Close Menu
    What's Hot

    OPEC 2026-cı ildə qlobal neft tələbatının artımı üzrə proqnozunu gündəlik 200 min barel azaldıb

    12 Avqust 2026

    Kapital bazarında görünən və görünməyən detallar-Fərəc Axundov yazır

    12 Avqust 2026

    Azərbaycanda bankların pul yaratma qabiliyyəti 4,1% artıb-Hər 1 manata 1,77 manat pul kütləsi düşür

    12 Avqust 2026
    Trending
    • OPEC 2026-cı ildə qlobal neft tələbatının artımı üzrə proqnozunu gündəlik 200 min barel azaldıb
    • Kapital bazarında görünən və görünməyən detallar-Fərəc Axundov yazır
    • Azərbaycanda bankların pul yaratma qabiliyyəti 4,1% artıb-Hər 1 manata 1,77 manat pul kütləsi düşür
    • Mərkəzi Bankın faiz qərarları dövlət istiqrazlarının gəlirliliyinə təsir edib
    • AZIR indeksi ilə uçot faiz dərəcəsi arasındakı fərq 0,16 faiz bəndi daralıb
    • Mərkəzi Bank: Ticarət tərəfdaşlarındakı inflyasiya Azərbaycanda qiymət artımına 2,84 faiz bəndi təsir edib
    • Brent neftinin qiyməti bir barel üçün 89,47 dollara yüksəlib
    • Bu gün Naxçıvanla bağlı çox böyük maliyyə tutumlu Sərəncam imzalanacaq
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Azərbaycanda bankların pul yaratma qabiliyyəti 4,1% artıb-Hər 1 manata 1,77 manat pul kütləsi düşür

      12 Avqust 2026
      Recent

      Azərbaycanda bankların pul yaratma qabiliyyəti 4,1% artıb-Hər 1 manata 1,77 manat pul kütləsi düşür

      12 Avqust 2026

      Mərkəzi Bankın faiz qərarları dövlət istiqrazlarının gəlirliliyinə təsir edib

      12 Avqust 2026

      AZIR indeksi ilə uçot faiz dərəcəsi arasındakı fərq 0,16 faiz bəndi daralıb

      12 Avqust 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      ABB Invest investisiya bölməsini yenilədi

      23 İyul 2026

      Özəlləşdirmə çekləri ilə bağlı yayılan məlumatlar yalandır – Birgə açıqlama

      20 İyul 2026

      Ziraat Bank 30 milyon manat həcmində istiqraz buraxır bu investorlar üçün fürsətdir, yoxsa risk?

      19 İyul 2026

      Milli Depozit Mərkəzinin İdarə Heyətinə üzv təyin edilib

      16 İyul 2026

      OPEC 2026-cı ildə qlobal neft tələbatının artımı üzrə proqnozunu gündəlik 200 min barel azaldıb

      12 Avqust 2026

      Brent neftinin qiyməti bir barel üçün 89,47 dollara yüksəlib

      12 Avqust 2026

      Deutsche Bank yuan üzrə ilk Avropa klirinq bankı olub

      11 Avqust 2026

      Brent nefti iyulun sonundan bəri ilk dəfə 88 dolları ötüb

      11 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      OPEC 2026-cı ildə qlobal neft tələbatının artımı üzrə proqnozunu gündəlik 200 min barel azaldıb

      12 Avqust 2026

      Brent neftinin qiyməti bir barel üçün 89,47 dollara yüksəlib

      12 Avqust 2026

      Deutsche Bank yuan üzrə ilk Avropa klirinq bankı olub

      11 Avqust 2026

      Brent nefti iyulun sonundan bəri ilk dəfə 88 dolları ötüb

      11 Avqust 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib

      11 Avqust 2026
      Recent

      Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib

      11 Avqust 2026

      Dövlət büdcəsinin gəlirləri proqnozu 855,9 milyon manat üstələyib

      10 Avqust 2026

      Çəltik sahələrinin sığortalanması davam edir: müraciətlər üçün son 10 gün qalıb

      10 Avqust 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Digər » Kapital bazarında görünən və görünməyən detallar-Fərəc Axundov yazır
    Bloq yazıları

    Kapital bazarında görünən və görünməyən detallar-Fərəc Axundov yazır

    12 Avqust 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Son illərdə Azərbaycanda kapital bazarının inkişafı istiqamətində kifayət qədər ciddi addımlar atılır. Ölkə üçün bu, sadəcə maliyyə sektorunun növbəti inkişaf mərhələsi deyil. Kapital bazarının dərinləşməsi iqtisadiyyatın maliyyələşmə mənbələrinin şaxələndirilməsi, əhalinin investisiya imkanlarının artırılması və şirkətlərin ənənəvi bank maliyyələşməsindən kənarda yeni kapital cəlbetmə imkanlarının formalaşması baxımından strateji əhəmiyyət daşıyır.

