Çinin valyuta ehtiyatları iyun ayında azalıb.
GDP xəbər verir ki, Çinin valyuta ehtiyatları 9,7 milyard dollar azalaraq 2024-cü ilin iyununda 3,222 trilyon dollara çatıb. Ölkədə dolların digər valyutalara nisbətdə bahalaşması ilə may ayında valyuta ehtiyatları 3,232 trilyon dollardan aşağı düşüb.
Bu arada, Çinin qızıl ehtiyatları ardıcıl ikinci aydır ki, dəyişməz olaraq yəni 72,8 milyon troya unsiyası səviyyəsində qalıb, lakin onun dəyəri may ayında olan 170,96 milyard dollardan 169,70 milyard dollara düşüb.