Close Menu
    What's Hot

    Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanuna yenidən baxılmalıdır

    12 İyun 2026

    Mərkəzi Bank rəsmisi ABŞ Xəzinədarlığının nümayəndələri ilə maliyyə əməkdaşlığını müzakirə edib

    12 İyun 2026

    TuranBank beynəlxalq fonddan vəsait cəlb edib

    12 İyun 2026
    Trending
    • Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanuna yenidən baxılmalıdır
    • Mərkəzi Bank rəsmisi ABŞ Xəzinədarlığının nümayəndələri ilə maliyyə əməkdaşlığını müzakirə edib
    • TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
    • İranın “Fars” agentliyi hədəf siyahısını yeniləyib: İlon Maskın aktivləri da daxil edilib
    • “Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
    • “Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir”
    • Mərkəzi Bankın FinCERT mərkəzi qlobal kibertəhlükəsizlik şəbəkəsinə qoşuldu
    • İqtisadi Şurada Ələt Azad İqtisadi Zonası və xidmət sektorunun inkişafı müzakirə olunub
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Mərkəzi Bank rəsmisi ABŞ Xəzinədarlığının nümayəndələri ilə maliyyə əməkdaşlığını müzakirə edib

      12 İyun 2026
      Recent

      Mərkəzi Bank rəsmisi ABŞ Xəzinədarlığının nümayəndələri ilə maliyyə əməkdaşlığını müzakirə edib

      12 İyun 2026

      TuranBank beynəlxalq fonddan vəsait cəlb edib

      12 İyun 2026

      Mərkəzi Bankın FinCERT mərkəzi qlobal kibertəhlükəsizlik şəbəkəsinə qoşuldu

      11 İyun 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

      02 İyun 2026

      Ümumi dövriyyə həcmində 9% azalma, korporativ istiqrazlarda 152,8% artım – ABB Invest-ın bazar dinamikası

      20 May 2026

      “2025-ci ildə ABB səhmlərinin təkrar bazarda dövriyyəsi 18 milyon manat təşkil edib” – Nadir Babazadə

      15 May 2026

      ABB 1 ilə 9%, 2 ilə 10% gəlir vəd edən yeni istiqrazlar buraxır

      24 Aprel 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Citi: Tokenləşdirilmiş qiymətli kağızlar bazarı 2030-cu ilə qədər 5,5 trilyon dollara çata bilər

      01 İyun 2026

      Goldman Sachs: “ABŞ bazarında “dotkom köpüyü” siqnalları güclənir”

      16 May 2026

      ABŞ səhmləri Trampın Çin səfərindən sonra enişlə açılıb

      15 May 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

      02 İyun 2026

      Citi: Tokenləşdirilmiş qiymətli kağızlar bazarı 2030-cu ilə qədər 5,5 trilyon dollara çata bilər

      01 İyun 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanuna yenidən baxılmalıdır

      12 İyun 2026
      Recent

      Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanuna yenidən baxılmalıdır

      12 İyun 2026

      “Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

      12 İyun 2026

      Azərbaycanda yeni neft emalı zavodu tikiləcək – BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB

      11 İyun 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Birja » İnvestisiya şirkətlərinin əməliyyat həcmləri necə dəyişib,hansı şirkətlər bazar payını itirib?-müqaisəli təhlil
    Birja

    İnvestisiya şirkətlərinin əməliyyat həcmləri necə dəyişib,hansı şirkətlər bazar payını itirib?-müqaisəli təhlil

    03 Dekabr 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2025-ci ilin yanvar–noyabr ayları üzrə investisiya şirkətlərinin ümumi əməliyyat həcmlərində 2024-cü illə müqayisədə ən böyük dəyişiklik “PAŞA Kapital”ın nəticələrində özünü göstərir. Şirkət 2025-ci ildə əməliyyat həcmini 23,3 milyard manatdan 41 milyard manata yüksəldərək 76,14% artım əldə etmiş və bazarda aparıcı mövqeyə sahib olmuşdur. Oxşar yüksəliş CPM-İnvest tərəfindən də nümayiş etdirilib: şirkət həcmini demək olar ki, iki dəfə artıraraq 96,8% artımla 5,8 milyard manata çatdırmışdır. Bu tendensiya göstərir ki, iri portfelli və aktiv investisiya strategiyaları yürüdən şirkətlərin bazardakı payı əhəmiyyətli şəkildə yüksəlib.

