Close Menu
    What's Hot

    Dövlət Neft Fondu qlobal investisiya şirkəti olan “Brookfield” ilə Anlaşma Memorandumu imzalayıb

    01 Oktyabr 2026

    Azərbaycan-Oman Fondu Azərbaycan bankının yeni səhmlərini əldə edəcək

    01 Oktyabr 2026

    “AzerGold” Kəlbəcərə həsr olunmuş qızıl və gümüş sikkələr təqdim edib

    01 Oktyabr 2026
    Trending
    • Dövlət Neft Fondu qlobal investisiya şirkəti olan “Brookfield” ilə Anlaşma Memorandumu imzalayıb
    • Azərbaycan-Oman Fondu Azərbaycan bankının yeni səhmlərini əldə edəcək
    • “AzerGold” Kəlbəcərə həsr olunmuş qızıl və gümüş sikkələr təqdim edib
    • Brent neftinin qiyməti 97 dollara düşüb
    • Gümüşün qiyməti 61 dolları ötüb
    • PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir
    • Sabahdan kredit qaydaları dəyişir: Vətəndaşlar öz adlarına onlayn kredit rəsmiləşdirilməsini bloklaya biləcək
    • ABŞ və Çin ümumilikdə 60 milyard dollar dəyərində mallara tətbiq olunan gömrük rüsumlarını azaldacaq
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Dövlət Neft Fondu qlobal investisiya şirkəti olan “Brookfield” ilə Anlaşma Memorandumu imzalayıb

      01 Oktyabr 2026
      Recent

      Dövlət Neft Fondu qlobal investisiya şirkəti olan “Brookfield” ilə Anlaşma Memorandumu imzalayıb

      01 Oktyabr 2026

      Azərbaycan-Oman Fondu Azərbaycan bankının yeni səhmlərini əldə edəcək

      01 Oktyabr 2026

      PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir

      30 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Ruslan Xəlilov: “Beynəlxalq brokerlər Bakı Fond Birjasına məsafədən üzv ola biləcəklər”

      25 Sentyabr 2026

      Nərmin Bayramlı:“Bakı Fond Birjasının tarif strukturundakı dəyişiklik repo bazarının müddət bölgüsünə təsir edib”

      22 Sentyabr 2026

      Azərbaycanda 5 ildən uzunmüddətli istiqrazların həcmi 5 milyard manata çatıb

      22 Sentyabr 2026

      Nərmin Bayramlı:”SOCAR istiqrazlarının bazardan çıxması korporativ qiymətli kağızlarla repo əməliyyatlarını azaldıb”

      22 Sentyabr 2026

      Brent neftinin qiyməti 97 dollara düşüb

      01 Oktyabr 2026

      Gümüşün qiyməti 61 dolları ötüb

      01 Oktyabr 2026

      Dollar son 1,5 ilin maksimumunu yeniləyib-bazarda FED-in faiz artımı gözləntiləri güclənir

      30 Sentyabr 2026

      Dollar möhkəmlənir, qızıl ucuzlaşır

      29 Sentyabr 2026

      Belarus ilk iki kriptobankı rəsmi qeydiyyata alıb

      28 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Brent neftinin qiyməti 97 dollara düşüb

      01 Oktyabr 2026

      Gümüşün qiyməti 61 dolları ötüb

      01 Oktyabr 2026

      Dollar son 1,5 ilin maksimumunu yeniləyib-bazarda FED-in faiz artımı gözləntiləri güclənir

      30 Sentyabr 2026

      Dollar möhkəmlənir, qızıl ucuzlaşır

      29 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      “BakuBus” Qarabağ üçün Çin şirkətindən 19 ədəd yeni avtobus alır -3.4 milyon manatlıq müqavilə

      29 Sentyabr 2026
      Recent

      “BakuBus” Qarabağ üçün Çin şirkətindən 19 ədəd yeni avtobus alır -3.4 milyon manatlıq müqavilə

      29 Sentyabr 2026

      “Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı

      29 Sentyabr 2026

      AZAL Naxçıvan reyslərini təxirə saldı

      28 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » İqtisadiyyat » bp AÇG-də profilaktik işlər başlayır: Üç platformada hasilat azalacaq
    İqtisadiyyat

    bp AÇG-də profilaktik işlər başlayır: Üç platformada hasilat azalacaq

    19 Avqust 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    bp şirkəti “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağının işlənməsi layihəsinin operatoru kimi Mərkəzi Azəri platformasında 11 gün davam edəcək planlaşdırılmış profilaktik işlər proqramına başlayıb.

