Brent bir gün əvvəl kəskin bahalaşdıqdan sonra bir barel üçün 81,82 dollara düşüb.
Benchmark neft qiymətləri, İranın İsrailə hücumu gözləntiləri ilə bir gün əvvəl baş verən kəskin artımdan sonra çərşənbə axşamı səhər ucuzlaşıb.
Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin dəyəri Bakı vaxtı ilə saat 8:07-ə olan vəziyyətə görə bir barel üçün 81,82 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,48 dollar və ya 0,58% azdır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,39 dollar və ya 0,49% azalaraq bir barelə görə 79,67 dollar təşkil edib.