Close Menu
    What's Hot

    Cəlal Orucov: “Qarşıdakı aylarda UnionPay kartları POS və mPOS şəbəkəmizdə qəbul ediləcək”

    20 İyul 2026

    Neft qiymətləri ABŞ–İran atəşkəs təklifi fonunda ucuzlaşıb

    20 İyul 2026

    Qeyri-formal məşğulluğa qarşı risk əsaslı elektron audit mexanizmi yaradılacaq

    20 İyul 2026
    Trending
    • Cəlal Orucov: “Qarşıdakı aylarda UnionPay kartları POS və mPOS şəbəkəmizdə qəbul ediləcək”
    • Neft qiymətləri ABŞ–İran atəşkəs təklifi fonunda ucuzlaşıb
    • Qeyri-formal məşğulluğa qarşı risk əsaslı elektron audit mexanizmi yaradılacaq
    • Çinin “UnionPay” kartları “Birbank”ın 1300-ə yaxın bankomatında qəbul edilir
    • TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda
    • Sığortaçılar Assosiasiyasında sığorta agentlərinin problemlərinə dair işçi qrupları yaradılıb
    • Azərbaycanlı sahibkarların İnMedia platforması Microsoft və Cloudflare dəstəyi alıb
    • Ziraat Bank 30 milyon manat həcmində istiqraz buraxır bu investorlar üçün fürsətdir, yoxsa risk?
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Cəlal Orucov: “Qarşıdakı aylarda UnionPay kartları POS və mPOS şəbəkəmizdə qəbul ediləcək”

      20 İyul 2026
      Recent

      Cəlal Orucov: “Qarşıdakı aylarda UnionPay kartları POS və mPOS şəbəkəmizdə qəbul ediləcək”

      20 İyul 2026

      Çinin “UnionPay” kartları “Birbank”ın 1300-ə yaxın bankomatında qəbul edilir

      20 İyul 2026

      TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda

      20 İyul 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Ziraat Bank 30 milyon manat həcmində istiqraz buraxır bu investorlar üçün fürsətdir, yoxsa risk?

      19 İyul 2026

      Milli Depozit Mərkəzinin İdarə Heyətinə üzv təyin edilib

      16 İyul 2026

      İnvestisiya şirkətlərinin reytinqi: bazar payları və dövriyyə üzrə müqayisəli təhlil

      08 İyul 2026

      Azərbaycan kapital bazarında 2026-cı ilin ilk yarısı: həcmdə azalma, əməliyyat sayında artım və bazarın struktur dəyişikliyi-TƏHLİL

      07 İyul 2026

      Neft qiymətləri ABŞ–İran atəşkəs təklifi fonunda ucuzlaşıb

      20 İyul 2026

      Asiya bazarlarında çöküş sürətlənir- Koreya, süni intellekt və yarımkeçiricilər təzyiq altındadır

      17 İyul 2026

      ABŞ-ın neft ehtiyatları gözlənilmədən artdı – bazar təklif artıqlığından narahatdır

      08 İyul 2026

      Braziliyada yağışlar qəhvəni bahalaşdırdı – bir ayda +40%

      07 İyul 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Neft qiymətləri ABŞ–İran atəşkəs təklifi fonunda ucuzlaşıb

      20 İyul 2026

      Ziraat Bank 30 milyon manat həcmində istiqraz buraxır bu investorlar üçün fürsətdir, yoxsa risk?

      19 İyul 2026

      Asiya bazarlarında çöküş sürətlənir- Koreya, süni intellekt və yarımkeçiricilər təzyiq altındadır

      17 İyul 2026

      Milli Depozit Mərkəzinin İdarə Heyətinə üzv təyin edilib

      16 İyul 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycanlı sahibkarların İnMedia platforması Microsoft və Cloudflare dəstəyi alıb

      20 İyul 2026
      Recent

      Azərbaycanlı sahibkarların İnMedia platforması Microsoft və Cloudflare dəstəyi alıb

      20 İyul 2026

      “Azərişıq” ASC-nin gəlirləri 14,5 faiz artsa da,xalis mənfəət 46,2 faiz azalıb

      17 İyul 2026

      Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan

      14 İyul 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Çinin “UnionPay” kartları “Birbank”ın 1300-ə yaxın bankomatında qəbul edilir
    Bank

    Çinin “UnionPay” kartları “Birbank”ın 1300-ə yaxın bankomatında qəbul edilir

    20 İyul 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödənişlər və elektron ticarət ekosistemi olan “Bir” Çinin aparıcı ödəniş sistemi “UnionPay”in beynəlxalq törəmə şirkəti “UnionPay International” ilə strateji tərəfdaşlığa başlayıb.