    Təbii ki, bu proses də digər böyük transformasiyalar kimi yalnız uğurlardan ibarət deyil. Sınaqlar, səhvlər, yenidən baxılan yanaşmalar və tədricən formalaşan bazar infrastrukturu bu inkişafın ayrılmaz hissəsidir. Azərbaycan Respublikasının Mərkəzi Bankı / Central Bank of the Republic of Azerbaijan 2024–2026-cı illər üzrə Maliyyə Sektorunun İnkişaf Strategiyasında da kapital bazarlarının infrastrukturunun inkişaf etdirilməsi, investisiya alətlərinin çeşidinin artırılması, bazara çıxış imkanlarının genişləndirilməsi və pərakəndə investorların iştirakının artırılması əsas hədəflər sırasında müəyyən edilib.

    Amma bu yazıda kapital bazarının ümumi inkişafından deyil, son illərdə baş verən iki mühüm hadisədən — ABB və PASHA Bank OJSC ilkin kütləvi səhm təkliflərindən və bu proseslərin arxasında dayanan, bəzən isə gözə görünməyən detallardan danışmaq istəyirəm.

    ABB IPO-su: rəqəmlərdən daha böyük hadisə

    2024-cü ildə Azərbaycanın kapital bazarında ilk IPO-nun — Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmlərinin ilkin kütləvi təklifinin keçirilməsi, mənim fikrimcə, bazarın inkişafında dönüş nöqtələrindən biri oldu.

    ABB-nin IPO-su bir neçə səbəbdən yadda qaldı.İlk növbədə, söhbət kifayət qədər böyük həcmdən gedirdi. 322 milyon səhm hər biri 0,27 manat ilkin qiymətlə təklif edilmiş, emissiyanın ümumi həcmi 86,94 milyon manat təşkil etmişdi. Yekunda 206 milyon ədədə yaxın səhm, yəni emissiyanın təxminən 64%-i yerləşdirildi və 56,5 milyon manatdan çox vəsait cəlb olundu.

    Lakin mənim üçün bu IPO-nun əsas əhəmiyyəti yalnız məbləğ deyildi.Əsas məsələ prosesin böyük ölçüdə rəqəmsal həllər üzərindən qurulması idi.IPO prosesində 33 710 investor iştirak edib, təxminən 49 262 sifariş və əqd qeydə alınıb. Daha diqqətçəkən göstərici isə sifarişlərin 84%-nin rəqəmsal kanallar vasitəsilə daxil olmasıdır. Nəticədə ABB-nin səhmdarlarının sayı 1 794 nəfərdən 35 mindən çoxa yüksəlib.

    Bu, Azərbaycan kapital bazarı üçün sadəcə texnoloji yenilik deyildi. Bu, bazarın kütləviləşməsi baxımından real test idi.

    Mərkəzi Bankın 2024–2026-cı illər strategiyasında kapital bazarlarında rəqəmsal əməliyyatların payının artırılması ayrıca hədəf kimi müəyyən edilmişdi. Strategiyanın icra nəticələrinə dair hesabatda isə 2024-cü ildə ilk dəfə IPO prosesinin uğurla həyata keçirildiyi və IPO prosesində rəqəmsal həllərin tətbiq olunduğu, əməliyyatların mobil tətbiq vasitəsilə həyata keçirildiyi xüsusi qeyd edilir.

    Bu prosesin arxasında isə çoxlarının görmədiyi böyük bir əməliyyat yükü dayanırdı.

    Qanunvericiliyə əsasən, qiymətli kağızların ilkin kütləvi təklifi və yerləşdirilməsi xüsusi tənzimlənən prosesdir. İnvestisiya şirkətləri qiymətli kağızların yerləşdirilməsi və anderraytinqi daxil olmaqla əsas investisiya xidmətlərini göstərirlər. Eyni zamanda, müvafiq lisenziyaya malik banklar da müəyyən investisiya xidmətlərini göstərə bilirlər.

