Close Menu
    What's Hot

    Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb

    06 Avqust 2026

    Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır

    06 Avqust 2026

    Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

    06 Avqust 2026
    Trending
    • Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb
    • Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır
    • Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək
    • Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində
    • Neft bazarında yeni reallıq: Çin oyunun qaydalarını dəyişir
    • BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb
    • Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb
    • Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026
      Recent

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026

      BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb

      05 Avqust 2026

      Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı

      05 Avqust 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      ABB Invest investisiya bölməsini yenilədi

      23 İyul 2026

      Özəlləşdirmə çekləri ilə bağlı yayılan məlumatlar yalandır – Birgə açıqlama

      20 İyul 2026

      Ziraat Bank 30 milyon manat həcmində istiqraz buraxır bu investorlar üçün fürsətdir, yoxsa risk?

      19 İyul 2026

      Milli Depozit Mərkəzinin İdarə Heyətinə üzv təyin edilib

      16 İyul 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

      05 Avqust 2026
      Recent

      Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

      05 Avqust 2026

      Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et

      04 Avqust 2026

      Azərbaycanda məsafədən idarə olunan gəmilərlə bağlı yeni qaydalar

      03 Avqust 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » İqtisadiyyat » SOCAR Yaponiyanın “ITOCHU” şirkətinin AÇG-dəki payını alıb
    İqtisadiyyat

    SOCAR Yaponiyanın “ITOCHU” şirkətinin AÇG-dəki payını alıb

    03 Avqust 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    SOCAR “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsində Yaponiyanın “ITOCHU” korporasiyasına məxsus 3,65 faizlik iştirak payını alıb.

    GDP xəbər verir ki, Şirkətin məlumatına görə, iştirak payının alınmasına dair müvafiq sənədlər imzalanıb. Alqı-satqı əməliyyatı qanunvericiliyin tələblərinə, SOCAR-ın daxili normativ qaydalarına və müqavilə üzrə mövcud tənzimləyici öhdəliklərə uyğun həyata keçirilib.

    Əməliyyatdan əvvəl “ITOCHU” korporasiyası AÇG layihəsində 3,65 faiz iştirak payına malik olub. Sövdələşmənin başa çatması ilə SOCAR-ın layihədəki iştirak payı 31,65 faizdən 35,3 faizə yüksəlib.

    SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib ki, AÇG layihəsi uzun illərdir Azərbaycanın və regionun enerji təhlükəsizliyinə mühüm töhfə verir.

    Onun sözlərinə görə, cari ildə AÇG yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatının başlanması layihənin gələcək inkişafı və Azərbaycanın qaz potensialının artırılması üçün yeni imkanlar yaradır.

    Rövşən Nəcəf layihənin həyata keçirilməsində uzun illər ərzində oynadığı rola və səmərəli tərəfdaşlığa görə “ITOCHU” korporasiyasına təşəkkürünü bildirib. O, layihənin bundan sonra da tərəfdaşların birgə səyləri, yüksək əməliyyat standartları və qarşılıqlı etimad əsasında uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

    “ITOCHU” korporasiyasının baş əməliyyat direktoru, Enerji və enerji həlləri bölməsinin baş icraçı direktoru Tetsuya Yamada isə bildirib ki, şirkət 1996-cı ildə Azərbaycana sərmayə yatıran ilk Yaponiya şirkəti olduqdan sonra AÇG layihəsi və enerji sahəsində digər investisiyalar vasitəsilə SOCAR ilə möhkəm tərəfdaşlıq qurub.

    O qeyd edib ki, AÇG-dəki aktivin SOCAR-a ötürülməsi “ITOCHU”nun strateji prioritetlərini və SOCAR ilə əməkdaşlığı daha da dərinləşdirmək niyyətini əks etdirir.

    Tetsuya Yamadanın sözlərinə görə, bu satış “ITOCHU”nun Azərbaycandan çıxması demək deyil, əksinə, tərəfdaşlıqda yeni mərhələnin başlanğıcıdır. Azərbaycan şirkətin investisiya və ticarət fəaliyyəti üçün mühüm bazar olaraq qalacaq.

    “ITOCHU” SOCAR ilə əməkdaşlığın daha da gücləndirilməsini, Azərbaycanda və beynəlxalq bazarlarda yeni biznes imkanlarının birgə qiymətləndirilməsini planlaşdırır.

    SOCAR Cənubi Qafqazın ən böyük inteqrə olunmuş enerji şirkəti olaraq enerji resurslarının hasilatı, emalı və paylanması sahələrində fəaliyyət göstərir.

    1858-ci ildə təsis edilmiş “ITOCHU” isə Yaponiyanın ən iri ticarət və investisiya konqlomeratlarından biridir. Şirkətin təxminən 61 ölkədə 90 ofisi fəaliyyət göstərir.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

    05 Avqust 2026

    Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et

    04 Avqust 2026

    Azərbaycanda məsafədən idarə olunan gəmilərlə bağlı yeni qaydalar

    03 Avqust 2026

    200 min manatlıq rüşvət əməliyyatı: İki vergi məmuru həbs edildi

    03 Avqust 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.