırma və istehlakçıda formalaşan ümumi təsəvvür var. İstehlakçı AZZA-ya daxil olduqda nə gözləyə biləcəyini bilir.

    Su brendi Sirab, İstisu da nümunə göstərmək olar. İvanovkanı da xatırlamaq mümkündür — müəyyən tarixi, mənşəyi və tanınmışlığı olan bir məkan və məhsul kimi. Şəkinin şirniyyatlarını, məsələn, Əli Əhməd məhsullarını da qeyd etmək olar.

    Bunlar mənşə, məhsul, tarix, keyfiyyət və tanınmışlığın tədricən əlavə dəyər yarada biləcəyini göstərən nümunələrdir. Amma belə nümunələr daha çox ola bilərdi.

    Nə üçün biz standartlaşdırmanı kifayət qədər qiymətləndirmirik?

    Mənim fikrimcə, problemlərdən biri ondan ibarətdir ki, Azərbaycanda biznesin əhəmiyyətli hissəsi hələ də kifayət qədər qısamüddətli düşünür.Biznesdə istehsal var, satış var, mənfəət var. Təbii ki, şirkət bu gün də pul qazanmalıdır. Amma məsələ yalnız bununla bitməməlidir.

    Amma daha az hallarda belə bir sual ortaya çıxır: “Bu məhsul 5-10 ildən sonra harada olacaq?”

    Onu milli brendə çevirmək mümkündürmü? Təkcə Bakıda deyil, Tbilisidə, İstanbulda, Moskvada, Dubayda və ya Berlində tanınacaq məhsul yaratmaq mümkündürmü? Azərbaycandan kənarda olan istehlakçı qablaşdırmanın üzərində həmin adı gördükdə bunun müəyyən keyfiyyət səviyyəsinə zəmanət verdiyini başa düşə bilərmi? Məhz burada biznesin tamamilə başqa səviyyəsi başlayır.

    Hər məhsul üçün öz “standartımız” olmalıdır

    Burada bir məqamı xüsusi vurğulamaq istəyirəm. Mən planlı iqtisadiyyatı və sovet iqtisadi modelini müdafiə etmirəm. Amma həmin dövrdən bu gün üçün götürə biləcəyimiz müəyyən bir anlayış var: GOST — dövlət standartı.

    Sovet dövründə GOST müəyyən məhsul və proseslər üçün keyfiyyət və istehsal standartlarını müəyyən edirdi. Məqsəd ondan ibarət idi ki, məhsulun müəyyən edilmiş xüsusiyyətləri qorunsun və istehsalçı hər dəfə öz bildiyi kimi keyfiyyəti dəyişməsin.

    Mənim burada demək istədiyim isə tamamilə başqa şeydir. Mən dövlət tərəfindən bütün şirkətlərə tətbiq olunan vahid standartdan danışmıram. Əksinə,düşünürəm ki, hər şirkətin öz “GOST-u” olmalıdır. Yəni şirkətin özü üçün müəyyən etdiyi və illər ərzində dəyişmədən qoruduğu daxili keyfiyyət standartı.

    Çünki istehlakçı məhsulunuzu bir dəfə bəyənib ikinci dəfə alanda əslində sizinlə bir razılaşma bağlayır: “Mən səndən nə gözlədiyimi bilirəm.” Siz isə hər dəfə həmin gözləntini doğrultmalısınız.

    Məhz bu davamlılıq etibar yaradır. Etibar brend yaradır. Brend isə zamanla əlavə dəyərə çevrilir.

    Məncə, Azərbaycan biznesinin qarşısında duran əsas məsələlərdən biri də budur: Məhsulu sadəcə istehsal etmək yox, onun üçün illərlə qorunacaq standart yaratmaq.

    Çünki sabah beynəlxalq bazara çıxmaq istəyiriksə, xarici alıcıya sadəcə “Azərbaycan məhsuludur” demək kifayət etməyəcək. Biz deməliyik: “Bu məhsul bizim standartımızdır və biz bu standartı illərdir qoruyuruq.” Məncə, əsl brend məhz burada başlayır.

    Nə üçün eyni məhsul bir neçə dəfə baha ola bilər?

    Bunun yaxşı nümunələrindən biri Apple-dır. İstehlakçı smartfon üçün yalnız onun daxilindəki komponentlərin pulunu ödəmir. O, əməliyyat sistemi, dizayn, reputasiya və s., və əlbəttə ki, Apple adının özünə görə də pul ödəyir.

    Amma Apple adı havadan yaranmayıb. Bu adın arxasında məhsula, texnologiyaya, dizayna, standartlara, kommunikasiyaya və istifadəçi təcrübəsinə onilliklər ərzində edilmiş investisiyalar dayanır. Məhz buna görə brendin əlavə dəyəri yaranır. İnsan sadəcə cihaz almır. O, Apple alır,və bunlar prinsip etibarilə fərqli şeylərdir.

    Bunun Azərbaycan istehsalçısı üçün mənası nədir?

    Bu o demək deyil ki, hər bir istehsalçı sabah qiyməti 50% artırmalı və qablaşdırmanın üzərinə gözəl bir loqo qoymalıdır. Əksinə, mənim fikrim tamamilə başqadır:

    · Əvvəl keyfiyyət — sonra brend.

    · Əvvəl standart — sonra premium qiymət.

    · Əvvəl etibar — sonra əlavə dəyər.

