Close Menu
    What's Hot

    Azərbaycan iqtisadiyyatı 1,7% böyüyüb: Nəqliyyat və rabitə sektorunda yüksək artım qeydə alınıb

    11 Noyabr 2026

    “Azərbaycan Dəmir Yolları” ilə yükdaşımalar 13%, tranzit daşımaları 20%, konteyner daşımaları isə 18% artıb

    11 Noyabr 2026

    “A Group Sığorta”nın gəlirləri 4,3% artsa da, xalis mənfəəti 23,4%, pul vəsaitləri isə 36% azalıb

    11 Noyabr 2026
    Trending
    • Azərbaycan iqtisadiyyatı 1,7% böyüyüb: Nəqliyyat və rabitə sektorunda yüksək artım qeydə alınıb
    • “Azərbaycan Dəmir Yolları” ilə yükdaşımalar 13%, tranzit daşımaları 20%, konteyner daşımaları isə 18% artıb
    • “A Group Sığorta”nın gəlirləri 4,3% artsa da, xalis mənfəəti 23,4%, pul vəsaitləri isə 36% azalıb
    • Gümüşün qiyməti 200 günlük orta göstəricidən 30% aşağı düşüb – 2020-ci ilin martındakı vəziyyət təkrarlanır
    • “Atəşgah Sığorta”nın aktivləri 11,36 milyon manat, gəlirləri 9,68 milyon manat artsa da, xalis mənfəəti 0,75% azalıb
    • Pərviz Şahbazov Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol ilə görüşüb
    • Zeynal Kərimzadə: “2027-ci ildə Özbəkistanda “Real Madrid Foundation” ilə tərəfdaşlıq layihəmizə start verəcəyik”
    • Fərid Osmanov “Deloitte Portugal” rəhbərliyi ilə görüşüb: süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
    pashabank
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Zeynal Kərimzadə: “2027-ci ildə Özbəkistanda “Real Madrid Foundation” ilə tərəfdaşlıq layihəmizə start verəcəyik”

      10 Noyabr 2026
      Recent

      Zeynal Kərimzadə: “2027-ci ildə Özbəkistanda “Real Madrid Foundation” ilə tərəfdaşlıq layihəmizə start verəcəyik”

      10 Noyabr 2026

      PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

      05 Noyabr 2026

      TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

      05 Noyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Bakı Fond Birjasında dövriyyə 32% azaldı, əqdlərin sayı 110% artdı, yerli qiymətli kağızlar bazarının strukturu dəyişdi

      06 Noyabr 2026

      “PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını yerləşdirib

      30 Oktyabr 2026

      Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub – Londonda mühüm görüş

      26 Oktyabr 2026

      “PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi maliyyə savadlılığı üzrə əməkdaşlıq edəcək

      21 Oktyabr 2026

      Gümüşün qiyməti 200 günlük orta göstəricidən 30% aşağı düşüb – 2020-ci ilin martındakı vəziyyət təkrarlanır

      11 Noyabr 2026

      ABŞ fond bazarının kapitallaşması bir gündə 1,1 trilyon dollar artıb

      04 Noyabr 2026

      Neftin qiyməti 6%-dən çox ucuzlaşıb

      02 Noyabr 2026

      ABŞ-nin texnologiya sektorunda kəskin eniş: Nasdaq şirkətləri 5 trilyon dollar dəyər itirib

      30 Oktyabr 2026

      133 milyon dollardan çox kriptoaktiv oğurluğu Fransanın bank qrupu ilə əlaqələndirilir

      04 Noyabr 2026

      Binance-də mümkün zərər 6,3 milyard dollar qiymətləndirilir-bütün itkilər qarşılanacaq

      30 Oktyabr 2026

      Binance-ə 5,8 milyard dollarlıq haker hücumu iddiası: vəsaitlərin bir hissəsinin dondurulduğu bildirilir

      30 Oktyabr 2026

      Steyblkoin köçürmələrinin həcmi III rübdə 891 milyard dollara çatıb

      25 Oktyabr 2026

      Gümüşün qiyməti 200 günlük orta göstəricidən 30% aşağı düşüb – 2020-ci ilin martındakı vəziyyət təkrarlanır

      11 Noyabr 2026

      Bakı Fond Birjasında dövriyyə 32% azaldı, əqdlərin sayı 110% artdı, yerli qiymətli kağızlar bazarının strukturu dəyişdi

