Close Menu
    What's Hot

    Dövlət Statistika Komitəsinin sədr müavini dəyişib

    08 Oktyabr 2026

    Almaniya şirkətlərinin Ələt Azad İqtisadi Zonasına investisiya imkanları müzakirə olunub

    08 Oktyabr 2026

    Bərdədə 10 baş mal-qaranın sığortalanması fermerə 360 manata başa gəlir

    08 Oktyabr 2026
    Trending
    • Dövlət Statistika Komitəsinin sədr müavini dəyişib
    • Almaniya şirkətlərinin Ələt Azad İqtisadi Zonasına investisiya imkanları müzakirə olunub
    • Bərdədə 10 baş mal-qaranın sığortalanması fermerə 360 manata başa gəlir
    • Samsung üçüncü rübdə 79,8 milyard dollar rekord mənfəət əldə edib
    • Bakıda maliyyə cinayətləri və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə beynəlxalq tədbir keçiriləcək
    • WSJ: Ripple Uoll-Strit banklarının ciddi rəqibinə çevrilir
    • Tim Kuk Apple səhmlərinin bir hissəsini satdı: 64 milyon ABŞ dolları
    • Trampın oğulları ilə əlaqəli şirkətlər 6 milyard dollardan çox federal sifariş alıb – ABC
    pashabank
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Bakıda maliyyə cinayətləri və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə beynəlxalq tədbir keçiriləcək

      08 Oktyabr 2026
      Recent

      Bakıda maliyyə cinayətləri və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə beynəlxalq tədbir keçiriləcək

      08 Oktyabr 2026

      Rabitəbankın ipoteka portfeli 200 milyon manatı ötüb

      06 Oktyabr 2026

      “PAŞA Bank”da 56.8%-lik pay yeni holdinqə keçib

      06 Oktyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Ruslan Xəlilov: “Beynəlxalq brokerlər Bakı Fond Birjasına məsafədən üzv ola biləcəklər”

      25 Sentyabr 2026

      Nərmin Bayramlı:“Bakı Fond Birjasının tarif strukturundakı dəyişiklik repo bazarının müddət bölgüsünə təsir edib”

      22 Sentyabr 2026

      Azərbaycanda 5 ildən uzunmüddətli istiqrazların həcmi 5 milyard manata çatıb

      22 Sentyabr 2026

      Nərmin Bayramlı:”SOCAR istiqrazlarının bazardan çıxması korporativ qiymətli kağızlarla repo əməliyyatlarını azaldıb”

      22 Sentyabr 2026

      Tim Kuk Apple səhmlərinin bir hissəsini satdı: 64 milyon ABŞ dolları

      08 Oktyabr 2026

      Brent neftinin qiyməti bir barel üçün 101,98 dollara yüksəlib

      07 Oktyabr 2026

      ABŞ fond bazarı FED-in sentyabr iclasının protokolunu gözləyərkən geriləyir

      07 Oktyabr 2026

      Qızılın qiyməti avqustun əvvəlindən bəri ən aşağı səviyyəyə düşüb

      07 Oktyabr 2026

      WSJ: Ripple Uoll-Strit banklarının ciddi rəqibinə çevrilir

      08 Oktyabr 2026

      Bitkoin 550 milyon dollarlıq mövqelərin məcburi bağlanmasından sonra ucuzlaşıb

      07 Oktyabr 2026

      Binance sorğusu: Azərbaycandakı kripto istifadəçilərinin 70%-dən çoxu ticarətə maraq göstərir

      04 Oktyabr 2026

      Belarus ilk iki kriptobankı rəsmi qeydiyyata alıb

      28 Sentyabr 2026

      WSJ: Ripple Uoll-Strit banklarının ciddi rəqibinə çevrilir

      08 Oktyabr 2026

      Tim Kuk Apple səhmlərinin bir hissəsini satdı: 64 milyon ABŞ dolları

      08 Oktyabr 2026

      Brent neftinin qiyməti bir barel üçün 101,98 dollara yüksəlib

      07 Oktyabr 2026

      ABŞ fond bazarı FED-in sentyabr iclasının protokolunu gözləyərkən geriləyir

      07 Oktyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Huawei və Qualcomm 5G və süni intellekt üzrə patent sazişi imzalayıb

      06 Oktyabr 2026
      Recent

      Huawei və Qualcomm 5G və süni intellekt üzrə patent sazişi imzalayıb

      06 Oktyabr 2026

      Azərbaycan və Dünya Bankı FINGROW və nəqliyyat layihələrini müzakirə edib

      02 Oktyabr 2026

      “BakuBus” Qarabağ üçün Çin şirkətindən 19 ədəd yeni avtobus alır -3.4 milyon manatlıq müqavilə

      29 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    pashabank
    Gdp.azGdp.az
    Ana səhifə » Rəsmi » Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib
    Rəsmi

    Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib

    29 İyun 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    İyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib.

