Azərbaycan Respublikasının dövlət büdcəsinin profisiti 2024-cü ilin ilk yeddi ayının sonuna 3 milyard 126,5 milyon manat olub.
GDP xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.
Profisit və ya qalıq ilk altı ayın sonuna 2 milyard 790,8 milyon manat idi.
Dövlət büdcəsinin gəlirləri illik 20.3 faiz artımla 22 milyard 584.9 milyon manat olarkən, xərcləri 10.4 faiz artaraq 19 milyard 458,4 milyon manat olub.