İki ardıcıl sessiyada azalmadan sonra qızılın qiyməti bazar günü unsiya üçün 2,730 dollar səviyyəsində sabitləşib.
GDP xəbər verir ki, bazarlar ABŞ prezident seçkiləri və Federal Ehtiyat Sisteminin (FED) siyasət qərarını gözləyir.
Trampın ikinci prezidentlik dövrünün genişləndirici fiskal siyasət və yüksək tariflər vasitəsilə inflyasiyanı artıracağı ehtimalları investorları qızılı uzunmüddətli inflyasiya risklərindən qorunmaq üçün əldə saxlamağa sövq edib.
Lakin rəy sorğuları prezident namizədləri arasında gərgin rəqabət göstərdiyindən bu gözləntilər mülayimləşib.FED-in bu həftə faiz dərəcəsini 25 baza punktu azaldacağı gözlənilir.
Bu, sentyabrda həyata keçirilən yarım faiz bəndi azalmadan sonra növbəti yumşalma addımı olacaq.
Bazarlar dekabr ayında da daha bir 25 baza bəndlij azalma ehtimalını nəzərə alır. Eyni zamanda, Yaxın Şərqdə gərginliyin yenidən artması qiymətli metalın təhlükəsiz liman statusunu gücləndirməyə davam edir.