    Yəni IPO kimi böyük prosesdə yük yalnız emitentin üzərinə düşmür. İnvestisiya şirkətləri, Baku Stock Exchange , National Depository Center of the Republic of Azerbaijan və digər infrastruktur iştirakçıları birlikdə çox böyük sayda sifarişin qəbulu, emalı, hesablaşması və uçotunu təmin etməlidirlər.

    ABB IPO-su bu baxımdan həm bazar üçün, həm də bazar iştirakçıları üçün ciddi bir sınaq idi.

    Və məncə, həmin dövrdə bu sektorun müxtəlif iştirakçıları üzərlərinə böyük məsuliyyət götürdülər və bunun öhdəsindən gəldilər.

    Bəzən bazarın inkişafından danışarkən yalnız emitentin adını və cəlb olunan vəsaiti görürük. Halbuki, arxada bu prosesi işlək vəziyyətdə saxlayan insanların, sistemlərin və qurumların əməyini də görmək lazımdır.

    PAŞA Bank IPO-su: yeni addim

    2026-cı ildə daha bir mühüm addım atıldı. PAŞA Bank səhmlərini ilk dəfə geniş ictimaiyyətə təklif etdi.

    Bank 932 926 ədəd adi səhm, yəni kapitalının 5%-ni ilkin kütləvi təklifə çıxardı. Bir səhmin ilkin qiyməti 55 manat müəyyən edildi və yerləşdirmənin nəzərdə tutulan həcmi 51,31 milyon manat oldu.

    Bu dəfə də rəqəmsallaşma prosesin əsas elementlərindən biri idi. İnvestorlar PAŞA Bankın, PASHA Capital , Birbank Invest , ABB Invest -in, Unicapital Investment Company -ın, Leobank -ın və digər platformaların mobil tətbiq və rəqəmsal kanalları vasitəsilə prosesə qoşula bildilər. Bununla yanaşı, fiziki iştirak imkanları da saxlanılmışdı.Nəticə də diqqətçəkən oldu.Yerləşdirmə zamanı təxminən 66,3 milyon manatlıq sifariş qeydə alındı. Bu, 51,3 milyon manatlıq reallaşdırılan emissiya həcmindən əhəmiyyətli dərəcədə yüksək tələbin olduğunu göstərir. Ümumilikdə 17 960 investor 20 188 sifariş təqdim edib.

    Məncə, məhz burada daha böyük bir nəticə ortaya çıxır.Yavaş-yavaş Azərbaycan qiymətli kağızlar bazarında yalnız borc alətləri, dövlət qiymətli kağızları və Mərkəzi Bankın tənzimləyici alətləri deyil, səhm kimi pay alətləri də dövriyyəyə və bazar ticarətinə daxil olur.Bu isə bazarın gələcəyi baxımından çox vacibdir.Çünki həqiqi kapital bazarı yalnız istiqrazlardan ibarət ola bilməz. Orada borc alətləri ilə yanaşı, səhm, investisiya fondları, müxtəlif strukturlaşdırılmış alətlər və gələcəkdə digər maliyyə məhsulları da olmalıdır.

    Mərkəzi Bankın strategiyasının özündə də investisiya alətlərinin çeşidinin artırılması və kapital bazarlarının iqtisadiyyatda rolunun genişləndirilməsi əsas istiqamətlərdən biri kimi göstərilir.

    Ümid edirəm ki, qarşıdakı illərdə bazarda daha çox şirkətin səhmlərini görəcəyik. Daha çox emitent, daha çox investor, daha çox alət və daha çox təkrar bazar əməliyyatı kapital bazarına yeni həyat verə bilər.

    Məhz o zaman kapital bazarı tədricən həm investisiya, həm də risklərin idarə edilməsi və hedcinq üçün tamhüquqlu mexanizmə çevrilə bilər.

