BRİKS ölkələri dollardan asılılığı azaltmaq üçün ümumi valyuta yaratmağı planlaşdırır.
GDP xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Əli Baqeri Kani deyib.
Nazir müavini qeyd edib: “Bu addım iqtisadiyyatın və ticarətin bir çox sektorlarına təsir edəcək böyük infrastruktur tələb edir.
O, “Rusiya – İslam dünyası: KazanForum” forumunun kuluarlarında bildirib ki, müxtəlif proqramlar nəzərdən keçirilir və onların həyata keçirilməsi mexanizmi təşkilata üzv olan ekspertlər tərəfindən müzakirə olunur.