Close Menu
    What's Hot

    Taleh Kazımov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti dəfə görüşüb

    03 Sentyabr 2026

    Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal

    03 Sentyabr 2026

    Bu gündən ölkəyə gətirilən malların gömrük dəyəri Azərbaycan manatında bəyan ediləcək

    03 Sentyabr 2026
    Trending
    • Taleh Kazımov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti dəfə görüşüb
    • Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
    • Bu gündən ölkəyə gətirilən malların gömrük dəyəri Azərbaycan manatında bəyan ediləcək
    • Mərkəzi Bank kredit ittifaqının lisenziyasını ləğv etdi
    • Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı
    • Niderland 86 ton qızılı Londona daşıyıb
    • Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb
    • Yaponiya Mərkəzi Bankı yenin məzənnəsini dəstəkləmək üçün bazara müdaxilə edib
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Taleh Kazımov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti dəfə görüşüb

      03 Sentyabr 2026
      Recent

      Taleh Kazımov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti dəfə görüşüb

      03 Sentyabr 2026

      Mərkəzi Bank kredit ittifaqının lisenziyasını ləğv etdi

      03 Sentyabr 2026

      Yaponiya Mərkəzi Bankı yenin məzənnəsini dəstəkləmək üçün bazara müdaxilə edib

      02 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

      01 Sentyabr 2026

      Azərbaycanda 4 illik dövlət istiqrazlarının gəlirliliyi 91 baza bəndi azalıb

      21 Avqust 2026

      PAŞA Kapital anderraytinq xidmətlərinin sayına görə Bakı Fond Birjasının üzvləri arasında lider olub

      19 Avqust 2026

      Bakı Fond Birjasında ən çox təkrar bazar əməliyyatını ABB Invest həyata keçirib

      19 Avqust 2026

      Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb

      03 Sentyabr 2026

      NVIDIA 96,2 milyard ABŞ dolları gəlir əldə etdi: növbəti hədəf 108 milyarddır,bazardan ehtiyatlı reaksiya: investorlar nə gözləyir?

      27 Avqust 2026

      Mis qiymətləri rekord həddə çatıb və yüksəlməkdə davam edir

      26 Avqust 2026

      Səudiyyə Ərəbistanının neft ixracı 2021-ci ildən bəri minimum səviyyəyə düşüb

      25 Avqust 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb

      03 Sentyabr 2026

      Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

      01 Sentyabr 2026

      NVIDIA 96,2 milyard ABŞ dolları gəlir əldə etdi: növbəti hədəf 108 milyarddır,bazardan ehtiyatlı reaksiya: investorlar nə gözləyir?

      27 Avqust 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal

      03 Sentyabr 2026
      Recent

      Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal

      03 Sentyabr 2026

      Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq

      02 Sentyabr 2026

      Azərbaycanda bloger və influenserlər üçün yeni fəaliyyət kodu yaradılıb

      02 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » İqtisadiyyat » SOCAR-ın 86,3 milyard manatlıq gəlirinin cəmi 3 milyardı xalis mənfəətə çevrilib
    İqtisadiyyat

    SOCAR-ın 86,3 milyard manatlıq gəlirinin cəmi 3 milyardı xalis mənfəətə çevrilib

    14 Avqust 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    SOCAR 2025-ci ili əsas maliyyə göstəricilərində artımla başa vurub. Şirkətin əməliyyat fəaliyyətindən mənfəəti əvvəlki illə müqayisədə 80% artaraq 5,2 milyard manata çatıb.

    GDP  xəbər verir ki, SOCAR-ın 2025-ci il üzrə maliyyə göstəricilərinə əsasən, şirkətin il ərzində gəlirləri 86,3 milyard manat, ümumi mənfəəti isə 12,6 milyard manat təşkil edib. Hesabat dövründə xalis mənfəət təxminən 3 milyard manat olub.

    Şirkətin faizlər, vergilər və amortizasiyadan əvvəl mənfəəti (EBITDA) 2025-ci ildə 10,9 milyard manata çatıb. Bu göstərici 2024-cü illə müqayisədə 26% artıb. SOCAR-ın gəlirlərinin əsas hissəsi xam neft, neft və kimya məhsulları, eləcə də təbii qazın satışından formalaşıb.

    Əməliyyat fəaliyyətinin nəticələrinin yaxşılaşması şirkətin pul vəsaitlərinin hərəkətində də özünü göstərib. Belə ki, əməliyyat fəaliyyəti nəticəsində yaranan pul vəsaitlərinin hərəkəti ötən illə müqayisədə 136% artıb.

    2025-ci ildə SOCAR beynəlxalq aktivlər portfelinin genişləndirilməsi və enerji dəyər zəncirində mövqeyinin gücləndirilməsi istiqamətində bir sıra strateji əməliyyatlar həyata keçirib. Bunlara “Bahar” və “Qum-Dəniz” yataqlarında 80%-lik payın alınması, İsrailin Aralıq dənizi hövzəsində yerləşən “Tamar” qaz yatağında 10% effektiv iştirak payının əldə edilməsi, Türkiyədə yeni neft-kimya və enerji layihələrinin inkişafı, rəqəmsal infrastruktur və petrokimya sahələrinə strateji investisiyalar daxildir.

    Bununla yanaşı, şirkət qaz ixracının və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirib. SOCAR bildirir ki, əməliyyat səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması üzrə tədbirlər də maliyyə nəticələrinə müsbət təsir göstərib.

    2025-ci ildə SOCAR tərəfindən dövlətə dividendlər, dövlətə ayırmalar, vergilər və sosial xərclər şəklində ümumilikdə 3,8 milyard manat ödəniş edilib. 2021–2025-ci illər ərzində isə bu ödənişlərin məcmu həcmi 15,9 milyard manata çatıb.

    Eyni dövrdə dövlət tərəfindən SOCAR-a ümumilikdə 1,6 milyard manat vəsait yatırılıb. Beləliklə, 2021–2025-ci illərdə SOCAR-ın dövlətə müxtəlif istiqamətlər üzrə ödənişlərinin həcmi dövlət tərəfindən şirkətə yatırılan vəsaitdən təxminən 10 dəfə çox olub.

    SOCAR Azərbaycanın ən iri vergi ödəyicilərindən və işəgötürənlərindən biri kimi ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Şirkətin investisiya və sosial layihələri iqtisadiyyatın şaxələndirilməsi və insan kapitalının inkişafına töhfə verir.

    Qeyd edək ki, SOCAR-ın 31 dekabr 2025-ci il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatına beynəlxalq audit şirkəti “Ernst & Young Holdings (CIS) B.V.” tərəfindən dəyişilməmiş (təmiz) auditor rəyi verilib.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal

    03 Sentyabr 2026

    Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq

    02 Sentyabr 2026

    Azərbaycanda bloger və influenserlər üçün yeni fəaliyyət kodu yaradılıb

    02 Sentyabr 2026

    SOCAR ABŞ-da 1,65 milyard dollarlıq nəhəng qaz sövdələşməsinə hazırlaşır

    01 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.