Dünya bazarlarında neft qiymətləri ABŞ və İran arasında mümkün atəşkəslə bağlı yayılan xəbərlər fonunda aşağı düşüb.
Reuters agentliyinin adı açıqlanmayan yüksəkvəzifəli İran rəsmisinə istinadən yaydığı məlumata görə, vasitəçilər Tehrana ABŞ ilə 10 günlük atəşkəsi nəzərdə tutan təklif təqdim ediblər.
Bildirilib ki, təklifin məqsədi İran və ABŞ arasında ötən ay əldə edilən, lakin sonradan pozulan razılaşmanın bərpası üçün yolların müəyyənləşdirilməsidir.
Xəbərin yayılmasından sonra Brent markalı neft üzrə fyuçerslərin qiyməti bir müddət 2,25% azalaraq bir barel üçün 86,12 dollara enib.
Daha sonra kotirovkalar qismən bərpa olunaraq 87,04 dollar səviyyəsinə yüksəlib. Bununla belə, Brent nefti əvvəlki göstərici ilə müqayisədə 1,2% ucuz qalıb.

