Brent markalı neftin bir barreli 86,18 dollara yüksəlib.
GDP xəbər verir ki, neftin qiyməti geosiyasi risklər səbəbindən artmağa başlayıb.
Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçersləri 0,47 dollar və ya 0,55% artaraq 86,18 dollar/barelə çatıb.
Nyu-York əmtəə birjasında avqust ayı üçün WTI neftinin qiyməti 0,43 dollar və ya 0,54% artaraq 81,72 dollar/barelə bərabər olub.