Müharibə dövründə Rusiya iqtisadiyyatının ayaqda qalmasında açar rol oynayan, eyni zamanda Qərb maliyyə sisteminin parçası sayılan və Qərb maliyyə məsləhətlərini yerinə yetirən Rusiya Mərkəzi Bankının sədri, dünyanın ən nüfuzlu baş bankiri hesab edilən Elvira Nabiullinanın ilin sonunda keçiriləcək Duma seçkilərindən sonra vəzifəsini tərk edəcəyi gözlənilir.
GDP xəbər verir ki, Nabiullina uzun müddətdir ki, Rusiya iqtisadi siyasətinin ən önəmli fiqurlarından biri olaraq qalır. Onun mümkün istefası ilə bağlı rəsmi açıqlama hələ verilməyib.

