2026-cı ilin birinci yarısında Azərbaycanda elektron dövlət satınalmaları nəticəsində dövlət büdcəsinə 294,3 milyon manat qənaət edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, yanvar–iyun aylarında ümumilikdə 3 489 elektron satınalma keçirilib. Bu satınalmaların ümumi məbləği 1,7 milyard manat təşkil edib.
Hesabat dövründə elektron satınalmalar nəticəsində qənaət olunan 294,3 milyon manatın ehtimal olunan qiymətdə xüsusi çəkisi 14,7% olub.
Agentlik bildirir ki, əldə edilən nəticələr dövlət vəsaitlərindən daha səmərəli istifadəyə, maliyyə intizamının gücləndirilməsinə, əlavə xərclərin minimuma endirilməsinə və satınalma məsrəflərinin optimallaşdırılmasına imkan yaradıb.
Dövlət satınalmalarında rəqabət göstəricilərinə əsasən, ilin ilk 6 ayında açılışı baş tutmuş satınalmalar üzrə orta iştirakçı sayı 3,5 olub. Açıq tender metodu üzrə bu göstərici 3,7, kotirovka sorğusu metodu üzrə isə 3,4 təşkil edib.
Agentlik hesab edir ki, dövlət satınalmalarında çoxiştirakçılığın təmin olunması sahibkarların dövlət sifarişlərinə çıxış imkanlarının genişləndirilməsi ilə yanaşı, iqtisadi fəallığın stimullaşdırılmasına və satınalma nəticələrinin daha səmərəli formalaşmasına xidmət edir.
Trending
- Azərbaycan iqtisadiyyatı 1,7% böyüyüb: Nəqliyyat və rabitə sektorunda yüksək artım qeydə alınıb
- “Azərbaycan Dəmir Yolları” ilə yükdaşımalar 13%, tranzit daşımaları 20%, konteyner daşımaları isə 18% artıb
- “A Group Sığorta”nın gəlirləri 4,3% artsa da, xalis mənfəəti 23,4%, pul vəsaitləri isə 36% azalıb
- Gümüşün qiyməti 200 günlük orta göstəricidən 30% aşağı düşüb – 2020-ci ilin martındakı vəziyyət təkrarlanır
- “Atəşgah Sığorta”nın aktivləri 11,36 milyon manat, gəlirləri 9,68 milyon manat artsa da, xalis mənfəəti 0,75% azalıb
- Pərviz Şahbazov Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol ilə görüşüb
- Zeynal Kərimzadə: “2027-ci ildə Özbəkistanda “Real Madrid Foundation” ilə tərəfdaşlıq layihəmizə start verəcəyik”
- Fərid Osmanov “Deloitte Portugal” rəhbərliyi ilə görüşüb: süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

