Bazar ertəsi axşam saatlarında Yaxın Şərqdə münaqişənin başa çatacağına dair ümidlər fonunda dünya bazarlarında neftin qiyməti 6%-dən çox ucuzlaşıb.
Bakı vaxtı ilə saat 18:36-ya olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti 7,1 ABŞ dolları (6,26%) azalaraq bir barel üçün 106,33 ABŞ dollarına düşüb.
Nyu-York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neftin dekabr fyuçerslərinin qiyməti eyni vaxtda 6,86 ABŞ dolları (6,59%) ucuzlaşaraq bir barel üçün 97,26 ABŞ dolları təşkil edib.

