Analitiklər proqnozlaşdırırlar ki,, tənzimləyici iyulun 23-də keçiriləcək iclasda əsas faiz dərəcəsini 50% səviyyəsində saxlayacaq. Qərarın inflyasiyanın zəifləməsi və lirənin möhkəmlənməsi fonunda qəbul ediləcəyi bildirilir.
Türkiyə Ərdoğanın ultra-yumşaq monetar siyasətindən imtina etdikdən sonra ardıcıl şəkildə sərt pul-kredit siyasətini davam etdirir. Faiz dərəcəsi mart ayından bəri dəyişməz qalır və bazar bunu fasilə deyil, sabitlik siqnalı kimi qiymətləndirir.
Türkiyə aktivlərinə sərmayə yatıran investorlar üçün mövcud kurs proqnozlaşdırıla bilən mühit yaradır: lirənin kəskin ucuzlaşması dayanıb, inflyasiya azalır, lakin hələ də ikirəqəmli səviyyədə qalır. Pul-kredit siyasətinin yumşaldılması isə ən tez dördüncü rübdə mümkün ola bilər.