    Amma bütün bunların bir də görünməyən tərəfi var

    Böyük layihələrdə adətən hamının diqqəti görünən nəticəyə yönəlir: neçə milyon manat cəlb olundu, neçə investor iştirak etdi, neçə səhm yerləşdirildi.Halbuki, uğurlu bazarın əsası çox vaxt daha xırda görünən məsələlər üzərində qurulur.Rus dilində yaxşı bir ifadə var: “Дьявол кроется в деталях” — şeytan detallarda gizlənir.Kapital bazarında bu detallar xüsusilə vacibdir. Çünki investorun qərar qəbul etməsi üçün yalnız qiymətin özü kifayət etmir. İnvestor bilməlidir ki, həmin qiymət ona hansı gəlirliliyi verir.Məhz bu baxımdan, son dövrdə bazarda qiymət və gəlirliliyin hesablanması üzrə standartlaşdırma məsələlərini xüsusilə vacib hesab edirəm.

    Bu istiqamətdə mənim təşəbbüsümlə və Azerbaijan Capital Markets Association / AKBA -nın dəstəyi ilə borc qiymətli kağızlarının qiymətləndirilməsində standartlaşdırma, o cümlədən “dirty price” yanaşmasından “clean price” yanaşmasına keçid və gəlirliliyin hesablanmasının standartlaşdırılması məsələləri gündəmə gətirilib.

    “Clean price” yanaşmasının mahiyyəti ondan ibarətdir ki, istiqrazın bazar qiyməti hesablanarkən toplanmış faiz ayrıca nəzərə alınır və qiymətin özü yalnız istiqrazın bazar dəyərini əks etdirir. Bakı Fond Birjasında bu prinsip ilk dəfə 2025-ci ilin oktyabrında EBRD istiqrazları üzrə tətbiq edilib. Bu yanaşma qiymətlərin daha şəffaf müqayisəsinə və beynəlxalq praktikaya yaxınlaşmağa imkan verir.Bu, ilk baxışda texniki detal kimi görünə bilər.Amma bazarın peşəkarlaşması məhz belə detallardan başlayır.

    İndi isə səhmlərin gəlirliliyinə baxaq.Eyni məntiq səhm bazarı üçün də keçərlidir.İnvestor üçün əsas sual “Bu səhm neçə manatdır?” deyil.Əsas sual budur:

    “Bu səhmə yatırdığım vəsait mənə nə qədər gəlir gətirir?”

    Səhm üzrə gəlirliliyi sadə şəkildə hesablamaq üçün aşağıdakı yanaşmadan istifadə etmək olar:

    Burada:

    Makale içeriği

    R — səhmin illikləşdirilmiş gəlirliliyi;

    P_b — səhmin alış qiyməti;

    P_s — səhmin satış qiyməti;

    D — sahiblik dövründə hər səhmə düşən alınmış dividendlər;

    T — səhmin investorun portfelində olduğu günlərin sayı.

    Burada çox vacib bir məqam var: investor səhmi hələ satmayıbsa, lakin onun cari bazar qiymətinə əsasən gəlirliliyini hesablamaq istəyirsə, P_s əvəzinə səhmin cari bazar qiymətindən istifadə etmək mümkündür.

    Bu zaman hesablamanın məntiqi belə olur: “Əgər mən bu gün bu səhmi həmin bazar qiymətinə sata bilsəm, indiyədək əldə etdiyim dividend ilə birlikdə investisiyamın gəlirliliyi nə qədərdir?”

    ABB üzərindən sadə nümunə

    Tutaq ki, investor ABB səhmini IPO zamanı 0,27 manata alıb.

    Bir il sonra həmin səhmin bazar qiyməti 0,31 manat olub. Bu dövrdə investor hər səhm üzrə, məsələn, 0,044 manat dividend əldə edib. ABB-nin 2025-ci ilin nəticələrinə görə 2026-cı ildə 200 milyon manat dividend ödəməsi qərarı da açıqlanıb və bu, nominal 0,27 manatlıq səhm üzrə təxminən 4,4 qəpik dividendə uyğun gəlir.

    Bu halda:

    Makale içeriği

    Yəni investorun bir il ərzində əldə etdiyi ümumi gəlirlilik təxminən 31,1% təşkil edir.

    Burada gəlirin iki mənbəyi var:

    1. Qiymət artımı:

    0,31 − 0,27 = 0,04 manat

    2. Dividend gəliri:

    0,044 manat

    Ümumi gəlir:

    0,084 manat, yaxud ilkin 0,27 manatlıq investisiyaya nisbətdə təxminən 31,1%.

    Makale içeriği

    Bu nümunə çox vacib bir şeyi göstərir: səhmə investisiyanın nəticəsini yalnız səhm qiymətinin dəyişməsi ilə ölçmək düzgün deyil. Dividend və kapital artımı birlikdə investorun real ümumi gəlirini formalaşdırır.