    GDP xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva çıxışında bildirib ki, cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə ölkənin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilib, verilən tapşırıqlara uyğun olaraq isə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiqlənib.

    Onun sözlərinə görə, qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını əhatə edən yol xəritəsi müəyyənləşdirilib. Mehriban Əliyeva qeyd edib ki, Rəqəmsal İnkişaf Şurasının əsas vəzifəsi dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, vahid yanaşmanın formalaşdırılması və qəbul edilən qərarların vaxtında və səmərəli icrasının təmin edilməsidir.

    Birinci vitse-prezident vurğulayıb ki, məqsəd yalnız yeni texnologiyaların tətbiqi deyil, eyni zamanda, iqtisadi artımın sürətləndirilməsi, innovasiya ekosisteminin inkişafı, yerli və xarici investisiyaların cəlbi, startaplara dəstəyin artırılması və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır.

    Mehriban Əliyeva süni intellektin artıq gələcəyin deyil, bu günün əsas inkişaf amillərindən birinə çevrildiyini bildirərək, bu texnologiyanın dövlət təhlükəsizliyi baxımından əhəmiyyətinin artdığını diqqətə çatdırıb. O, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində yaranan yeni risklərə hazır olmağın vacibliyini qeyd edib.

    İclasda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev məlumat verib ki, 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planı rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə ümumilikdə 58 təşəbbüsü əhatə edir. Nazir bildirib ki, 40 dövlət qurumu ilə yol xəritələri hazırlanıb, onlardan 13-üartıq təsdiqlənib və ya təsdiq mərhələsindədir.

    Rəşad Nəbiyev qeyd edib ki, Milli Məlumat Hövzəsinin yaradılması, dövlət informasiya sistemlərinin hökumət buluduna köçürülməsi və yeni data mərkəzinin tikintisi istiqamətində işlər davam etdirilir. O əlavə edib ki, son üç ay ərzində “mygov” platformasının istifadəçilərinin sayı 2,7 milyondan 3,5 milyona yüksəlib. Platformaya bir neçə yeni tətbiq inteqrasiya olunub, daha yeddi dövlət tətbiqinin isə ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

    Nazir həmçinin bildirib ki, “mygov” və digər dövlət qurumlarında süni intellekt həllərinin tətbiqi genişləndirilir, virtual vətəndaş köməkçisi istifadəyə verilib. Bundan əlavə, texnoloji suverenliyi gücləndirmək məqsədilə Azərbaycan Dayanıqlılıq Klasterinin yaradılmasına başlanılıb.

    Kibertəhlükəsizlik sahəsində Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi, Milli Kiber İnsidentlərə Qarşı Mübarizə Mərkəzi və Rəqəmsal Təhqiqat Mərkəzinin yaradılması, həmçinin dövlət və özəl sektor arasında operativ məlumat mübadiləsini təmin edəcək vahid milli kibertəhlükəsizlik platformasının qurulması istiqamətində işlərin davam etdirildiyi bildirilib.

    Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə rəqəmsal transformasiya sahəsində həyata keçirilən qanunvericilik islahatları barədə məlumat verib. O qeyd edib ki, Rəqəmsal İnkişaf Şurasının müəyyən etdiyi strateji prioritetlərə uyğun olaraq hüquqi tənzimləmə, rəqabətqabiliyyətli vergi mühiti, innovasiyaların maliyyələşdirilməsi, elmi-tədqiqat təşviqləri, istedadların cəlbi və kibertəhlükəsizlik sahələrini əhatə edən kompleks qanunvericilik islahatları hazırlanır. Şahmar Mövsümov vurğulayıb ki, bu təşəbbüs postsovet məkanında rəqəmsal ekosistemin inkişafı və tənzimlənməsi istiqamətində həyata keçirilən ən əhatəli islahatlardan biridir.

    Elm və təhsil naziri Emin Əmrullayev isə təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər barədə məlumat verərək, təhsil müəssisələrinin vahid internet şəbəkəsinə qoşulması, “Rəqəmsal məktəb” layihəsi, təhsil məlumatlarının və sənədlərinin elektronlaşdırılması istiqamətində görülən tədbirlərdən danışıb. Nazir bildirib ki, növbəti mərhələdə tədris prosesinin tam rəqəmsallaşdırılması nəzərdə tutulur.

    Emin Əmrullayev, həmçinin məktəblərdə həyata keçirilən “Rəqəmsal bacarıqlar” və “STEAM Azərbaycan” layihələrinin şagirdlərin rəqəmsal kompetensiyalarının inkişafında mühüm rol oynadığını vurğulayıb.

    İclas müzakirələrlə davam edib.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Dövlət Statistika Komitəsinin sədr müavini dəyişib

    08 Oktyabr 2026

    Pirallahıda 114 milyonluq dərman zavodu – İllik 60 milyon qutu dərman istehsal edəcək

    05 Oktyabr 2026

    Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

    02 Oktyabr 2026

    Azərbaycan və İran birgə layihələrin icrasını sürətləndirəcək

    28 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.