    GDP xəbər verir ki, əməkdaşlıq nəticəsində “UnionPay” kart sahiblərinin Azərbaycanda ödəniş və nağdlaşdırma imkanları genişləndiriləcək, ölkənin qlobal ödəniş infrastrukturuna inteqrasiyası isə daha da güclənəcək.

    Tərəfdaşlığın ilk mərhələsi artıq yekunlaşıb. Hazırda “UnionPay” kart sahibləri “Bir” ekosisteminə daxil olan “Birbank”ın 1300-ə yaxın bankomatından nağd vəsait çıxara, həmçinin 1000-dən çox onlayn ticarət nöqtəsində təhlükəsiz ödəniş həyata keçirə bilirlər.

    Layihənin növbəti mərhələsində “UnionPay” kartlarının “Birbank”ın POS-terminal şəbəkəsində də qəbulu təmin ediləcək. Bununla kart sahibləri ölkə üzrə minlərlə fiziki ticarət nöqtəsində kontaktsız və PIN-kod vasitəsilə ödəniş edə biləcəklər.

    Bundan əlavə, “Birbank” istifadəçiləri “UnionPay” kartlarına pul köçürmək imkanı əldə edəcəklər. Layihə tam həyata keçirildikdən sonra “Bir” ekosistemi “UnionPay” kartlarının bankomatlar, elektron ticarət platformaları, POS terminalları və mobil POS cihazları daxil olmaqla bütün əsas akvayrinq kanalları üzrə qəbulunu təmin edəcək.

    Şirkətdən bildirilib ki, əməkdaşlıq Azərbaycanın Avropa və Asiyanı birləşdirən regional ticarət, turizm və biznes mərkəzi kimi rolunun gücləndiyi bir dövrə təsadüf edir. “UnionPay” kartlarının ölkədə daha geniş qəbul edilməsi xarici ziyarətçilərin Azərbaycanda rahat və təhlükəsiz ödəniş etməsinə şərait yaradacaq.

    Eyni zamanda, yerli sahibkarlar əlavə texniki inteqrasiyaya ehtiyac olmadan daha geniş beynəlxalq müştəri auditoriyasına xidmət göstərə biləcəklər.

    “Bir”in Ödənişlər biznesinin rəhbəri Cəlal Orucov bildirib ki, insanların xarici ölkələrdə istifadə etdikləri kartların problemsiz işləməsi artıq əlavə üstünlük deyil, standart gözləntidir.

    “Biz beynəlxalq ödəniş şəbəkələri ilə əməkdaşlıqlarımızı məhz bu gözləntini qarşılamaq üçün genişləndiririk. ‘UnionPay’lə tərəfdaşlıq həm ölkəmizə gələn kart sahibləri üçün ödənişləri daha rahat edir, həm də yerli bizneslərə daha geniş beynəlxalq auditoriyaya çıxış imkanı yaradır”, – deyə C.Orucov qeyd edib.

    “UnionPay International”ın baş icraçı direktoru Van Lisin isə Azərbaycanı şirkət üçün əhəmiyyətli bazarlardan biri adlandırıb.

    “Bir ilə əməkdaşlığımız Azərbaycanda ‘UnionPay’ kart sahiblərinə daha rahat xidmət almağa imkan verir. Əməkdaşlığın ilk nəticələri artıq istifadəçilər üçün əlçatandır. Növbəti mərhələlərdə bu imkanları daha da genişləndirəcəyik”, – deyə o bildirib.

    Qeyd edək ki, 2025-ci ildə fəaliyyətə başlayan “Bir” ekosistemi “Birbank” rəqəmsal mobil bankçılıq tətbiqini, “Birmarket” elektron ticarət platformasını, “MilliÖn” ödəniş terminallarını və “m10” rəqəmsal pul kisəsini birləşdirir. Ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Cəlal Orucov: “Qarşıdakı aylarda UnionPay kartları POS və mPOS şəbəkəmizdə qəbul ediləcək”

    20 İyul 2026

    TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda

    20 İyul 2026

    “PAŞA Bank”ın rəhbər şəxsləri həm də bankın səhmdarı oldular-KİM, NEÇƏ SƏHM ALIB?

    16 İyul 2026

    Xalis mənfəətə görə bazarın ən böyük hissəsinə hansı banklar nəzarət edir?

    16 İyul 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.