Close Menu
    What's Hot

    Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”

    24 İyun 2026

    Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb

    24 İyun 2026

    Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”

    24 İyun 2026
    Trending
    • Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
    • Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
    • Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
    • Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”
    • “PAŞA Bank”ın rəhbəri Cavid Quliyev:“19 il geridə qaldı, indi isə yeni mərhələ başlayır”
    • Azərbaycanda “smart büdcələr” dövrü. Niyə bizneslər artıq sadəcə like sayına inanmır və rəqəmsal marketinqdən nə gözləmək lazımdır?
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”

      24 İyun 2026
      Recent

      Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”

      24 İyun 2026

      Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb

      24 İyun 2026

      Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”

      24 İyun 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Fərid Osmanov: Qiymətli kağızların emissiyası prosedurlarının sadələşdirilməsi təklif olunur

      17 İyun 2026

      “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

      02 İyun 2026

      Ümumi dövriyyə həcmində 9% azalma, korporativ istiqrazlarda 152,8% artım – ABB Invest-ın bazar dinamikası

      20 May 2026

      “2025-ci ildə ABB səhmlərinin təkrar bazarda dövriyyəsi 18 milyon manat təşkil edib” – Nadir Babazadə

      15 May 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Citi: Tokenləşdirilmiş qiymətli kağızlar bazarı 2030-cu ilə qədər 5,5 trilyon dollara çata bilər

      01 İyun 2026

      Goldman Sachs: “ABŞ bazarında “dotkom köpüyü” siqnalları güclənir”

      16 May 2026

      ABŞ səhmləri Trampın Çin səfərindən sonra enişlə açılıb

      15 May 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Fərid Osmanov: Qiymətli kağızların emissiyası prosedurlarının sadələşdirilməsi təklif olunur

      17 İyun 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

      02 İyun 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”

      19 İyun 2026
      Recent

      Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”

      19 İyun 2026

      Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb

      17 İyun 2026

      “Bakcell” “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub

      16 İyun 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Rəsmi » “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək
    Rəsmi

    “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək

    07 May 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək.

    GDP xəbər verir ki, bu, Prezident İlham Əliyevin ““Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Fərmanında əksini tapıb.

    Fərmana əsasən, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil ediləcək.

    Müəyyən edilib ki:

    – Cəmiyyət ictimai nəqliyyat sahəsində (metro, avtobus, tramvay, taksi) sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, onların keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsini, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqini, habelə bu sahədə yeni nəqliyyat infrastrukturu obyektlərinin (metro, tramvay, avtomobil nəqliyyatı üzrə avtovağzalların (avtostansiyaların), terminalların və digər qurğuların, eləcə də taksi və avtobuslara texniki xidmət göstərən texniki-təmir sahələrinin və stansiyalarının) layihələndirilməsini və tikintisini, maddi-texniki bazanın gücləndirilməsini və müasirləşdirilməsini, həmçinin müxtəlif nəqliyyat növləri (metro, avtobus, tramvay, taksi) üzrə xidmətlərin qarşılıqlı inteqrasiyasını, vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini təmin edən kommersiya hüquqi şəxsidir;

    -. Cəmiyyət “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisidir, onların bütün hüquqları və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir;

    – Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

    – Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 5 (beş) üzvdən – sədr və onun 4 (dörd) müavinindən ibarət İdarə Heyəti həyata keçirir.

     

    Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

    Azərbaycan Respublikasının Prezidentinə:

    – Cəmiyyətin yenidən təşkili və ləğvi;

    – Cəmiyyətin icra orqanının yaradılması;

    – Cəmiyyətin İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

    Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON-a):

    – Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş digər məsələlərin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi;

    – bu Fərmanın 3.1-ci bəndində və 3.2.1-ci yarımbəndində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının normativ hüquqi aktları, eləcə də Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi.

    Cəmiyyətin Müşahidə Şurası aşağıdakı səlahiyyətləri həyata keçirir:

    Cəmiyyətin inkişaf strategiyasına və onun icrası ilə bağlı tədbirlər planına, habelə əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsinə və biznes planına dair Ümumi Yığıncağa təkliflər vermək;

    Cəmiyyətin gəlirlər və xərclər smetalarını, o cümlədən büdcə proqnozlarını təsdiq edilməsi üçün Ümumi Yığıncağa təqdim etmək və icrasını təmin etmək;

    Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına dair Ümumi Yığıncağa təkliflər vermək;

    fəaliyyətinin səmərəliliyini artırmaq üçün etika, strateji planlaşdırma, risklərin idarə edilməsi və s. üzrə yardımçı komitələr yaratmaq və öz səlahiyyətlərinin bir hissəsini onlara həvalə etmək;

    Ümumi Yığıncaqla razılaşdırmaqla Cəmiyyətin maliyyə planlaşdırılmasını təsdiq etmək və icrasını təmin etmək;

    Ümumi Yığıncaqla razılaşdırmaqla Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin nizamnamələrini təsdiq etmək;

    Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə Cəmiyyət tərəfindən hüquqi şəxslərin yaradılması, eləcə də onların idarəetmə orqanlarının üzvlərinin (rəhbərlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi ilə bağlı Ümumi Yığıncağa təkliflər vermək;

    Ümumi Yığıncağın razılığı ilə Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin strukturunu, işçilərinin say həddini, əməkhaqqı sistemini və əməyin ödənişi fondunu, ştat cədvəlini təsdiq etmək;

    Cəmiyyətin mənfəətinin və zərərinin bölüşdürülməsi ilə bağlı sənədləri, həmçinin illik hesabatları və maliyyə hesabatlarını təsdiq edilməsi üçün Ümumi Yığıncağa təqdim etmək;

    Cəmiyyətin daxili audit bölməsini təşkil etmək və onun əsasnaməsini Ümumi Yığıncaqla razılaşdırmaqla təsdiq etmək, əməkdaşlarını vəzifəyə təyin və vəzifədən azad etmək;

    bu Fərmanın 3-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları və Cəmiyyətin nizamnaməsi ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.

    Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

    Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON):

    Cəmiyyətin yeni nizamnaməsini və strukturunu üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

    bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

    Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 11, maddə 1196; 2025, № 8, maddə 749) ilə təsdiq edilmiş “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı”nın 6-cı hissəsi və 8.5-ci bəndi ləğv edilsin.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    “İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik”

    18 İyun 2026

    İqtisadi Şurada Ələt Azad İqtisadi Zonası və xidmət sektorunun inkişafı müzakirə olunub

    11 İyun 2026

    İnflyasiyada sabitlik: göstərici 5,6% səviyyəsində qalıb

    10 İyun 2026

    Eldar Rasulov “AzerGold”da şöbə rəis müavini təyin olunub

    04 İyun 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.