Azərbaycanda 2027-ci il yanvarın 1-dən binaların rəqəmsal enerji pasportlaşdırılmasının tətbiqinə hazırlıq görülür.
GDP xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun məqaləsində məlumat verilib.
Rəqəmsal enerji pasportlaşdırılması binaların enerji göstəricilərinin qiymətləndirilməsinə və istehlakın daha səmərəli idarə edilməsinə xidmət edəcək.
Enerji Effektivliyi İnformasiya Sistemi isə istehlak məlumatlarını, audit və hesabatlılıq proseslərini vahid rəqəmsal mühitdə birləşdirərək təhlil və nəzarət imkanlarını genişləndirəcək.
Məqalədə qeyd olunur ki, ölkədə enerji idarəçilərinin sayı 115-ə yüksəlib, enerji auditi üzrə 12 ixtisas attestatı verilib.

