Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 21 iyul 2026-cı il tarixli qərarı ilə sığorta agenti Məmmədov Rizvan Qasım oğluna verilmiş lisenziya ləğv edilib.
GDP xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, qərar “Sığorta fəaliyyəti haqqında” Qanunun 107.1.8-ci maddəsinə əsasən qəbul olunub. Ləğv olunan sənəd 01 iyun 2009-cu il tarixində 000129 nömrəsi ilə qeydiyyata alınmışdı.
Qərarın qüvvəyə minməsi ilə Rizvan Məmmədovun sığorta agenti kimi fəaliyyət göstərmək hüququna xitam verilir.

