Close Menu
    What's Hot

    Taleh Kazımov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti dəfə görüşüb

    03 Sentyabr 2026

    Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal

    03 Sentyabr 2026

    Bu gündən ölkəyə gətirilən malların gömrük dəyəri Azərbaycan manatında bəyan ediləcək

    03 Sentyabr 2026
    Trending
    • Taleh Kazımov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti dəfə görüşüb
    • Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
    • Bu gündən ölkəyə gətirilən malların gömrük dəyəri Azərbaycan manatında bəyan ediləcək
    • Mərkəzi Bank kredit ittifaqının lisenziyasını ləğv etdi
    • Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı
    • Niderland 86 ton qızılı Londona daşıyıb
    • Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb
    • Yaponiya Mərkəzi Bankı yenin məzənnəsini dəstəkləmək üçün bazara müdaxilə edib
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Taleh Kazımov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti dəfə görüşüb

      03 Sentyabr 2026
      Recent

      Taleh Kazımov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti dəfə görüşüb

      03 Sentyabr 2026

      Mərkəzi Bank kredit ittifaqının lisenziyasını ləğv etdi

      03 Sentyabr 2026

      Yaponiya Mərkəzi Bankı yenin məzənnəsini dəstəkləmək üçün bazara müdaxilə edib

      02 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

      01 Sentyabr 2026

      Azərbaycanda 4 illik dövlət istiqrazlarının gəlirliliyi 91 baza bəndi azalıb

      21 Avqust 2026

      PAŞA Kapital anderraytinq xidmətlərinin sayına görə Bakı Fond Birjasının üzvləri arasında lider olub

      19 Avqust 2026

      Bakı Fond Birjasında ən çox təkrar bazar əməliyyatını ABB Invest həyata keçirib

      19 Avqust 2026

      Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb

      03 Sentyabr 2026

      NVIDIA 96,2 milyard ABŞ dolları gəlir əldə etdi: növbəti hədəf 108 milyarddır,bazardan ehtiyatlı reaksiya: investorlar nə gözləyir?

      27 Avqust 2026

      Mis qiymətləri rekord həddə çatıb və yüksəlməkdə davam edir

      26 Avqust 2026

      Səudiyyə Ərəbistanının neft ixracı 2021-ci ildən bəri minimum səviyyəyə düşüb

      25 Avqust 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb

      03 Sentyabr 2026

      Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

      01 Sentyabr 2026

      NVIDIA 96,2 milyard ABŞ dolları gəlir əldə etdi: növbəti hədəf 108 milyarddır,bazardan ehtiyatlı reaksiya: investorlar nə gözləyir?

      27 Avqust 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal

      03 Sentyabr 2026
      Recent

      Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal

      03 Sentyabr 2026

      Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq

      02 Sentyabr 2026

      Azərbaycanda bloger və influenserlər üçün yeni fəaliyyət kodu yaradılıb

      02 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » İqtisadiyyat » Çin bazarı Azərbaycan quşçuluq məhsulları üçün yeni imkanlar yaradır
    İqtisadiyyat

    Çin bazarı Azərbaycan quşçuluq məhsulları üçün yeni imkanlar yaradır

    10 Avqust 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Azərbaycanın qeyri-neft sektorunda sürətlə inkişaf edən sahələrdən biri olan quşçuluq üzrə istehsal göstəriciləri artmaqda davam edir. Dövlət dəstəyi, yeni investisiyalar və gücləndirilmiş nəzarət mexanizmləri sayəsində ölkə artıq süfrə və damazlıq yumurta ilə özünü tam təmin edir, quş əti istehsalında isə özünütəminat səviyyəsi 82 faizə çatıb.

    Prezident İlham Əliyev kənd təsərrüfatına həsr olunmuş müşavirədə bildirib ki, hazırda ölkədə illik quş əti istehsalı 147 min ton, idxalın həcmi isə 32 min ton təşkil edir. Dövlət başçısı vurğulayıb ki, 2030-cu ilədək Azərbaycan quş əti ilə özünü tam təmin etməlidir.

    Prezidentin təsdiqlədiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda quş əti istehsalının ən azı 30 faiz artırılması nəzərdə tutulub.

    Rəsmi statistikaya əsasən, 2020-ci ildə ölkədə quş əti istehsalı 115,4 min ton olduğu halda, 2025-ci ildə bu göstərici 147 min tona yüksəlib. Beləliklə, son beş ildə istehsal 27,4 faiz artıb.

    Eyni dövrdə yumurta istehsalında da əhəmiyyətli artım qeydə alınıb. Əgər 2020-ci ildə ölkədə 1 milyard 906 milyon ədəd yumurta istehsal olunmuşdusa, 2025-ci ildə bu göstərici 2 milyard 340 milyon ədədə çatıb. İxracın həcmi isə 90 milyon ədəd təşkil edib.

    Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənlinin sözlərinə görə, dövlətin göstərdiyi dəstək və epizootik vəziyyətə nəzarətin gücləndirilməsi nəticəsində quşçuluq təsərrüfatlarında istehsal sabitliyi qorunub saxlanılır.

    Onun sözlərinə görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri təhlükəli xəstəliklərin ölkəyə daxil olmasının qarşısını almağa imkan verir ki, bu da istehsal həcminin ildən-ilə artmasına şərait yaradır.

    M.Həsənli bildirib ki, 2025-ci ildə ölkədə 2 milyard 342,9 milyon ədəd yumurta istehsal edilib. Bu, əvvəlki illə müqayisədə 1,8 faiz çoxdur. Ötən il 12,7 milyon ədəd damazlıq və 90,4 milyon ədəd süfrə yumurtası ixrac olunub. Yumurtadan əldə edilən ixrac gəlirləri 10,6 milyon ABŞ dollarına çatıb.

    Hazırda Azərbaycan quşçuluq məhsulları Birləşmiş Ərəb Əmirlikləri, Qətər, ABŞ, İraq, Qambiya, Əfqanıstan, Syerra-Leone və Almaniya da daxil olmaqla, dünyanın onadək ölkəsinə ixrac olunur. Təkcə bu ilin ilk beş ayı ərzində Birləşmiş Ərəb Əmirliklərinə 15,8 milyon ədəddən çox süfrə yumurtası göndərilib.

    Assosiasiya rəhbəri qeyd edib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə Çinin Baş Gömrük Administrasiyası arasında imzalanmış sazişlər yerli istehsalçılar üçün yeni imkanlar açır. Bununla da Azərbaycan dünyanın ən böyük bazarlarından biri hesab olunan Çinə quş əti və digər məhsulların ixracını genişləndirə biləcək.

    M.Həsənli vurğulayıb ki, qarşıdakı illərdə həyata keçiriləcək investisiya layihələri sayəsində ölkənin quş əti ilə tam təmin olunması və gələcəkdə ixracın başlanması planlaşdırılır.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal

    03 Sentyabr 2026

    Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq

    02 Sentyabr 2026

    Azərbaycanda bloger və influenserlər üçün yeni fəaliyyət kodu yaradılıb

    02 Sentyabr 2026

    SOCAR ABŞ-da 1,65 milyard dollarlıq nəhəng qaz sövdələşməsinə hazırlaşır

    01 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.