Close Menu
    What's Hot

    Azərbaycan iqtisadiyyatı 1,7% böyüyüb: Nəqliyyat və rabitə sektorunda yüksək artım qeydə alınıb

    11 Noyabr 2026

    “Azərbaycan Dəmir Yolları” ilə yükdaşımalar 13%, tranzit daşımaları 20%, konteyner daşımaları isə 18% artıb

    11 Noyabr 2026

    “A Group Sığorta”nın gəlirləri 4,3% artsa da, xalis mənfəəti 23,4%, pul vəsaitləri isə 36% azalıb

    11 Noyabr 2026
    Trending
    • Azərbaycan iqtisadiyyatı 1,7% böyüyüb: Nəqliyyat və rabitə sektorunda yüksək artım qeydə alınıb
    • “Azərbaycan Dəmir Yolları” ilə yükdaşımalar 13%, tranzit daşımaları 20%, konteyner daşımaları isə 18% artıb
    • “A Group Sığorta”nın gəlirləri 4,3% artsa da, xalis mənfəəti 23,4%, pul vəsaitləri isə 36% azalıb
    • Gümüşün qiyməti 200 günlük orta göstəricidən 30% aşağı düşüb – 2020-ci ilin martındakı vəziyyət təkrarlanır
    • “Atəşgah Sığorta”nın aktivləri 11,36 milyon manat, gəlirləri 9,68 milyon manat artsa da, xalis mənfəəti 0,75% azalıb
    • Pərviz Şahbazov Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol ilə görüşüb
    • Zeynal Kərimzadə: “2027-ci ildə Özbəkistanda “Real Madrid Foundation” ilə tərəfdaşlıq layihəmizə start verəcəyik”
    • Fərid Osmanov “Deloitte Portugal” rəhbərliyi ilə görüşüb: süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
    pashabank
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Zeynal Kərimzadə: “2027-ci ildə Özbəkistanda “Real Madrid Foundation” ilə tərəfdaşlıq layihəmizə start verəcəyik”

      10 Noyabr 2026
      Recent

      Zeynal Kərimzadə: “2027-ci ildə Özbəkistanda “Real Madrid Foundation” ilə tərəfdaşlıq layihəmizə start verəcəyik”

      10 Noyabr 2026

      PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

      05 Noyabr 2026

      TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

      05 Noyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Bakı Fond Birjasında dövriyyə 32% azaldı, əqdlərin sayı 110% artdı, yerli qiymətli kağızlar bazarının strukturu dəyişdi

      06 Noyabr 2026

      “PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını yerləşdirib

      30 Oktyabr 2026

      Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub – Londonda mühüm görüş

      26 Oktyabr 2026

      “PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi maliyyə savadlılığı üzrə əməkdaşlıq edəcək

      21 Oktyabr 2026

      Gümüşün qiyməti 200 günlük orta göstəricidən 30% aşağı düşüb – 2020-ci ilin martındakı vəziyyət təkrarlanır

      11 Noyabr 2026

      ABŞ fond bazarının kapitallaşması bir gündə 1,1 trilyon dollar artıb

      04 Noyabr 2026

      Neftin qiyməti 6%-dən çox ucuzlaşıb

      02 Noyabr 2026

      ABŞ-nin texnologiya sektorunda kəskin eniş: Nasdaq şirkətləri 5 trilyon dollar dəyər itirib

      30 Oktyabr 2026

      133 milyon dollardan çox kriptoaktiv oğurluğu Fransanın bank qrupu ilə əlaqələndirilir

      04 Noyabr 2026

      Binance-də mümkün zərər 6,3 milyard dollar qiymətləndirilir-bütün itkilər qarşılanacaq

      30 Oktyabr 2026

      Binance-ə 5,8 milyard dollarlıq haker hücumu iddiası: vəsaitlərin bir hissəsinin dondurulduğu bildirilir

      30 Oktyabr 2026

      Steyblkoin köçürmələrinin həcmi III rübdə 891 milyard dollara çatıb

      25 Oktyabr 2026

      Gümüşün qiyməti 200 günlük orta göstəricidən 30% aşağı düşüb – 2020-ci ilin martındakı vəziyyət təkrarlanır

      11 Noyabr 2026

      Bakı Fond Birjasında dövriyyə 32% azaldı, əqdlərin sayı 110% artdı, yerli qiymətli kağızlar bazarının strukturu dəyişdi

      06 Noyabr 2026

      ABŞ fond bazarının kapitallaşması bir gündə 1,1 trilyon dollar artıb

      04 Noyabr 2026

      133 milyon dollardan çox kriptoaktiv oğurluğu Fransanın bank qrupu ilə əlaqələndirilir

