Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin apardığı monitorinqlər nəticəsində “Instagram”da sürücülük təlimi ilə məşğul olan şəxslərin 3 mindən çox vətəndaşa aid sürücülük vəsiqəsini reklam məqsədilə açıq şəkildə paylaşdığı müəyyən edilib.
GDP xəbər verir ki, fərdi məlumatların yayılması risklərini nəzərə alaraq ETX müvafiq səhifələrin inzibatçılarına rəsmi müraciət edib və qanunsuz paylaşımların silinməsini tələb edib. Nəticədə həmin məlumatlar silinib.
ETX vətəndaşları rəsmi sənədləri sosial şəbəkələrdə paylaşmamağa çağırır, sürücülük təlimi təşkil edən şəxslərə isə “Fərdi məlumatlar haqqında” qanunun tələblərinə ciddi əməl etmələri barədə xəbərdarlıq edir.
Trending
- “AzerGold” Kəlbəcərə həsr olunmuş qızıl və gümüş sikkələr təqdim edib
- Brent neftinin qiyməti 97 dollara düşüb
- Gümüşün qiyməti 61 dolları ötüb
- PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir
- Sabahdan kredit qaydaları dəyişir: Vətəndaşlar öz adlarına onlayn kredit rəsmiləşdirilməsini bloklaya biləcək
- ABŞ və Çin ümumilikdə 60 milyard dollar dəyərində mallara tətbiq olunan gömrük rüsumlarını azaldacaq
- Dollar son 1,5 ilin maksimumunu yeniləyib-bazarda FED-in faiz artımı gözləntiləri güclənir
- Avro dollar qarşısında son 3 ayın minimumuna düşüb