    Digər tərəfdən, uzun illərdir bazarın ən böyük oyunçusu olan “ABB İnvest” üçün 2025-ci il geriləmə ilə xarakterizə olunur. Şirkət əməliyyat həcmini 52,6 milyard manatdan 34,9 milyard manata endirərək 33,6% azalma yaşamış və bununla da liderlik mövqeyini “PAŞA Kapital”a ötürmüşdür. Bu dəyişiklik təkcə həcmin azalması deyil, həm də bazarda strateji üstünlüklərin müəyyən mənada yenidən formalaşdığını göstərir.

    Digər şirkətlər üzrə də müxtəlif istiqamətli dəyişikliklər qeydə alınıb. Assist Finance həcmini 41,78% azaldaraq 3,3 milyard manata, MFX Trading isə 65,15% azaldaraq 189 milyon manata düşürüb. Bu iki şirkətin kəskin azalması onların bazarda daha passiv mövqe tutduğunu və ya investisiya strategiyalarını məhdudlaşdırdığını göstərir. “İnvest-Az” isə həcmini cüzi  4,77% səviyyəsində azaltmaqla bazarda sabitliyini qorumuşdur. Bunun əksinə olaraq, Capital Partners orta səviyyəli artım 32,41% əldə edərək fəaliyyətini genişləndirmişdir.

    Şirkət 2024-cü il Həcmi (AZN) 2025-ci il Həcmi (AZN) Dəyişiklik (AZN) Dəyişiklik (%)
    “ABB İnvest İŞ” QSC 52,568,233,512 34,906,157,459 -17,662,076,053 -33.60%
    “PAŞA Kapital İŞ” QSC 23,269,290,490 40,987,638,043 +17,718,347,553 +76.14%
    Assist Finance İŞ ASC 5,702,052,409 3,319,807,980 -2,382,244,429 -41.78%
    “Unicapital İŞ” ASC 3,266,567,528 2,692,439,307 -574,128,221 -17.58%
    CPM-İnvest İŞ QSC 2,964,471,457 5,834,081,404 +2,869,609,947 +96.80%
    “İnvest-Az İŞ” QSC 2,387,280,398 2,273,390,468 -113,889,930 -4.77%
    Capital Partners İŞ QSC 933,423,016 1,235,922,704 +302,499,688 +32.41%
    MFX Trading İŞ 542,550,017 189,101,349 -353,448,668 -65.15%

    Ümumi bazar həcmi 2024-cü ildə 108,9 milyard manat olduğu halda, 2025-ci ildə bu göstərici 123,8 milyard manata yüksələrək əhəmiyyətli artım nümayiş etdirmişdir. Lakin bu artım bütün şirkətlər üzrə bərabər paylanmamış, bazar əsasən yeni liderlər ətrafında cəmlənməyə başlamışdır.

    2025-ci ilin əsas qalibi “PAŞA Kapital” olmuşdur. Şirkət həcmini 76,14% artıraraq 41 milyard manata çatdırmış və bazar payını 21,36%-dan 33,10%-a yüksəldərək 11,74 faiz bəndi artım əldə etmişdir. Bu göstərici şirkətin təkcə həcmini deyil, həm də bazar liderliyini möhkəmləndirdiyini göstərir.

    Əvvəlki illərin dəyişməz lideri olan “ABB İnvest” isə əks tendensiya ilə seçilmişdir. Şirkətin əməliyyat həcmi 2025-ci ildə 34,9 milyard manata düşərək -33,6% azalmış, bazar payı isə 48,26%-dan 28,19%-a qədər geriləmişdir. 20 faiz bəndi həcm itkisi şirkətin bazardakı dominant mövqeyini itirməsi ilə nəticələnmişdir.

    Bazarın digər mühüm iştirakçısı CPM-İnvest isə həcmini demək olar ki, iki dəfə artıraraq 96,8% yüksəliş göstərmiş və bazar payını 4,71%-ə çatdırmışdır. Bu nəticə şirkətin bazarda artan rolunun göstəricisidir. Digər tərəfdən, Assist Finance (-41,78%), Unicapital (-17,58%), İnvest-Az (-4,77%) kimi şirkətlərdə müxtəlif dərəcəli azalmalara rast gəlinir ki, bu da onların bazar fəallığının zəifləməsinə işarə edir.