      06 Noyabr 2026

      ABŞ fond bazarının kapitallaşması bir gündə 1,1 trilyon dollar artıb

      04 Noyabr 2026

      133 milyon dollardan çox kriptoaktiv oğurluğu Fransanın bank qrupu ilə əlaqələndirilir

      04 Noyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      “Azərbaycan Dəmir Yolları” ilə yükdaşımalar 13%, tranzit daşımaları 20%, konteyner daşımaları isə 18% artıb

      11 Noyabr 2026
      Recent

      “Azərbaycan Dəmir Yolları” ilə yükdaşımalar 13%, tranzit daşımaları 20%, konteyner daşımaları isə 18% artıb

      11 Noyabr 2026

      Pərviz Şahbazov Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol ilə görüşüb

      11 Noyabr 2026

      Fərid Osmanov “Deloitte Portugal” rəhbərliyi ilə görüşüb: süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

      10 Noyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    pashabank
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Rabitəbankda yeni təyinat: Natiq Novruzov idarə heyətinin sədrinin müavini təyin olunub
    Bank

    Rabitəbankda yeni təyinat: Natiq Novruzov idarə heyətinin sədrinin müavini təyin olunub

    19 Mart 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    “Rabitəbank” ASC-də növbəti mühüm kadr təyinatı baş tutub. Bankın uzunillik təcrübəyə və dərin peşəkarlığa malik rəhbər heyət üzvü Natiq Novruzov 17 mart 2026-cı il tarixindən etibarən İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin olunub. O, yeni vəzifəsi ilə yanaşı, Baş Risk inzibatçısı kimi fəaliyyətini davam etdirərək bankın risk idarəetmə strategiyasının tətbiqi və təkmilləşdirilməsi istiqamətində rəhbər rolunu davam etdirəcək.

     

    Natiq Novruzov 14 oktyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr, 2008-ci ildə isə eyni ixtisas üzrə magistr dərəcəsini almışdır. Peşəkar bilik və bacarıqlarını beynəlxalq səviyyədə də inkişaf etdirən Natiq Novruzov 2017-ci ildə Böyük Lüksemburq Hersoqluğu hökuməti tərəfindən həyata keçirilən “Risklərin idarə edilməsi” üzrə sertifikatlaşdırma proqramını, 2021-ci ildə isə Boğaziçi Universitetinin mini MBA proqramını uğurla başa vurmuşdur.

    Əmək fəaliyyətinə 2003-cü ildə maliyyə sektorunda başlamış, 2003–2010-cu illər ərzində mühasibatlıq, kreditlərin idarə olunması, monitorinq və filial idarəçiliyi sahələrində müxtəlif vəzifələrdə çalışmışdır. Bu müddət ərzində o, həm əməliyyat, həm də idarəetmə istiqamətində zəngin təcrübə qazanaraq maliyyə və risk sahəsində peşəkar bilik və bacarıqlarını formalaşdırmışdır.

     

    2010-cu ildən etibarən “Kreditlərin Təhlili” şöbəsinin müdiri kimi “Rabitəbank” ASC-də fəaliyyətə başlayan Natiq Novruzov bankda müxtəlif məsul vəzifələrdə çalışmışdır. O, 2011-2013-cü illərdə Risklərin İdarə Edilməsi Departamentində direktor müavini, 2013-2020-ci illərdə isə “Kreditlərin Təhlili” Departamentinin direktoru vəzifələrini icra etmişdir. 2020-2023-cü illərdə Risk üzrə Baş Direktorun müavini kimi fəaliyyət göstərən Natiq Novruzov, 2023-cü ildən etibarən isə Baş Direktor olaraq Rabitəbankın Baş Risk İnzibatçısıdır.

     

    Uzun illər ərzində qazandığı dərin təcrübə ilə seçilən Natiq Novruzovun yeni vəzifədə fəaliyyəti Rabitəbankın dayanıqlı inkişaf strategiyasının daha da möhkəmləndirilməsinə, risk idarəetmə sistemlərinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsinə və bankın institusional dayanıqlılığının daha yüksək səviyyəyə çatdırılmasına mühüm töhfə verəcək.

    Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Zeynal Kərimzadə: “2027-ci ildə Özbəkistanda “Real Madrid Foundation” ilə tərəfdaşlıq layihəmizə start verəcəyik”

    10 Noyabr 2026

    PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

    05 Noyabr 2026

    TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

    05 Noyabr 2026

    Mərkəzi Bank “Binance” ilə kriptoaktivlər sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

    05 Noyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.