      04 Noyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      “Azərbaycan Dəmir Yolları” ilə yükdaşımalar 13%, tranzit daşımaları 20%, konteyner daşımaları isə 18% artıb

      11 Noyabr 2026
      Recent

      “Azərbaycan Dəmir Yolları” ilə yükdaşımalar 13%, tranzit daşımaları 20%, konteyner daşımaları isə 18% artıb

      11 Noyabr 2026

      Pərviz Şahbazov Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol ilə görüşüb

      11 Noyabr 2026

      Fərid Osmanov “Deloitte Portugal” rəhbərliyi ilə görüşüb: süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

      10 Noyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    pashabank
    Gdp.azGdp.az
    Ana səhifə » Rəsmi » Pirallahıda 114 milyonluq dərman zavodu – İllik 60 milyon qutu dərman istehsal edəcək
    Rəsmi

    Pirallahıda 114 milyonluq dərman zavodu – İllik 60 milyon qutu dərman istehsal edəcək

    05 Oktyabr 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib.

    GDP xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına sənaye zonaları və Pirallahı Sənaye Parkının fəaliyyəti barədə məlumat verdi.yd edək ki, Pirallahı Sənaye Parkı Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmanla yaradılıb. Əsas məqsəd əczaçılıq sənayesini inkişaf etdirmək və dəstəkləmək, əczaçılıq məhsulları üzrə idxaldan asılılığı azaltmaq, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində məşğulluğu artırmaqdır. Pirallahı Sənaye Parkında 6 rezident qeydiyyatdan keçib.

    Hazırda ölkəmizdə 8 sənaye parkı – Sumqayıt Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Ağdam Sənaye Parkı, Hacıqabul Sənaye Parkı, “Araz Vadisi İqtisadi Zonası”, Balaxanı Sənaye Parkı fəaliyyət göstərir. Bu il Naxçıvan Sənaye Parkının təməli qoyulub, zəruri infrastrukturun yaradılması istiqamətində iş aparılır. Həmçinin Gəncə şəhərinin və Şəmkir rayonunun inzibati ərazilərini əhatə edəcək Qərb Sənaye Parkında zəruri infrastrukturun yaradılması üçün layihələndirmə işləri görülür.

    “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin təsisçisi Abidin Gülmüş müəssisə barədə Prezident İlham Əliyevə məlumat verdi.

    Bildirildi ki, bu müəssisəyə 2023-cü ildə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib. Təsisçilər Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi A.Ş.” şirkəti (66%), İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) (29%) və Türkiyənin “SİA Pharmaceuticals” şirkətidir (5%). Ümumi dəyəri 113,9 milyon manat olan layihənin maliyyələşdirilməsində özəl investisiya ilə yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondunun 13,2 milyon manat investisiyasından, 10 milyon manat isə güzəştli kredit vəsaitindən istifadə edilib. Sənaye Parkının rezidenti kimi müəssisə 7 milyon manatdan çox ƏDV və gömrük rüsumlarından azad olunub.

    Ərazisi 5,2 hektar olan müəssisənin illik istehsal gücü 60 milyon qutu dərman, o cümlədən 2,5 milyard tablet və kapsul təşkil edir. Burada kardiologiya, nevrologiya, urologiya, diabetologiya, qastroenterologiya, ağrıkəsici, antibiotiklər və digər dərmanlar istehsal olunacaq.

    Müəssisənin inkişaf perspektivlərinə istehsalın artırılması, 5 il ərzində 500-dən artıq preparatın istehsalının lokallaşdırılması, daxili tələbatın maksimum dərəcədə qarşılanması və ixrac coğrafiyasının genişləndirilməsi daxildir.

    Zavodda ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Çin, Danimarka, İsveç və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan avadanlıq quraşdırılıb ki, bu da yüksək beynəlxalq standartlara uyğun dərman vasitələrinin istehsalına imkan verir. Məhsulların daxili bazara satılması ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər xarici ölkələrə ixracı da nəzərdə tutulur.

    Burada 178 nəfər daimi işlə təmin ediləcək.

    Müəssisə fəaliyyətində təhsil və elmi əməkdaşlığa da yer ayırıb. Belə ki, burada Qarabağ Universiteti və Azərbaycan Tibb Universiteti üçün rəsmi tədris bazası yaradılıb.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Azərbaycan və Rusiya icra işləri üzrə bank hesabları və əmlak barədə məlumat mübadiləsi aparacaq

    04 Noyabr 2026

    Sadiq Əliyev maliyyə nazirinin müavini təyin olunub

    30 Oktyabr 2026

    Süni intellekt təhsili və əmək münasibətlərini necə dəyişir? – Düşənbədə beynəlxalq müzakirə

    19 Oktyabr 2026

    Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankının İllik Toplantılarında iştirak edir

    14 Oktyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.