Fariz Rəhimov ABB-də Risklər üzrə baş direktor vəzifəsinə təyin edilib.
GDP xəbər verir ki, bu barədə o, özü məlumat verib.
F.Rəhimov göstərilən etimada görə bankın rəhbərliyinə, davamlı dəstək və əməkdaşlığa görə isə həmkarlarına təşəkkür edib. O, Risk Ofisinin komandası ilə birgə əldə olunan nailiyyətləri xüsusi vurğulayıb.
Qeyd edək ki, F.Rəhimov 2024-cü ilin iyunundan bu təyinata qədər ABB-nin Risk Ofisinin rəhbəri olub. Bundan əvvəl, 2019-cu ilin noyabrından 2024-cü ilin iyununa qədər bankın Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb. O, ABB-də fəaliyyətə 2011-ci ilin noyabrında kredit riskləri üzrə rəhbər kimi başlayıb.
F.Rəhimov, həmçinin 2026-cı ilin iyunundan “ABB İnvest”in Müşahidə Şurasının, 2023-cü ilin yanvarından isə “Azərikard”ın Audit Komitəsinin üzvüdür.
O, Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadiyyat üzrə bakalavr və magistr, Durham Universitetində maliyyə üzrə magistr təhsili alıb. Daha sonra Uorik Biznes Məktəbində “Executive MBA” və Dyuk Universitetinin Fukua Biznes Məktəbində rəhbərlər üçün təhsil proqramını tamamlayıb.

