Close Menu
    What's Hot

    “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

    10 Sentyabr 2026

    İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

    10 Sentyabr 2026

    Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

    10 Sentyabr 2026
    Trending
    • “Unibank”ın sədr müavini vəzifədən ayrılıb
    • İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
    • Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib
    • FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər
    • Azərbaycanla Dünya Bankı arasında 53 layihəyə 4,9 milyard dollar ayrılıb- Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
    • Şəxsi baqaj üçün gömrük bəyannaməsi qaydaları yeniləndi, yeni qayda 30 gündən sonra qüvvəyə minəcək
    • Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə müraciətlərin sayını açıqlayıb
    • Avto-icbari sığorta üzrə ən çox şikayət edilən sığorta şirkətlərini açıqlanıb-SİYAHI
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

      10 Sentyabr 2026
      Recent

      “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

      10 Sentyabr 2026

      FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər

      09 Sentyabr 2026

      Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə müraciətlərin sayını açıqlayıb

      09 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “PAŞA Kapital”da yeni təyinat

      07 Sentyabr 2026

      Azərbaycan kapital bazarında yeni dinamika: Bakı Fond Birjasının dövriyyəsi azalıb, əqd sayı artıb

      07 Sentyabr 2026

      Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

      01 Sentyabr 2026

      Azərbaycanda 4 illik dövlət istiqrazlarının gəlirliliyi 91 baza bəndi azalıb

      21 Avqust 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Neft İran və ABŞ arasında gərginlik fonunda bahalaşmaqda davam edir

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026
      Recent

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026

      Dövlət təşkilatlarının ödənişli xidmətlərindən büdcəyə 481 milyon manat daxil olub

      08 Sentyabr 2026

      Dövlət əmlakı üzrə büdcə daxilolmaları proqnozu 23,8 faiz üstələyib

      08 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Birja » Bakı Fond Birjasının ümumi ticarət həcmi 9%-ə yaxın,REPO əməliyyatlarının həcmi isə 16%-dən çox azalıb
    Birja

    Bakı Fond Birjasının ümumi ticarət həcmi 9%-ə yaxın,REPO əməliyyatlarının həcmi isə 16%-dən çox azalıb

    03 Dekabr 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2025-ci ilin ilk 11 ayı üzrə Bakı Fond Birjasının fəaliyyət göstəriciləri 2024-cü ilin eyni dövrü ilə müqayisədə bazarda həm struktur, həm də dinamik dəyişikliklərin baş verdiyini göstərir.

    GDP Bakı Fond Birjasına isrtinadla xəbər verir ki, sözügedən dövrdə Birjanın ümumi ticarət həcmi 63,7 mlrd manatdan 58,2 mlrd manata düşərək təxminən 8,7% azalma nümayiş etdirib. Bu azalma əsasən REPO və ARMB notları seqmentindəki geriləmə ilə bağlıdır. Ümumi əməliyyat sayı isə daha kəskin 57,6% səviyyəsində azalaraq 63 min əməliyyatdan 26,8 min əməliyyata enib. Bu dəyişikliklər bazarda iştirakçı davranışlarının və likvidliyin struktur xarakterli dəyişdiyini göstərir.

    Dövlət Qiymətli Kağızları (DQK) bazarında 2025-ci ilin yanvar -noyabr ayları ərzində ticarət həcmi ötən illə müqayisədə demək olar ki, iki dəfə artaraq 3,94 mlrd manatdan 7,83 mlrd manata yüksəlib 98,76% artıb. Lakin əməliyyatların sayı 64% azalaraq 727-yə düşüb. Bu tendensiya dövlət kağızlarının daha iri məbləğli, lakin daha az sayda əməliyyatlar vasitəsilə alınıb-satıldığını göstərir. Yəni investorlar daha böyük portfellərlə və daha məqsədyönlü strategiyalarla bazarda iştirak ediblər.

    ARMB notları bazarında isə həm həcmdə 16,9%, həm də əməliyyat sayında 4% azalma müşahidə olunub ki, bu da qısamüddətli likvidlik alətlərinə marağın zəifləməsindən xəbər verir. Korporativ qiymətli kağızlar üzrə mənzərə qarışıqdır: həcm 16,5% artsa da, əməliyyat sayı 66% azalaraq ciddi daralma göstərib. Bu azalma əsasən səhmlərin təkrar bazarında fəallığın zəifləməsi ilə bağlıdır. Beləliklə, korporativ bazarın artımı əsasən istiqraz seqmenti hesabına təmin edilib.

    İpoteka istiqrazları bazarında həm həcm, həm də əməliyyat sayı üzrə kiçik azalma baş verib və bu seqment stabilliyini qoruyub. REPO əməliyyatları isə həm həcmdə 16,1%, həm də say üzrə 20,4% azalma nümayiş etdirərək ümumi bazar göstəricilərinin zəifləməsində əsas təsir edən amillərdən biri olub.

    İlkin bazarda isə vəziyyət ziddiyyətlidir: hərçənd ümumi həcm cüzi şəkildə  yəni 2,8% artsa da, əməliyyat sayı 93%-dən çox azalaraq 51 min səviyyəsindən cəmi 3,4 minə düşüb. Bu dramtik azalma, xüsusilə korporativ qəbzlərin ilkin bazarında əməliyyatların 94% azalması ilə izah olunur. Digər tərəfdən, REPO əməliyyatları nəzərə alınmadan təkrar bazarda çox güclü dinamika qeyd olunub: həcmin 155% artması və əməliyyat sayının 93% yüksəlməsi ikinci dərəcəli bazarda aktivliyin əhəmiyyətli şəkildə yüksəldiyini göstərir. Bu artımın əsas səbəblərindən biri təkrar dövriyyədə olan dövlət kağızlarının həcm baxımından 4 dəfəyə yaxın böyüməsidir.

     

    Ümumilikdə, 2025-ci ilin bazar göstəriciləri göstərir ki, Bakı Fond Birjasında ticarət strukturu dəyişməkdədir. Dövlət qiymətli kağızları bazarın əsas lokomotivinə çevrilmiş, ilkin bazarda korporativ qəbzlərin rolu zəifləmış, təkrar bazar isə likvidliyin əsas istiqamətinə çevrilmişdir. Bununla belə, əməliyyat sayında müşahidə edilən ümumi azalma bazar iştirakçılarının say və davranış baxımından daha selektiv və ehtiyatlı hərəkət etdiyini göstərir.

    Müəllif:Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

    10 Sentyabr 2026

    Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

    09 Sentyabr 2026

    Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

    09 Sentyabr 2026

    Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

    09 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.