Lider həyat sığortası şirkəti olan PAŞA Həyat-ın baş sponsorluğu ilə iyunun
20-21-də Bakıda sayca 10-cu Azərbaycan Beynəlxalq Sığorta Forumu
(“Azerbaijan International Insurance Forum” – AIIF-2024) baş tutub.
PAŞA Həyat-dan GDP-yə verilən məlumata görə, forumun məqsədi yerli sığortaçılarla dünya sığortaçılarının birbaşa kommunikasiyasını gücləndirməkdir.
İki gün davam edən Forumda həyat sığortası və bank kanallarının birgə
fəaliyyəti, avtonəqliyyat və sağlamlıq sığortaları, habelə iqlim risklərinin idarə
edilməsində sığortanın rolu kimi lokal və qlobal sığorta bazarları üçün aktual
olan mövzular ətrafında müzakirələr aparıldı.
PAŞA Həyat şirkətinin İdarə Heyətinin sədri Niyaz İsmayılov “Bancassurance”
panelində çıxış edərək, bankassurance modelinin yeni trendlərə uyğun olaraq
məhz müştəri mərkəzli yanaşmalar əsasında yaradılması və bu prosesdə
rəqəmsallaşmanın önəmi haqda ətraflı danışdı.