Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 2026-cı il avqustun 31-nə 62 milyard 475,9 milyon manat təşkil edib.
GDP Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə istinadən xəbər verir ki, bankların aktivləri avqust ərzində 2,5% artıb.
Hesabat tarixində bank sektorunun cəmi öhdəlikləri 54 milyard 722,7 milyon manat, balans kapitalı isə 7 milyard 753,2 milyon manat olub. Bir ay ərzində öhdəliklər 2,6%, balans kapitalı 1,4% artıb.
Müxtəlif:Aynur Qəniyeva