    Ən kəskin geriləmə “CFI Financial”da  qeydə alınıb. Şirkətin həcmi 2025-ci ildə 2,18 milyard manat azalmış və bazar payı 2,19%-dan cəmi 0,17%-ə enmişdir. Bu, sektor üzrə ən böyük nisbi azalma kimi diqqət çəkir.

    Capital Partners orta artımla (+32,41%) bazarda mövqeyini möhkəmləndirmiş, MFX Trading isə 65,15% itki ilə sıralamada geri düşmüşdür. Qeyd olunmalı digər dinamik şirkətlər arasında “İnno Kapital” və “Xalq Kapital” yer alır. “İnno Kapital”ın həcmi 54%-dən çox böyüyərək bazar payını 0,23%-ə qaldırmış, 2024-cü ildə aktiv olmayan “Xalq Kapital” isə 2025-ci ildə bazara daxil olaraq 2 milyard manatlıq əməliyyat həcmi və 1,66% bazar payı ilə diqqəti cəlb edən başlanğıca nail olmuşdur. Eyni zamanda bazarın yeni iştirakçılarından olan “Troni İŞ” də 595 milyon manatlıq həcmlə bazarda öz yerini tutmuşdur.

    Ümumilikdə, 2025-ci ilin göstəriciləri göstərir ki, investisiya şirkətləri arasında bazar payı daha konsentrasiyalı hala gəlib. “PAŞA Kapital” və CPM-İnvest kimi şirkətlər mövqelərini gücləndirdikcə, “ABB İnvest” və digər bir sıra şirkətlər bazar payı itirmişdir. Yeni iştirakçıların bazara daxil olması isə ümumi rəqabəti artıraraq bazar strukturunu daha dinamik etmişdi

    Sıra Şirkət 2024-cü il Həcmi (AZN) 2024 Bazar Payı (%) 2025-ci il Həcmi (AZN) 2025 Bazar Payı (%) Həcmdə Dəyişiklik (AZN) Həcmdə Dəyişiklik (%) Bazar Payında Dəyişiklik (Xal)
    1 “PAŞA Kapital İŞ” QSC 23,269,290,490 21.36% 40,987,638,043 33.10% +17,718,347,553 +76.14% +11.74
    2 “ABB İnvest İŞ” QSC 52,568,233,512 48.26% 34,906,157,459 28.19% -17,662,076,053 -33.60% -20.07
    3 CPM-İnvest İŞ QSC 2,964,471,457 2.72% 5,834,081,404 4.71% +2,869,609,947 +96.80% +1.99
    4 Assist Finance İŞ ASC 5,702,052,409 5.24% 3,319,807,980 2.68% -2,382,244,429 -41.78% -2.56
    5 “Unicapital İŞ” ASC 3,266,567,528 3.00% 2,692,439,307 2.17% -574,128,221 -17.58% -0.83
    6 “İnvest-Az İŞ” QSC 2,387,280,398 2.19% 2,273,390,468 1.84% -113,889,930 -4.77% -0.35
    7 “CFI FINANCIAL İŞ” QSC (əvvəlki “AzFinance”) 2,387,280,398 2.19% 207,057,113 0.17% -2,180,223,285 -91.33% -2.02
    8 Capital Partners İŞ QSC 933,423,016 0.86% 1,235,922,704 1.00% +302,499,688 +32.41% +0.14
    9 MFX Trading İŞ 542,550,017 0.50% 189,101,349 0.15% -353,448,668 -65.15% -0.35
    10 “İnno Kapital İŞ” ASC (əvvəlki “PSG Kapital”) 5,067,799 0.005% 278,793,066 0.23% +273,725,267 +5401.22% +0.22
    11 “Xalq Kapital İŞ” QSC — 0.00% 2,052,524,044 1.66% +2,052,524,044 — +1.66
    12 “Troni İŞ” QSC — 0.00% 595,615,455 0.48% +595,615,455 — +0.48
    13 “Xalq Bankı” ASC — 0.00% 563,010 0.0005% +563,010 — +0.0005
    Ümumi Bazar Həcmi (13 Şirkət) 108,852,095,524 100.00% 123,847,545,902

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

    11 İyun 2026

    Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

    02 İyun 2026

    “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

    02 İyun 2026

    Citi: Tokenləşdirilmiş qiymətli kağızlar bazarı 2030-cu ilə qədər 5,5 trilyon dollara çata bilər

    01 İyun 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.