Mərkəzi Bankın Faiz dəhlizinin parametrlərinə dair relizində bildirilib ki, ortamüddətli dövrdə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır.
Baza ssenarisi üzrə iyul proqnozlarına görə, illik inflyasiyanın 2026-cı ilin sonunda 6,1%, 12 ay sonra (2027-ci ilin iyun ayında) 6%, 2027-ci ilin sonunda isə 5,8% olacağı gözlənilir.
Relizdə vurğulanır ki, illik inflyasiyanın 2027-ci ilin ikinci yarısından etibarən hədəfə qayıdacağı proqnozlaşdırılır. 2026-cı ilin sonuna gözlənilən inflyasiyanın hədəfdən kənarlaşması isə proqnoz xətası səviyyəsində qiymətləndirilir.
Qeyd edilib ki, inflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi əsasən birbaşa və dolayı xarici mənşəli xərc amillərinin təsirlərinin fəallaşmasından irəli gəlir. Bu təsirlərin ortamüddətli dövrdə qalıcı xarakter daşımadığı bildirilir.

