Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin apardığı monitorinqlər nəticəsində “Instagram”da sürücülük təlimi ilə məşğul olan şəxslərin 3 mindən çox vətəndaşa aid sürücülük vəsiqəsini reklam məqsədilə açıq şəkildə paylaşdığı müəyyən edilib.
GDP xəbər verir ki, fərdi məlumatların yayılması risklərini nəzərə alaraq ETX müvafiq səhifələrin inzibatçılarına rəsmi müraciət edib və qanunsuz paylaşımların silinməsini tələb edib. Nəticədə həmin məlumatlar silinib.
ETX vətəndaşları rəsmi sənədləri sosial şəbəkələrdə paylaşmamağa çağırır, sürücülük təlimi təşkil edən şəxslərə isə “Fərdi məlumatlar haqqında” qanunun tələblərinə ciddi əməl etmələri barədə xəbərdarlıq edir.
Trending
- “Unibank”ın sədr müavini vəzifədən ayrılıb
- İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
- Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib
- FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər
- Azərbaycanla Dünya Bankı arasında 53 layihəyə 4,9 milyard dollar ayrılıb- Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
- Şəxsi baqaj üçün gömrük bəyannaməsi qaydaları yeniləndi, yeni qayda 30 gündən sonra qüvvəyə minəcək
- Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə müraciətlərin sayını açıqlayıb
- Avto-icbari sığorta üzrə ən çox şikayət edilən sığorta şirkətlərini açıqlanıb-SİYAHI