    Əlbəttə, bu, sadələşdirilmiş nümunədir. Real hesablamalarda komissiyalar, vergilər, dividendin ödənilmə tarixləri, səhmin faktiki alınma və satış tarixləri və digər pul axınları da nəzərə alınmalıdır.

    Üstəlik, investor səhmi bir ildən çox saxlayırsa, yuxarıdakı sadə yanaşması artıq bütün hallarda ideal metod deyil. Bir neçə il ərzində müxtəlif tarixlərdə dividend ödənişləri və əlavə investisiyalar olduqda pul axınlarının zaman dəyərini nəzərə alan IRR/XIRR kimi metodlardan istifadə daha düzgün nəticə verə bilər.Əslində, bazarın inkişafı məhz bu tipli detallardan asılıdır.

    ABB və PAŞA Bank IPO-ları mənim üçün yalnız iki bankın səhmlərinin bazara çıxarılması deyil.Bu proseslər Azərbaycanda səhm bazarının formalaşması baxımından bir mərhələdir.

    Birinci mərhələdə biz bazara investor gətirməliyik.

    İkinci mərhələdə investorun bazarda qalması üçün ona düzgün və müqayisə edilə bilən informasiya verməliyik.

    Üçüncü mərhələdə isə bu investorların bazarda aktiv şəkildə alıb-satmasına, yəni likvid və işlək təkrar bazarın formalaşmasına nail olmalıyıq.

    Bunun üçün rəqəmsal infrastruktur qədər qiymətlərin, gəlirliliyin, hesablamaların və məlumatların standartlaşdırılması da vacibdir.Çünki investorun bazara etimadı yalnız böyük IPO ilə yaranmır.Etimad o zaman yaranır ki, investor aldığı alətin qiymətini başa düşür, gəlirliliyini özü hesablaya bilir, müxtəlif alətləri bir-biri ilə müqayisə edə bilir və bazarda formalaşan qiymətin necə yarandığını bilir.Bu baxımdan, Azərbaycan kapital bazarında son illərdə baş verən dəyişikliklərə yalnız “nə qədər vəsait cəlb edildi?” sualı ilə baxmaq kifayət deyil.

    Əsas sual daha böyükdür:

    Biz investor üçün nə qədər başadüşülən, şəffaf və müqayisə edilə bilən bazar yaradırıq?

    Məncə, kapital bazarının növbəti inkişaf mərhələsi məhz burada başlayır.

    ABB IPO-su bizə rəqəmsal həllərlə minlərlə investorun bazara gətirilə biləcəyini göstərdi. PAŞA Bank IPO-su isə bu prosesin artıq davamlı bazar hadisəsinə çevrilə biləcəyini nümayiş etdirdi.İndi növbəti addım bazarı daha da genişləndirməkdir.Daha çox şirkət, daha çox səhm, daha çox investor, daha çox likvidlik və ən əsası — investorun qərar verməsini asanlaşdıran standartlaşdırılmış və şəffaf məlumat mühiti.Əgər bunları paralel şəkildə inkişaf etdirə bilsək, Azərbaycan kapital bazarı tədricən sadəcə qiymətli kağızların alınıb-satıldığı bir platforma deyil, iqtisadiyyatın maliyyələşdirilməsində, investisiyaların yönləndirilməsində və risklərin idarə olunmasında real və aktiv mexanizmə çevrilə bilər.

    Bəlkə də kapital bazarının əsl inkişafı məhz o zaman başlayacaq — böyük rəqəmlər artıq adi hala çevriləndə, o rəqəmlərin arxasında dayanan kiçik, lakin vacib detallar isə səssizcə bu inkişafa xidmət edəndə.

    Müəllif:Axundov Fərəc /İqtisad üzrə fəlsəfə doktoru 

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    ABŞ-nin strateji neft ehtiyatları 1983-cü ildən bəri minimuma enib

    11 Avqust 2026

    Qara dənizdə PUA təhlükəsi səbəbindən fraxt qiymətləri 3–4 dəfə artıb

    07 Avqust 2026

    Çinin iyul ayında ixracı illik müqayisədə 23,9% artaraq proqnozları üstələyib

    07 Avqust 2026

    Brent 80 dollar həddini keçdi- bu artım davamlı olacaqmı?

    06 Avqust 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.