    Əgər istehsalçı adi bir mürəbbə bankasını rəqibindən baha satmaq istəyirsə, istehlakçıya niyə daha çox pul ödəməli olduğunu izah etməlidir. Bu səbəb unikal xammal, yerli mənşə, xüsusi istehsal texnologiyası, məhsulun hekayəsi, unikal resept, qablaşdırma, keyfiyyətin sabitliyi, istehsalçının reputasiyası və nəticədə — brend ola bilər.

    Bu, həm də ixrac məsələsidir

    Bu mövzu mənim üçün Azərbaycanın ixrac potensialı baxımından da maraqlıdır. Ölkəmizin böyük resursları var: kənd təsərrüfatı məhsulları, meyvələr, tərəvəzlər, qoz-fındıq, bal, süd məhsulları, su, şərab, şirniyyat, tekstil, emal olunmuş məhsullar və daha çoxu.

    Lakin xammalın özü nadir hallarda maksimum əlavə dəyər yaradır. Daha çox qazanmaq üçün xammalı tanınan məhsula çevirmək lazımdır:

    Sadəcə üzüm satmaq yox — şərab brendi yaratmaq.

    Sadəcə süd satmaq yox — davamlı reputasiyaya malik məhsul yaratmaq.

    Sadəcə su satmaq yox — milli su brendi yaratmaq.

    Bu artıq tamamilə başqa iqtisadiyyatdır.

    Bu gün investisiya — sabah gəlir

    Əlbəttə, standart və brend yaratmaq investisiya tələb edir. Avadanlıqlara, keyfiyyətə nəzarətə, qablaşdırmaya, marketinqə, araşdırmalara, əməkdaşların təliminə, logistikaya və proseslərə investisiya qoymaq lazımdır. Üstəlik, bu investisiyaların nəticəsi heç də həmişə dərhal görünmür.

    Amma onilliklər ərzində mövcud olmaq istəyən biznes növbəti rübdən daha uzağa baxmağı bacarmalıdır. Hər biznesin beynəlxalq ekspansiyaya ehtiyacı yoxdur. Hər bir çörək sexi qlobal brendə çevrilməli deyil. Hər istehsalçının böyük korporasiya qurması da vacib deyil. Amma biznesin potensialı varsa — niyə də yox? Necə deyərlər, general olmaq istəməyən əsgərdən yaxşı əsgər olmaz.

    Nəhayət — qiymətqoyma haqqında

    Qiymət mövzusuna qayıdaraq düşünürəm ki, qiymətin nə olduğu barədə anlayışımızı tədricən dəyişməliyik. Qiymət yalnız “maya dəyəri + mənfəət” deyil. Qiymət şirkətin yaratdığı dəyəri də əks etdirə bilər.

    Amma bu dəyərin real olması üçün onu əvvəlcə yaratmaq lazımdır. Sadəcə brend adı düşünüb qiyməti artırmaq olmaz. İstehlakçının etibar edəcəyi məhsul yaratmaq, sabit keyfiyyəti təmin etmək, prosesləri qurmaq, standartlar yaratmaq, reputasiya formalaşdırmaq lazımdır. Və yalnız bundan sonra brend iqtisadi aktivə çevrilməyə başlayır.

    Biznes düşüncəsi dəyişməlidir

    İstərdim ki, Azərbaycanda daha çox şirkət yalnız “Bu məhsuldan bu gün nə qədər qazanacağam?” deyə düşünməsin. Eyni zamanda belə bir sual da versin: “Bu məhsul ətrafında 10 il ərzində hansı şirkəti və hansı brendi qura bilərəm?”

    Bunun üçün potensialımız var: sahibkarlarımız var, istehsalımız var, xammalımız var, daxili bazarımız var, coğrafi mövqeyimiz var, ixrac imkanlarımız var. Məncə, çatışmayan əsas məsələlərdən biri məhsul yaratmağa sistemli və uzunmüddətli yanaşmadır.

    Ona görə də mənim mesajım bütün istehsalçıların düşünmədən qiymətləri artırması və ya kütləvi şəkildə məhsulların üzərinə loqo yerləşdirməsi deyil.

    Mənim mesajım əslində çox sadədir: əvvəlcə keyfiyyətli məhsul yaradın, öz standartlarınızı müəyyənləşdirin və onlara davamlı şəkildə əməl edin. Proseslərə və insanlara investisiya qoyun, istehlakçının etibarını qazanın və zamanla həmin etibarın üzərində güclü bir brend qurun.

    Çünki güclü brend qiyməti artırmaq üçün səbəb deyil. Güclü brend şirkətin illər ərzində istehlakçının həqiqətən pul ödəməyə hazır olduğu dəyəri yaratmasının nəticəsidir.

    Əgər Azərbaycan biznesi məhz bu şəkildə düşünməyə başlasa, zamanla qiymətqoyma məsələsi yalnız “istehsal etmək neçəyə başa gəlir?” sualından ibarət olmayacaq. Sual belə olacaq: “Biz hansı dəyəri yaratmışıq?” və bazar artıq yaradılmış bu dəyər üçün həqiqətən daha çox ödəyə bilər.

    Müəllif:Fərəc Axundov

     

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Avrozonada inflyasiya avqustda 3,3%-ə yüksəlib

    01 Sentyabr 2026

    Çin avtomobil istehsalçıları avqust nəticələrini açıqladı: BYD rekord vurdu, Zeekr sürətlənir

    01 Sentyabr 2026

    Dünyada milyarderlərin sayı rekord həddə – 3 795 nəfərə çatıb

    31 Avqust 2026

    OPEC+ İranda altı aydır davam edən müharibədən sonra neft bazarına təsirini itirib

    27 Avqust 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.