Close Menu
    What's Hot

    Taleh Kazımov DB və BVF-nin illik toplantıları çərçivəsində Seçki Qrupunun iclasında çıxış edib

    15 Oktyabr 2026

    PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib

    15 Oktyabr 2026

    TuranBank xalis mənfəətini 35,6%,valyuta əməliyyatlarından gəlirlərini 65,5% artırıb

    15 Oktyabr 2026
    Trending
    • Taleh Kazımov DB və BVF-nin illik toplantıları çərçivəsində Seçki Qrupunun iclasında çıxış edib
    • PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
    • TuranBank xalis mənfəətini 35,6%,valyuta əməliyyatlarından gəlirlərini 65,5% artırıb
    • Mərkəzi Bankın sədri “Bank of New York Mellon”un rəhbərliyi ilə əməkdaşlıq imkanlarını müzakirə edib
    • ABB-də mənfəət 35% artıb, kapital adekvatlığı isə 3,81 faiz bəndi azalıb
    • Şahin Mahmudzadə: “Son dörd ildə bank sektorunda təmərküzləşmə azalıb”
    • Şahin Mahmudzadə: “Azərbaycanda əlavə kapitala ehtiyacı olan bank yoxdur”
    • Mərkəzi Bankın baş direktoru kredit şərtlərinin sərtləşdirilməsinin səbəblərini açıqlayıb
    pashabank
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Taleh Kazımov DB və BVF-nin illik toplantıları çərçivəsində Seçki Qrupunun iclasında çıxış edib

      15 Oktyabr 2026
      Recent

      Taleh Kazımov DB və BVF-nin illik toplantıları çərçivəsində Seçki Qrupunun iclasında çıxış edib

      15 Oktyabr 2026

      PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib

      15 Oktyabr 2026

      TuranBank xalis mənfəətini 35,6%,valyuta əməliyyatlarından gəlirlərini 65,5% artırıb

      15 Oktyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      66,3 milyon manatlıq tələbin formalaşdığı PAŞA Bank IPO-su üzrə yeni dividend ödənişi ediləcək

      14 Oktyabr 2026

      NEQSOL Holding Amsterdamda keçiriləcək beynəlxalq tədbirə dəstək verir

      13 Oktyabr 2026

      Ruslan Xəlilov: “Beynəlxalq brokerlər Bakı Fond Birjasına məsafədən üzv ola biləcəklər”

      25 Sentyabr 2026

      Nərmin Bayramlı:“Bakı Fond Birjasının tarif strukturundakı dəyişiklik repo bazarının müddət bölgüsünə təsir edib”

      22 Sentyabr 2026

      Avropada təbii qazın qiyməti son 4 ilin ən yüksək səviyyəsinə çatıb

      14 Oktyabr 2026

      Brent markalı neftin qiyməti 105,51 dollara enib

      13 Oktyabr 2026

      Neftin bahalaşması və dolların möhkəmlənməsi Bitcoin və fond bazarlarına təzyiq göstərir

      12 Oktyabr 2026

      Ötən həftə Azərbaycan nefti 5%-ə yaxın bahalaşıb

      12 Oktyabr 2026

      BlackRock-un investisiya yatırdığı Securitize şirkəti Solana blokçeynində tokenləşdirilmiş səhmlər buraxmağa başlayıb

      08 Oktyabr 2026

      WSJ: Ripple Uoll-Strit banklarının ciddi rəqibinə çevrilir

      08 Oktyabr 2026

      Bitkoin 550 milyon dollarlıq mövqelərin məcburi bağlanmasından sonra ucuzlaşıb

      07 Oktyabr 2026

      Binance sorğusu: Azərbaycandakı kripto istifadəçilərinin 70%-dən çoxu ticarətə maraq göstərir

      04 Oktyabr 2026

      66,3 milyon manatlıq tələbin formalaşdığı PAŞA Bank IPO-su üzrə yeni dividend ödənişi ediləcək

      14 Oktyabr 2026

      Avropada təbii qazın qiyməti son 4 ilin ən yüksək səviyyəsinə çatıb

      14 Oktyabr 2026

      NEQSOL Holding Amsterdamda keçiriləcək beynəlxalq tədbirə dəstək verir

      13 Oktyabr 2026

      Brent markalı neftin qiyməti 105,51 dollara enib

      13 Oktyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycanda “yaşıl enerji” istehsalı 33 faiz artaraq 4,2 milyard kVt·st-ı ötüb

      14 Oktyabr 2026
      Recent

      Azərbaycanda “yaşıl enerji” istehsalı 33 faiz artaraq 4,2 milyard kVt·st-ı ötüb

      14 Oktyabr 2026

      Azərbaycanda 100-dən çox dövlət domeninə qarşı kiberhücum həyata keçirilib

      14 Oktyabr 2026

      Bitkoin bir həftə əvvəl itirdiyi 84 000 dollar səviyyəsini geri qaytarıb

      11 Oktyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    pashabank
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
    Bank

    PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib

    15 Oktyabr 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Oktyabrın 14-də JW Marriott Absheron Bakı hotelində baş tutan tədbirdə dövlət qurumlarının, maliyyə institutlarının, nəqliyyat və logistika sektorunun, eləcə də iri biznesin rəhbər nümayəndələri bir araya gəliblər.
    Tədbirin əsas məqsədi Azərbaycanın regional logistika mərkəzinə çevrilməsi istiqamətində həyata keçirilən təşəbbüslərin biznesə təsirini, Orta Dəhlizin yaratdığı yeni ticarət və investisiya imkanlarını, eləcə də şirkətlərin bu sahədə üzləşdiyi çağırışları və ehtiyaclarını müzakirə etmək olub. Bu çərçivədə nəqliyyat və logistika infrastrukturunun inkişafı, regional bağlantıların genişləndirilməsi, rəqəmsallaşma və biznesin maliyyələşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

    Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini Fuad Məmmədov, PAŞA Maliyyə Holdinqinin baş icraçı direktorunun müavini Şahin Məmmədov, NEQSOL Holding-in baş maliyyə direktoru və Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə, Azersun Holdinqinin baş icraçı direktoru Savaş Uzan, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Arif Ağayev, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Cəlal Fərəcli, PAŞA Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev, Silk Way West Airlines şirkətinin vitse-prezidenti Vüqar Məmmədov və Trendyol Qrupunun baş əməliyyat inzibatçısı Serkan Yavuz iştirak edərək müzakirələrə qatılıblar.

    Tədbirin açılışında çıxış edən PAŞA Bankın İdarə Heyətinin sədri Cavid Quliyev Azərbaycanın beynəlxalq nəqliyyat və ticarət marşrutlarında strateji mövqeyini vurğulayaraq Orta Dəhlizin inkişafının ölkə iqtisadiyyatı və biznes üçün yeni imkanlar yaratdığını bildirib.

    “Azərbaycan üzərindən keçən Orta Dəhlizin ölkə iqtisadiyyatına verdiyi töhfə ilə yanaşı, hər bir ticarət əməliyyatının arxasında maliyyələşmə, ödənişlərin həyata keçirilməsi, risklərin idarə olunması və dövriyyə vəsaitinə çıxış kimi mühüm məsələlər dayanır. Bu səbəbdən maliyyə institutlarının üzərinə ciddi iş düşür. PAŞA Bank olaraq real sektorun inkişafına dəstək vermək, bizneslərin böyüməsini maliyyələşdirmək və yeni investisiya imkanlarının yaranmasına töhfə vermək üçün səylərimizi davam etdiririk”, – deyə Cavid Quliyev qeyd edib.

    Tədbir PAŞA Holdinqin baş iqtisadçısı Elman Eminovun “Qlobal ticarətin yenidən qurulması: İnfrastruktur və regional bağlantılar” mövzusunda təqdimatı ilə davam edib. Təqdimatda qlobal ticarətdə baş verən dəyişikliklər və regional nəqliyyat marşrutlarının iqtisadi əhəmiyyəti diqqət mərkəzində olub.

    Tədbir çərçivəsində iki strateji panel müzakirəsi təşkil edilib.

    PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib

    “Azərbaycanın regional logistika mərkəzinin qurulması: İnfrastruktur və regional bağlantılar” adlı ilk paneldə ölkənin nəqliyyat və logistika potensialı, müxtəlif nəqliyyat növləri arasında inteqrasiyanın gücləndirilməsi, mövcud infrastrukturun səmərəliliyinin artırılması və regional rəqabət üstünlükləri müzakirə olunub.

    “Ticarət və logistikanın gələcəyi: Ticarət, yükdaşımaları və rəqəmsal kommersiya” adlı ikinci paneldə isə biznesin logistika sektorundan gözləntiləri, beynəlxalq ticarət və yükdaşımalarında mövcud çağırışlar, elektron kommersiyanın inkişaf perspektivləri, eləcə də bu sahələrdə maliyyə institutlarının təqdim edə biləcəyi həllər ətrafında fikir mübadiləsi aparılıb.

    Panel müzakirələrində dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, logistika proseslərinin rəqəmsallaşdırılması və biznes üçün daha əlverişli ticarət mühitinin formalaşdırılması istiqamətində imkanlar da nəzərdən keçirilib.

    Tədbir iştirakçıların suallarının cavablandırılması və açıq müzakirələrlə yekunlaşıb.

    Tədbir dövlət və özəl sektor nümayəndələri arasında fikir mübadiləsi üçün mühüm platforma yaradaraq Azərbaycanın regional ticarət və logistika potensialının inkişafı, yeni iqtisadi imkanların dəyərləndirilməsi və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli müzakirələrlə yadda qalıb.

    PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Taleh Kazımov DB və BVF-nin illik toplantıları çərçivəsində Seçki Qrupunun iclasında çıxış edib

    15 Oktyabr 2026

    TuranBank xalis mənfəətini 35,6%,valyuta əməliyyatlarından gəlirlərini 65,5% artırıb

    15 Oktyabr 2026

    Mərkəzi Bankın sədri “Bank of New York Mellon”un rəhbərliyi ilə əməkdaşlıq imkanlarını müzakirə edib

    15 Oktyabr 2026

    ABB-də mənfəət 35% artıb, kapital adekvatlığı isə 3,81 faiz bəndi azalıb

    15 Oktyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.