2025-ci ilin əvvəlində Rusiya Federasiyası ilə tranzit müqaviləsi başa çatdıqdan sonra Azərbaycan qazının Ukrayna ərazisindən mümkün tranziti ilə bağlı konkret təkliflər yoxdur, lakin çox güman ki, onlar meydana çıxa bilər.
GDP xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko deyib.
“Bu gün Azərbaycan qazının tranziti müqaviləsi ilə bağlı konkret təklif yoxdur… Mən həmişə deyirəm ki, müzakirə oluna biləcək konkret təklif olmasa da, hələ tezdir nəyisə şərh etmək (…) Nə vaxt mümkün təşəbbüslər praktiki təkliflərə çevriləcək, o zaman danışacağıq”.
Eyni zamanda, nazir Azərbaycanın Avropaya qaz ixracında çox maraqlı olduğunu vurğulayıb.
“Hesab edirəm ki, Azərbaycan ixracatda çox maraqlıdır, mən onların heç bir rəqəmini açıqlamayacağam, amma bunun üçün onların çox ciddi resursu var”-Qaluşenko qeyd edib.