Kriptovalyuta bazarında son sutka ərzində təxminən 550 milyon dollar həcmində mövqenin məcburi bağlanması bitkoinin qiymətinin aşağı düşməsinə səbəb olub.
GDP xəbər verir ki, Coinglass-ın məlumatına görə, çərşənbə günü bitkoin ucuzlaşmağa davam edib. Kraken birjasında bitkoinin qiyməti 2,2% azalaraq 83 716 dollara, Ether-in qiyməti isə 3,9% azalaraq 2 594 dollara düşüb.
LVRG Research şirkətinin baş analitiki Den Hus bildirib ki, qiymətlərin azalması əsasən borc vəsaiti hesabına açılmış çoxsaylı alış mövqelərinin məcburi bağlanması ilə əlaqədardır.
Analitikin fikrincə, hazırkı ucuzlaşma hələlik kriptovalyuta bazarında davamlı eniş meylinin yarandığını göstərmir.

