Neft yenidən bahalaşır — Brent uzun müddətdən sonra ilk dəfə 90 ABŞ dolları/barreli keçib.
GDP xəbər verir ki, bahalaşmaya səbəb isə ABŞ və İran arasında münaqişənin gərginləşməsi göstərilir. Eskalasiya fonunda Brent-in qiyməti 90,19 ABŞ dollarına, WTI isə 84,20 ABŞ dolları/barrelə yüksəlib.
Ötən həftə Brent təxminən 16% bahalaşıb -bu, apreldən bəri ən güclü həftəlik artımdır.
Analitiklər xəbərdarlıq edir: Yaxın Şərqdə gərginlik artmaqda davam edərsə, Hörmüz boğazından neft təchizatı təhlükə altına düşə bilər ki, bu da dünya bazarına daha da güclü təsir göstərə bilər.