    GDP xəbər verir ki, şirkətin məlumatına görə, işlər avqustun 19-dan etibarən AÇG üzrə illik iş proqramı çərçivəsində həyata keçirilir.

    Profilaktik işlər müddətində Mərkəzi Azəri platformasında hasilat müəyyən qədər azaldılacaq, lakin tam dayandırılmayacaq. bp bildirir ki, platformalarda tətbiq edilən qabaqcıl texnologiyalar texniki xidmət və profilaktik tədbirlər zamanı hasilatın təhlükəsiz şəkildə davam etdirilməsinə imkan verir. Bununla da işlərin hasilata təsirinin minimuma endirilməsi nəzərdə tutulur.

    Azəri sahəsindəki qurğuların layihələndirilməsi və əməliyyat konfiqurasiyasının inteqrasiya olunmuş xarakter daşıması səbəbindən 11 günlük müddət ərzində Şərqi Azəri və Qərbi Azəri platformalarında da hasilat müvəqqəti olaraq azaldılacaq.

    Proqram çərçivəsində mühüm bütövlük və texniki xidmət işlərinin görülməsi, məşəl sisteminin təkmilləşdirilməsi, avadanlıqların etibarlılığının artırılması və mövcud anomaliyaların aradan qaldırılması nəzərdə tutulur.

    Bununla yanaşı, profilaktik işlər Mərkəzi Azəri Qaz Genişləndirilməsi (CAGE) layihəsinin icrası ilə bağlı bir sıra tədbirləri də əhatə edəcək. Layihənin əsas məqsədi platformada qazın yenidən laylara vurulması gücünü artırmaq və mövcud quyulardan neftvermənin maksimum səviyyəyə çatdırılmasına dəstək verməkdir.

    CAGE layihəsi çərçivəsində kompressorun giriş xəttindəki kollektor boru sistemində dəyişikliklərin aparılması, temperatur cihazlarının dəyişdirilməsi və istiqamətləndirici klapanların quraşdırılması planlaşdırılır. Bu tədbirlər qazın laylara vurulması imkanlarının genişləndirilməsinə və əməliyyat çevikliyinin artırılmasına xidmət edəcək.

    bp qeyd edir ki, Mərkəzi Azəri platformasındakı profilaktik işlər normal əməliyyatların bir hissəsidir və əvvəlcədən planlaşdırılıb. Proqramın hazırlanmasına 2025-ci ildə başlanılıb və görüləcək işlər AÇG üzrə 2026-cı ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Hasilatın müvəqqəti azaldılması da cari ilin hasilat proqnozunda nəzərə alınıb.

     

    Bu müddətdə AÇG-nin digər platformalarında və “Şahdəniz” yatağının platformalarında hasilat, eləcə də Səngəçal terminalında əməliyyatlar normal rejimdə davam etdiriləcək.

    Şirkət bildirir ki, profilaktik xidmət, təmir və modifikasiya tədbirlərindən ibarət proqram obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı və bütöv şəkildə istismarının, həmçinin hasilat göstəricilərinin qorunmasının vacib hissəsidir.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    “BakuBus” Qarabağ üçün Çin şirkətindən 19 ədəd yeni avtobus alır -3.4 milyon manatlıq müqavilə

    29 Sentyabr 2026

    “Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı

    29 Sentyabr 2026

    AZAL Naxçıvan reyslərini təxirə saldı

    28 Sentyabr 2026

    Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

    28 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.