Close Menu
    What's Hot

    Walmart ikinci rübün hesabatını açıqlayıb — gəlir 4,8% artaraq 169,8 milyard dollar olub

    20 Avqust 2026

    Rusiyadan Ermənistana Azərbaycan tranziti ilə növbəti buğda tədarükü həyata keçirilir

    20 Avqust 2026

    Dünyanın 8 neft nəhənginin qazancı iki dəfə artaraq 90 milyard dolları ötüb

    19 Avqust 2026
    Trending
    • Walmart ikinci rübün hesabatını açıqlayıb — gəlir 4,8% artaraq 169,8 milyard dollar olub
    • Rusiyadan Ermənistana Azərbaycan tranziti ilə növbəti buğda tədarükü həyata keçirilir
    • Dünyanın 8 neft nəhənginin qazancı iki dəfə artaraq 90 milyard dolları ötüb
    • Argentinada sikkənin metalı nominalından baha oldu: insanlar onları əridib satmağa başladılar
    • PAŞA Kapital anderraytinq xidmətlərinin sayına görə Bakı Fond Birjasının üzvləri arasında lider olub
    • Bakı Fond Birjasında ən çox təkrar bazar əməliyyatını ABB Invest həyata keçirib
    • Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard: Avropa süni intellekt inqilabından kənarda qala bilməz
    • Avrozonada illik inflyasiya 2,9%-ə yüksəlib
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Argentinada sikkənin metalı nominalından baha oldu: insanlar onları əridib satmağa başladılar

      19 Avqust 2026
      Recent

      Argentinada sikkənin metalı nominalından baha oldu: insanlar onları əridib satmağa başladılar

      19 Avqust 2026

      Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard: Avropa süni intellekt inqilabından kənarda qala bilməz

      19 Avqust 2026

      Mərkəzi Bankın “966” xidmətindən vətəndaşların məmnunluq səviyyəsi 88% olub

      18 Avqust 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      PAŞA Kapital anderraytinq xidmətlərinin sayına görə Bakı Fond Birjasının üzvləri arasında lider olub

      19 Avqust 2026

      Bakı Fond Birjasında ən çox təkrar bazar əməliyyatını ABB Invest həyata keçirib

      19 Avqust 2026

      ABB Invest investisiya bölməsini yenilədi

      23 İyul 2026

      Özəlləşdirmə çekləri ilə bağlı yayılan məlumatlar yalandır – Birgə açıqlama

      20 İyul 2026

      Freedom Holding Türkiyədə bankdan sonra broker bazarına daxil olur: 300 milyon dollardan çox sərmayə yatıracaq

      19 Avqust 2026

      Şəkər fyuçersləri 2025-ci ilin mayından bəri ən yüksək səviyyəyə çatıb

      18 Avqust 2026

      ABŞ fond bazarları neftin bahalaşması fonunda geriləyib

      18 Avqust 2026

      Nvidia-nın SpaceX-in kapitalında 122,8 milyon A sinifli səhmə sahib olduğu bildirilir

      15 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      PAŞA Kapital anderraytinq xidmətlərinin sayına görə Bakı Fond Birjasının üzvləri arasında lider olub

      19 Avqust 2026

      Bakı Fond Birjasında ən çox təkrar bazar əməliyyatını ABB Invest həyata keçirib

      19 Avqust 2026

      Freedom Holding Türkiyədə bankdan sonra broker bazarına daxil olur: 300 milyon dollardan çox sərmayə yatıracaq

      19 Avqust 2026

      Şəkər fyuçersləri 2025-ci ilin mayından bəri ən yüksək səviyyəyə çatıb

      18 Avqust 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Rusiyadan Ermənistana Azərbaycan tranziti ilə növbəti buğda tədarükü həyata keçirilir

      20 Avqust 2026
      Recent

      Rusiyadan Ermənistana Azərbaycan tranziti ilə növbəti buğda tədarükü həyata keçirilir

      20 Avqust 2026

      bp AÇG-də profilaktik işlər başlayır: Üç platformada hasilat azalacaq

      19 Avqust 2026

      SOCAR-ın dövlət büdcəsinə 1,75 milyard manat vergi ödəyəcəyi gözlənilir

      19 Avqust 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Rəsmi » Əmək pensiyaları indeksləşdirilir – Pensiyalar 9,3% artırılır
    Rəsmi

    Əmək pensiyaları indeksləşdirilir – Pensiyalar 9,3% artırılır

    09 Fevral 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Prezident İlham Əliyevin yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların artırılması istiqamətində növbəti mühüm irəliləyişə imkan yaradır.

    Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda əksini tapıb.

    “Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2026-ci il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməkləartırılır.

    Bu artım pensiyaçıların müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan, elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir.

    Pensiyalara yanvar ayı üzrə edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödəniləcək. Yəni, pensiyaçılar artıq fevral ayının pensiyasını yeni artımla, habelə yanvar ayının pensiyasına edilmiş artım məbləği ilə birgə alacaqlar.

    Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni, 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə 640 milyon manat vəsait ayrılıb.

    Sərəncam ilə sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 5,6 faiz indeksləşdirilərək artırılır.

    Hər ilin əvvəlində tətbiq edilən bu artım sosial sığorta sistemində iştirak edən şəxslərin pensiya kapitallarının yalnız onların əməkhaqlarından sosial sığorta ayırmaları hesabına deyil, dövlət tərəfindən də hər il indeksləşdirilərək artırıldığını göstərir”, – məlumatda qeyd olunub.

    XXX

    Əmək pensiyaları indeksləşdiriləcək.

    GDP xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

    Sərəncama görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2026-cı il yanvarın 1-nə 2025-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçiriləcək.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

    Bu Sərəncam 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

    XXX

    Əmək pensiyalarının indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci, 29.1-ci və 29.1-1-ci maddələrinə uyğun olaraq qərara alıram:

    1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2026-cı il yanvarın 1-nə 2025-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:

    1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların;

    1.2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    3. Bu Sərəncam 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 9 fevral 2026-cı il

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Bu gün Naxçıvanla bağlı çox böyük maliyyə tutumlu Sərəncam imzalanacaq

    12 Avqust 2026

    MİDA-da yeni təyinat olub

    11 Avqust 2026

    Qeyri-formal məşğulluğa qarşı risk əsaslı elektron audit mexanizmi yaradılacaq

    20 İyul 2026

    İlham Əliyev: “Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik. Avstriya və Almaniyaya da qaz ixracına başlamışıq”

    13 İyul 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.