2026-cı ilin yanvar–iyul aylarında dövlət büdcəsinə vergi daxilolmaları 11 milyard 474,1 milyon manat təşkil edib. GDP -nini hesablamalarına görə bu göstərici ilin ilk altı ayı ilə müqayisədə 2 milyard 631,4 milyon manat və ya 29,8 faiz çoxdur. Belə ki, yanvar–iyun aylarında dövlət büdcəsinə daxil olan vəsaitin həcmi 8 milyard 842,7 milyon manat olmuşdu.
Qeyri-neft-qaz sektorunda da artım dinamikası davam edib. İlin ilk yeddi ayında bu sektordan büdcəyə 8 milyard 488,8 milyon manat vəsait daxil olub. Bu, yanvar–iyun ayları ilə müqayisədə 1 milyard 421,4 milyon manat və ya 20,1 faiz çoxdur. Müqayisə üçün qeyd edək ki, ilin ilk yarısında həmin göstərici 7 milyard 67,4 milyon manat təşkil etmişdi.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar da artaraq 4 milyard 37,3 milyon manata çatıb. Yanvar–iyun aylarında bu göstərici 3 milyard 422,7 milyon manat olduğundan, artım 614,6 milyon manat və ya 18 faiz təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 2 milyard 244,9 milyon manatdan 2 milyard 687,2 milyon manata yüksəlib. Beləliklə, bu istiqamət üzrə artım 442,3 milyon manat və ya 19,7 faiz olub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 122,1 milyon manatdan 143,5 milyon manata yüksəlib. Bu isə 21,4 milyon manat və ya 17,5 faizlik artım deməkdir. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar da 92,5 milyon manatdan 110,2 milyon manata çataraq 17,7 milyon manat və ya 19,1 faiz artıb.
İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi də artaraq 517,1 milyon manatdan 606,8 milyon manata yüksəlib. Beləliklə, bu sahədə 89,7 milyon manat və ya 17,3 faiz artım qeydə alınıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 337,4 milyon manatdan 402,4 milyon manata çatıb ki, bu da 65 milyon manat və ya 19,3 faizlik artım deməkdir.
Müəllif:Aynur Qəniyeva

