Mərkəzi Bankın Çağrı mərkəzinə yeni funksionallıqlar əlavə edilib
“GDP” xəbər verir ki, həmin funsiyalar əks əlaqə və zəng sifarişi funksiyasıdır
Məlumata görə, əks əlaqə funksiyası özündə müəyyən səbəblərdən dolayı vətəndaşların 966 Qaynar xətti ilə əlaqə saxlaması mümkün olmadıqda bu zənglər cavablandırılmayan zənglər olaraq qeydiyyata düşür və əməkdaşlar tərəfindən həmin vətəndaşlarla əks əlaqə yaradılmasını ehtiva edir.
Zəng sifarişi funksiyasına isə vətəndaşların Mərkəzi Bankın Qaynar xətti ilə əlaqə saxladıqları zaman 1 düyməsini seçməklə zəng sifarişi xidmətindən istifadə edə bilməsi daxildir.
Mərkəzi Bankdan verilən məlumatda bildirilir: “Müəyyən səbəblərdən dolayı vətəndaşların 966 Qaynar xətti ilə əlaqə saxlaması mümkün olmadıqda bu zənglər cavablandırılmayan zənglər olaraq qeydiyyata düşür və əməkdaşlar tərəfindən həmin vətəndaşlarla əks əlaqə yaradılır”
Mərkəzi Bank yeni zamanda diqqətə çaldırır ki, vətəndaşlar Qaynar xəttə zəng etmədən, Mərkəzi Bankın +994 55-966-19-66 nömrəli “whatsapp” xidməti vasitəsilə geri əlaqə yaradılması üçün müraciət göndərə bilər.