Close Menu
    What's Hot

    “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Tahir Gözel təyin edilib

    09 Aprel 2026

    NEQSOL Holdinq Qazaxıstanın sərvət fondu ilə data mərkəzləri və Xəzər dənizinin dibi ilə sualtı fiber-optik rabitə xəttinin çəkilişini müzakirə edib

    09 Aprel 2026

    Morgan Stanley-in Bitcoin ETF-i ilk gündə 34 milyon dollar cəlb edib

    09 Aprel 2026
    Trending
    • “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Tahir Gözel təyin edilib
    • NEQSOL Holdinq Qazaxıstanın sərvət fondu ilə data mərkəzləri və Xəzər dənizinin dibi ilə sualtı fiber-optik rabitə xəttinin çəkilişini müzakirə edib
    • Morgan Stanley-in Bitcoin ETF-i ilk gündə 34 milyon dollar cəlb edib
    • Atəşkəs dalğası Wall Street-də: Neft şirkətləri gerilədi, aviadaşıyıcılar yüksəldi
    • “Kapital Bank”ın və “Unibank”-ın ödədiyi vergi ötən ilə nisbətən azalıb
    • “Nar” inklüziv təşəbbüsə qoşulub
    • Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibi təsdiq edilib
    • “PAŞA Həyat Sığorta” ölkənin ən çox vergi ödəyən yeganə sığorta şirkətindir -20 milyon manata yaxın vergi ödəyib
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      “Kapital Bank”ın və “Unibank”-ın ödədiyi vergi ötən ilə nisbətən azalıb

      08 Aprel 2026
      Recent

      “Kapital Bank”ın və “Unibank”-ın ödədiyi vergi ötən ilə nisbətən azalıb

      08 Aprel 2026

      Ötən il ən çox vergi ödəyən banklar-Siyahı

      08 Aprel 2026

      Avro və rubl bahalaşıb, lirə sabit qalıb-Azərbaycanın rəsmi valyutada məzənnələri

      07 Aprel 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Azərbaycanda 500 min manat kapital ilə yeni broker şirkət yaradılıb

      07 Aprel 2026

      Bakı Fond Birjasında qiymətli kağızların ticarətinə icazə verilməsi üçün yeni listinq qaydaları açıqlanıb

      06 Aprel 2026

      İlyas Nuriyev “Troni İnvestisiya Şirkəti” QSC-nin direktor müavini təyin edilib

      06 Aprel 2026

      PAŞA Bank tarixində ilk dəfə səhmlərini ictimaiyyətə təqdim edir

      06 Aprel 2026

      Atəşkəs dalğası Wall Street-də: Neft şirkətləri gerilədi, aviadaşıyıcılar yüksəldi

      08 Aprel 2026

      Neft kəskin ucuzlaşdı, bitkoin və qızıl yüksəldi-qlobal bazarlarda qarışıq mənzərə

      08 Aprel 2026

      Kriptovalyuta, səhm, valyuta və əmtəə bazarında son vəziyyət

      08 Aprel 2026

      Bazar icmalı: Bitcoin və qızıl ucuzlaşıb, neft bahalaşıb

      07 Aprel 2026

      Morgan Stanley-in Bitcoin ETF-i ilk gündə 34 milyon dollar cəlb edib

      09 Aprel 2026

      Ethereum-da sabit kriptovalyutaların həcmi 10,3 milyard dollar artıb

      07 Aprel 2026

      ​Polymarket platformasında texniki boşluq treyderə 600 min dollar qazandırdı

      30 Mart 2026

      Bitcoin istehsal edən saat yaradıldı

      16 Mart 2026

      Morgan Stanley-in Bitcoin ETF-i ilk gündə 34 milyon dollar cəlb edib

      09 Aprel 2026

      Atəşkəs dalğası Wall Street-də: Neft şirkətləri gerilədi, aviadaşıyıcılar yüksəldi

      08 Aprel 2026

      Neft kəskin ucuzlaşdı, bitkoin və qızıl yüksəldi-qlobal bazarlarda qarışıq mənzərə

      08 Aprel 2026

      Kriptovalyuta, səhm, valyuta və əmtəə bazarında son vəziyyət

      08 Aprel 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      NEQSOL Holdinq Qazaxıstanın sərvət fondu ilə data mərkəzləri və Xəzər dənizinin dibi ilə sualtı fiber-optik rabitə xəttinin çəkilişini müzakirə edib

      09 Aprel 2026
      Recent

      NEQSOL Holdinq Qazaxıstanın sərvət fondu ilə data mərkəzləri və Xəzər dənizinin dibi ilə sualtı fiber-optik rabitə xəttinin çəkilişini müzakirə edib

      09 Aprel 2026

      “Nar” inklüziv təşəbbüsə qoşulub

      08 Aprel 2026

      Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb

      07 Aprel 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Rəsmi » Əmək pensiyaları indeksləşdirilir – Pensiyalar 9,3% artırılır
    Rəsmi

    Əmək pensiyaları indeksləşdirilir – Pensiyalar 9,3% artırılır

    09 Fevral 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Prezident İlham Əliyevin yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların artırılması istiqamətində növbəti mühüm irəliləyişə imkan yaradır.

    Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda əksini tapıb.

    “Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2026-ci il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməkləartırılır.

    Bu artım pensiyaçıların müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan, elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir.

    Pensiyalara yanvar ayı üzrə edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödəniləcək. Yəni, pensiyaçılar artıq fevral ayının pensiyasını yeni artımla, habelə yanvar ayının pensiyasına edilmiş artım məbləği ilə birgə alacaqlar.

    Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni, 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə 640 milyon manat vəsait ayrılıb.

    Sərəncam ilə sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 5,6 faiz indeksləşdirilərək artırılır.

    Hər ilin əvvəlində tətbiq edilən bu artım sosial sığorta sistemində iştirak edən şəxslərin pensiya kapitallarının yalnız onların əməkhaqlarından sosial sığorta ayırmaları hesabına deyil, dövlət tərəfindən də hər il indeksləşdirilərək artırıldığını göstərir”, – məlumatda qeyd olunub.

    XXX

    Əmək pensiyaları indeksləşdiriləcək.

    GDP xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

    Sərəncama görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2026-cı il yanvarın 1-nə 2025-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçiriləcək.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

    Bu Sərəncam 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

    XXX

    Əmək pensiyalarının indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci, 29.1-ci və 29.1-1-ci maddələrinə uyğun olaraq qərara alıram:

    1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2026-cı il yanvarın 1-nə 2025-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:

    1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların;

    1.2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    3. Bu Sərəncam 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 9 fevral 2026-cı il

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibi təsdiq edilib

    08 Aprel 2026

    İqtisadi Şura və AİH-in Müşahidə Şurasının birgə iclasında neft-qaz sənayesinin inkişafı müzakirə olunub

    07 Aprel 2026

    Fərid Baxşıyev Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru təyin edilib

    31 Mart 2026

    Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana gübrə və qarabaşaq göndəriləcək

    23 Mart 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.