“Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan əsas iqtisadi hədəflər açıqlanıb
GDP xəbər verir ki, “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, 2030-cu ilədək turizm üçün xarakterik sahələrdə əlavə dəyərin təxminən 40 faiz real artımı hədəflənir.
Bu göstəricinin 2025-ci ildəki 6.96 milyard manatdan 12.17 milyard manata çatdırılması planlaşdırılır. “Turistlərin yerləşdirilməsi və ictimai iaşə” sahəsi üzrə əlavə dəyərin isə 41.6 faiz artaraq 6.19 milyard manata çatacağı gözlənilir.
“Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində turizm üçün xarakterik sahələrin qeyri-neft-qaz ÜDM-də payının 1.1 faiz bəndi artırılaraq 8.6 faizə, muzdlu əmək bazarında payının isə 5.4 faiz orta illik artımla yüksəldilməsi nəzərdə tutulur. Proqnozlara görə, turizm daxilolmalarının (xarici turist xərcləri) təxminən 2 dəfə artaraq 3.3 milyard manatdan 6.3 milyard manata çatması, ölkəyə səfər edən əcnəbi turistlərin sayının orta illik 8.1 faiz artaraq 3.8 milyon nəfərə çatması gözlənilir

